Sabiq nazirin gömrükdə oliqarx vəzifəli qohumu işdən qovula bilər - Detallar
26-05-2017, 09:37
Ucarda ticarət mərkəzi Ziya Məmmədovun qohumu Sumqayıt Gömrük İdarəsinin rəis müavini Əlinur Sarıyevin adına rəsmiləşib
Əldə etdiyimiz bilgilərə görə, onun nazir vəzifəsindən gedişindən sonra qohumlarının da vəzifələrini itirmək təhlükəsi yaranıb. Ə.Sarıyevin də işindən çıxarılacağı barədə iddialar səslənir.
Ziya Məmmədovun korrupsiya əməllərindən Azərbaycan nəqliyyatının, yollarının canı qurtarsa da, Ucar rayon camaatı hələ də onun əlində aciz qalıb.
Ziya Məmmədovun nəzarətindəki Ucar, Goranboy və Qubada yeni icra başçısı təyinatları olacağı xəbər verilir.
Gedişatdan belə anlaşılır ki, Ziya Məmmədovun durumu kifayət qədər bərbaddır və bu səbəbdən də o, təkcə özü deyil, həmçinin əyan-əşrəfini də çöllərə salıb.
Karyerasının qürub etdiyi bir zamanda oğlu, iş adamı Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi naziri ruhlandırmışdı.
Rayon sakinləri redaksiyamıza məktub yazıb və sabiq nazirə məxsus Ucar bazarında baş verənləri nəql edib.
Ziya Məmmədova məxsus əmlaklar həddən çoxdur. Bunlardan biri də onun himayəsində olan, yaxın qohumunun adına rəsmiləşdirilmiş Ucar Ticarət Mərkəzidir.
Bu bazarında 100 nəfərin ticarətlə məşğul olması nəzərdə tutulsa da, zorla, məcburiyyət qarşısında qoyularaq 800 nəfər şəxs sıxlıqda, darısqallıqda, zir-zibilin içində alverlə məşğuldur.
Həttda sıxlıq o dərəcədədir ki, alıcılar bazara girib-çıxanda əziyyət çəkirlər. Bazarın yolunda daima tıxaclar var, səkilər tamam tutulub.
Ticarət yerləri satıcılara baha qiymətə icarəyə verilsə də, sənəddə qiymət göstərilmir və ya çox az qiymət yazılır ki, buna görə vergidən küllü miqdarda gəlir gizlədilir.
800 nəfərin işlədiyi bazarda cəmi 30 nəfərlə əmək müqaviləsi bağlanılmışdır. Yalnız bu 30 nəfər Dövlət Sosial Müdafiə Fonduna pul ödəyir. Buna görə çoxlu sayda insanın əmək hüquqları pozulur.
Bazarda ticarət obyektləri heç bir texniki şərtlərə əməl edilmədən qanunsuz inşa edilib. Buna görə ötən il bazarda baş vermiş yanğın zamanı 14 ticarət köşkü içərisindəki satlıq əşyalarla tamamilə yanaraq külə döndü.
Ulus.Az
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləyə bilərik!
teref.az