Etibar Pirverdiyevin nəzarətində olan müəssisədə böyük yeyinti faktı
10-02-2017, 01:06
Sumqayıt Texnologiyalar Parkı ölkənin böyük sənaye kompleksərindən biridir. Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyevin kurasiyasında olan bu kompleks 2009-cu ildən etibarən mərhələlərlə tikilməkdədir. Hazırda tərkibində iri və müasir avadanlıqlarla təchiz olunmuş onlarla müəssisənin olmasına baxmayaraq kompleks özünün ağır günlərini yaşayır. Bu böhran Azərbaycanda getdikcə dərinlləşən iqtisadi durumla birbaşa bağlıdır. Lakin müəsssisənin hazırki çətin vəziyyyətdə olmasının bəlkə də başqa səbəblər də vardır.
Bu günlərdə redaksiyamıza Sumqayıt Texnologiyalar Parkında olan yeyinti haqqında məlumat daxil olub. Məlumatda qeyd edilir ki, son zamanlar tamam təsadüf nəticəsində maraqlı bir fakt ortaya çıxıb. Müəssisənin plastik boru satışı üzrə cavabdeh şəxs, 2010-cu ildən bu sahədə çalışan Ağalar Ağayevin adına olan bank hesabında 100.000 ABŞ dolları olduğu aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, müəssisədə çalışdığı müddət ərzində bu şəxsin rəsmi əmək haqqısı orta hesabla 500 manat olub və maddi vəziyyəti heç də qənaətbəxş olmayıb. İxtisasca riyaziyyat müəllimi olan Ağalar Ağayev məhdud maliyyə imkanlarına malik olsa da, müəssiədə çalışdığı dövrdən bəri bu qədər maddi vəsaiti hansı yollarla əldə etməsi maraq doğurur.
Bu məbləğin təxminən bugünkü kursla 190.000 manat olmasını nəzərə alsaq, həmin vəsaitlə 100 nəfərə 4 ay əmək haqqı vermək olar. Yəqin ki, bu məbləğin Ağalar Ağayevin bank hesabına necə axması Etibar Priyev üçün də maraqlı olacaq. Sumqayıt Texnologiyalar Parkının bu ağır duruma düşməsində bələ halların heç şübhəsiz rolu böyükdür və bu mövzu ciddi araşdırılmalıdır.
Qeyd edək ki, Etibar Pirverdiyev sabiq Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qudasıdır. Sonuncunun vəzifəsindən azad edilməsi qudasının adının mətbuatın gündəminə tez-tez gəlməsinə səbəb olub. Məlumdur ki, Etibar Pirverdiyevin nəzarətindəki iri şirkətlərdə ciddi maliyyə pozuntuları mövcuddur. Xatırladaq ki, bir müddət öncə də narazı vətəndaşlardan biri mətbuata müraciət edərək Sumqayıt Texnologiyalar Parkındakı qanun pozuntularından söz açmışdı.
Azərenerji ASC-dən məsələyə münasibət bildirmək istəmədilər. Sumqayıt Texnologiyalar Parkından isə telefonlarımıza cavab verən tapılmadı. Yazıda adları çəkilən şəxslərin münasibətini işıqlandırmağa hazırıq. Mövzuya qayıdacağıq.siam.az//