Adı "qara siyahı"da olan Asif Ağayev də yola salınır... - "...barəsində yekun qərar verilə bilər"

18-02-2017, 13:14           
Adı "qara siyahı"da olan Asif Ağayev də yola salınır... - "...barəsində yekun qərar verilə bilər"
Adı prezidentə ən çox şikayət edilən icra başçıları sırasında olan Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevdən narazılıq səngimək bilmir. Məlumdur ki, zaman-zaman Şamaxıdakı sahibkarlarla toqquşma yaşayan Asif Ağayev bu "keyfiyyətiylə" "yuxarıların" da diqqətini cəlb edib.

DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2016-cı ildə daxil olan vətəndaş müraciətləri və şikayətlərin məzmunu haqda geniş məlumat verərkən sadaladığı rayonların siyahısını heç də boşundan ictimailəşdirmir və bu açıqlama əslində kimiləri üçün xəbərdarlıq, kimiləri üçün də qərar əhəmiyyətindədir.

Mənbənin dia.az-a söylədiklıəri: "Yəni bu siyahıya uyğun olaraq görəvdən alınacaq icra başçılarının kimliyini də təxmini olaraq müəyyən etmək olar ki, onların sırasında Asif Ağayev ən "mötəbər" yerdədir və yaxın günlərdə barəsində yekun qərar verilə bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.