"Kapital Bank"ın Neftçala filialında müdhiş kredit fırıldağı - ŞOK İTTİHAM/VİDEO
13-02-2017, 00:15
teref.azya yazan şikayətçi Neftçala rayon sakini Əsgərov Cəlal Mirhəsən oğlu şikayət edərək bildirir ki, Atakişiyev İlqar Qənimət oğlu onun adına Neftçala rayonunun Kapital bank filalından 6 min manat pul götürüb.
Şikayətçi bildirir ki,bundan təxminən 1 il əvvəl,şikayət edərək, Bank müdürü Telman Qorcıyevin onun iştirakı olmadan qanunsuz olaraq necə onun adından başqasına pul verdiyini bildirib. Telman Qorcıyev öz qanunsuz əməllərini ört-basdır etmək üçün onu çağıraraq bildirib ki, sənin pulunu mən ödüyəcəm şikayətini geri götür.Şikayətçi bildirir ki, bir müddət pulu Atakişiyev İlqar Qənimət oğlu ödəyib.Ödəmədiyi aylarda Telman Qorcıyev ödəyərəm və ondan şikayət etməməsini xaiş edib. Şikayətçi teref.az-ya yazır ki, lakin daha sonra heç kimin bnkın pulunu ödəmədiyindən zərərçəkən Cəlal Əsgərovun maaş kartından iki min səksən yeddi manat pul tutulub. Zərərçəkən isə dərdini demək üçün hara, kimə və necə müraciət edəcəyini bilmir. Zərərçəkən teref.az-ya bildirərək iddia edir ki, adına borc öhdəliyi, kassadan pul buraxılmağı o şəxsən banka gəlmədən sənədləşdirilib. Bu fakt araşdırıla və təsdiqini taparsa, "Kapitalbank”ın Neftçala filialının bu işə məsul əməkdaşları məsuliyyətə cəlb oluna bilər.
Şikayətçinin dedikl\rinin sübutu olaarq telefon danışıqlarının yazısını göndərib.Bu yazıları terefg.info olaraq təqdim edirik:
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az