İcra başçısı diş həkimlərindən pul yığdırır? - Diş həkimlərini yoxlayan mərkəzi kim yoxlayacaq FOTO

13-03-2017, 17:35           

Bərdə rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Eldəniz Səfərovdan şikayət var.

Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata görə, E.Səfərov rayondakı bütün diş həkimlərindən "xərac" yığır. "Bərdədə biabırçılıq yaşanır. Rayon İcra Hakimiyyətinin özbaşına qərarı ilə humanitar şöbənin işçisi Səfərov Eldəniz bütün diş həkimlərini xəraca bağlayıb" deyə facebook istifadəçisi Bəhlul Abbaslı məlumat yayıb. Onun sözlərinə görə, hər stamatoloji klinika və məntəqənin həkimlərindən 3000-5000 manat arası pul yığılır.

Bunun səbəbi bilinməsə də, rayon icra başçısı Vidadi İsayevin qərarı olduğu deyilir. E.Səfərovun onun göstərişini icra etdiyi və bu qanunsuz tələbə diş həkimlərinin məcburən boyun əydiyi bildirilir. O da qeyd edilir ki, bu işin məhz dini qurumlarla işin təşkilatçısı vəzifəsini daşıyan E.Səfərova tapşırılması absurddur.

B.Abbaslı bildirib ki, məsələ ilə bağlı ölkə prezidenti İlham Əliyevə və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlanıb.

AFN olaraq səsləndirilən ittihamlarla bağlı mövqe almaq üçün E.Səfərovun özü ilə əlaqə saxladıq. Suallarımızı aqressiya ilə qarşılasa da diqqətinə çatdırdıq ki, bir peşə borcumuza uyğun olaraq qarşı tərəfin mövqeyini istəyirik və aqressiyaya ehtiyac yoxdur. E.Səfərov vəzifəsinin düzgün qeyd etilməməsindən gileyləndi. Bildirdi ki, o dini qurumlarla iş üzrə təşçkilatçı deyil, İctimai-siyasi, humanitar məsələlər üzrə şöbədə müdir müavinidir. Maraqlıdır ki, onun adı Bərdə RİH-in rəsmi saytında məhz “İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qrumıarla işin təşkilatçısı” kimi qeyd edilib. Bunu da hörmətli E.Səfərovun diqqətinə çatdırdıq.
İcra başçısı diş həkimlərindən pul yığdırır? - Diş həkimlərini yoxlayan mərkəzi kim yoxlayacaq FOTO
Haqqında edilən şikayətə gəlincə, E.Səfərov bildirdi ki, Bərdə rayonunda çoxsaylı vətəndaş müfraciətlərini nəzərə alaraq İH-in Şurası qərar çıxarıb: “Həmin qərara əsasən də biz rayonda fəliyyət göstərən stomataloji kabinetlərdə, özəl müayinə mərkəzlərində və laboratoriyalarda yoxlamalar aparır, onların fəaliyyətinin qanuna uyğun olub-olmaması, lisenziyalarının olub-olmamasını müəyyənləşdiririk. Fəaliyyəti qanunsuz olanları yerindəcə aktlaşdırırıq, araşdırılması üçün sonrakı göstəriş əsasında lazımı qurumlara təqdim olunacaq. Mənim pul almağımla bağlı iddialara tamamilə yersiz, şər-böhtandır. Hansısa vətəndaş, özünü həkim adlandırır və hansısa bir məmuru ləkələmək üçün söz deyir, siz də o dəqiqə onu işıqlandırmağa çalışırsız. Bərdə RİH tərəfindən fəaliyyəti qanuni olanlara heç bir məhdudiyyət yoxdur, hətta lisenziyası olmayanlara belə qanuni fəaliyyət göstərmək üçün nə köməklik lazımdır edilir”.

Bərdədə ümumiyyətlə neçə stomatoloji kabinet var, onlardan neçəsinin fəaliyyətində problem aşkarlanıb? Bu kimi suallarımızı E.Səfərov yenə aqressiya ilə qarşılasa da cavab da verdi. Bildirdi ki, indiyədək təxminən 25-26 obyektdə araşdırma aparılıb, onlardan 5-6-sının qanunauyğun fəaliyyət göstərdiyi bəlli olub ki, bunların da 2-3-ü stomatoloji kabinetdir: “Yerdə qalanların heç birinin lisenziyası yoxdur. Araşdırmalarımız da davam edir”.
teref.az-nun poçtuna Bərdə icra hakimiyyətinin əmri ilə diş həkimlərini yoxlayan gigiyena və epidemiyalogiya mərkəzinin özünün yoxlanmaya ehtiyacı var. Bu şəraitdə olan bu mərkəz görəsən başqalarını necə yoxlayıb hansısa qərar verir.
Mərkzin fotolarını sizə təqdim edirik:
TEREF,İNFO
"Berde İcra hakimiyyetinin özbaşına serencamı ile hekimleri yoxlayan"


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.