Nazirliyin idarə müdiri ilə bağlı şok iddia - Kənan Quliyev "Çovdaraov rolunda"
23-02-2017, 10:32
Nazirliyin Daxili Nəzarət İdarəsinin rəhbəri Kənan Quliyevlə bağlı ilginc faktlar...
Bir müddət öncə Təhsil Nazirliyinin vəzifəli şəxsləri barədə aztoday.az-da ilginc məlumat yayılmışdı.
Məlumatda deyilirdi ki, Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəhbəri Kənan Quliyev, Ağdam rayon icra başçısı Raqub Məmmədov, rayonun təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin Qarabağ bölgəsi üzrə nümayəndəsi Məhəmməd Aslanovun birgə qurduqları "direktor oyunu" ancaq şəxsi məqsədlərə xidmət edirlər.
Bildirilir ki, son günlər məktəb direktorlarının vəzifədən çıxarıılması da bu planın tərkibidir. Belə ki, məktəb direktorları hansısa çatışmamazlıq və ya qanunsuzluq səbəbindən vəzifədən çıxarılır, qısa bir müddət sonra başqa bir işə keçirilir. Bunun üçün isə məktəblərdə yoxlamalar keçirilir. Məlumatda Ağdam rayonunun Bənövşələr kənd məktəbinin direktoru Nailə Qasımovanın işdən çıxarıldığı vurğulanırdı: "Maraqlıdır ki, bundan sonra Nailə Qasımova qısa müddətdə özünə rayon təhsil şöbəsində məsləhətçi işini ala bilir. Bununlada da kifayətlənməyən Nailə Qasımova bir neçə aydan sonra heç bir imtahan vermədən başqa bir məktəbə direktor təyin olunub".
Saytın yazdığına görə, Təhsil Nazirliyinin müavini Mətin Eynullayevin təşəbbüsü ilə Nailə Qasımova 118 saylı məktəbə direktor göndərilib. Bu da onu göstərir ki, təhsil naziri Mikayıl Cabbarovun direktorları imtahan yoluyla təyin etdirməsi barədə yaratdığı görüntülər boş sözdən başqa bir şey deyilmiş. Hər halda nazirliyin işçilərinin fəaliyyəti bunu aydın ortaya qoyur.
Məsələn, Ağdam rayonu Baharlı 1 qəsəbə məktəbinin direktoru Elməddin Məmmədov da analoji ssenari ilə işdən uzaqlaşdırlıb. İşdən çıxarılması ilə bağlı şikayət edən Elməddin Məmmədov təhsil şöbəsində məsləhətçi işinə düzəldilir. Hansısa proseslərin sonunda, daha konkret Kənan Quliyevin əmri ilə yenidən əvvəlki işinə - Baharlı 1 məktəbinin direktoru vəzifəsinə geri qaytarılır. Eyni qayda ilə bir-neçə direktorun da işdən azad edilərək, müxtəlif işlərə keçirildiyi də bizə çatan məlumatlar sırasındadır.
Hazırda isə hədəfdə 14 saylı Dördyol 1 qəsəbə tam orta məktəbinin direktoru Elman Abbasovun olduğu bildirilir. Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin Qarabağ regional idarəsinin rəhbəri Məhəmməd Aslanov Elman Abbasovu məktəbdə pul yığmaqda ittiham edərək, onun təqdimatını Təhsil Nazirliyinə verib. Böyük ehtimalla Elman Abbasov direktorluqdan azad olunaraq, başqa işlə təmin olunacaq.
Saytın yaydığı məlumatda iddia olunurdu ki, Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəhbəri Kənan Quliyev, Ağdam rayon icra başçısı Raqub Məmmədov, rayonun təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsiniin Qarabağ bölgəsi üzrə nümayəndəsi Məhəmməd Aslanov məktəblərdən paketlər alırlar. Təkcə Ağdam rayonundakı bir məktəbdəki vəziyyət deyilənlərin doğru olduğunu göstərmiş olur. Belə ki, rayondakı 101 saylı məktəbin fəaliyyəti ancaq kağız üzərindədir. Məktəb faktiki olaraq 24 kv metrlik otaqda fəaliyyət göstərir. Həmin otağa isə nəinki 11-ci sinif şağırdləri, heç məktəbin pedoqoji heyəti sığışmaz. Kənan Quliyevin sevimli kadrı olan Məhəmməd Aslanov yazılanların doğru olmadığını bildirə bilər. Amma bu müddət ərzində onun mediaya açıqlama verməməsi də şübhəi məqamlaran xəbər verir.
Qlobal.az-a daxil olan ilginc məlumata görə, nazirlik rəsmisi Kənan Quliyev rayon təhsil şöbələri və məktəb direktorlarından hər ay "aylıq" tələb edir. Bunu gecikdirən və ya vermək istəməyən şöbələrdə yoxlamalar keçirilir, süni maneələr yaradılır və nəticədə istədiyi ikiqat alır. Hətta Ağdam rayonundan verilən məlumata görə, direktoarlardan bir neçəsi ona "paket" vermək üçün banklardan kreditlər götürüblər.
Məlumatlara görə, baş verənlərdə təhsil naziri Mikayıl Cabbarovun adı hallandırılsa da, əslində nazirin bu biabrçılıqlardan xəbəri yoxdur, sadəcə, onun adı məqsədli şəkildə elə Kənan Quliyev və ətrafı tərəfindən hallandırılır. Bildirilir ki, məlumat mediada işıqlandırılandan sonra nazir məsələni nəzarətə götürüb və Kənan Quliyevin fəaliyyəti ilə bağlı ölçü götürülə bilər.
Mənbə deyir ki, keçmiş MTN çetesinə yaxın olan Kənan Quliyevin Təhsil Nazirliyində belə fəaliyyət göstərməsi nazirin özünü də narahat edib. Ona görə də yaxın günlərdə rayon təhsil şöblərini məqsədli şəksildə talayan Kənan Quliyev və ətrafı ciddi cəzalandırıla bilər.
Mövzunu diqqətdə saxlayacağıq.