Arzu Rəhimovun adamı Nizami rayonundan sonra Nərimanov rayonunu da tam "bazar"- a çevirib
6-07-2015, 22:06
Bu gün orduya göndərilən yararsız əsgərlərin bir qismi məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhəri Nərimanov Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin payına düşür. Əldə etdiyimiz bilgilərə görə, Qəşəm Mahmudovun rəhbərlik etdiyi Səfərbərlik Xidmətinin Nərimanov rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə yola salınan gənclərin bir qismində xoşagəlməz xəstəliklərin diaqnozu aşkarlanıb.
Heç şübhəsiz ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən çağırışçıların həqiqi hərbi xidmətə cəlb olunmaları ordunun iş pripsipinə ciddi problemlər yaradır. Bu isə öz növbəsində, silahlı qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına imkan vermir. Vəziyyətin bu həddə gəlib çatmasının əsas səbəbkarı sırasında isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin rolu böyükdü.
Nərimanov Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəis əvəzinin müxtəlif xəstəliklərdən əziyyət çəkən çağırışçıları hərbi xidmətə yollamaqla ölkəsinə, xalqına, millətinə qarşı ən böyük cinayəti törətdiyini deyən məlumatlı şəxsin bildirdiyinə görə, Qəşəm Mahmudovun müəyyənləşdirdiyi «qayda»lara görə hazırda ordudan möhlət hüququ almaq üçün saxta tibb ekspertizasının qiyməti 4-5 min manatdır. Odur ki, bu məbləği ödəyən istənilən şəxs saxta sənədlə övladını hərbi xidmətdən azad edə bilər.
Əldə etdiyimiz məlumata gör, Qəşəm Mahmudov Nizami rayon səfərbərlik xidmətində çalışan zamanlarda da, ciddi problemlərə imza atıb. Amma maraqlıdır ki, onun bu hərəkətinə hüquqi qiymət verilməyib. Əks halda adıçəkilən şəxs çoxdan məsuliyyətə cəlb edilməli və barəsində müvafiq ölçü götürülməli idi.