Hansı icra hakimiyyətləri dövlət tədbirini keçirməkdən yayındı? SİYAHI

16-07-2015, 13:20           
Hansı icra hakimiyyətləri dövlət tədbirini keçirməkdən yayındı? SİYAHI
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ölkədə Milli Mətbuatın yaranmasının 140 illiyinin keçirilməsi ilə bağlı Tədbirlər Planını hələ iyun ayının 2-də imzalayıb. Dövlət başçısının imzaladığı sərəncamdan sonra Tədbirlər Planı təsdiq edilib və icra hakimiyyətləri ilə tədbirlərin keçirilməsinə dair xəbərdarlıqlar göndərilib. Ölkənin bir sıra icra strukturlarında bu tədbirlər planı Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurası tərəfindən həyata keçirilir. İyulun 22-də isə Bakıda Gülüstan Sarayında xüsusi tədbir keçiriləcək.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən bütün yerli icra hakimiyyətlərində Milli Mətbuatın yaranmasının 140 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə dair Prezident Adminstrasiyasından məktublar göndərilib. PA rəhbəri cənab Ramiz Mehdiyevin icra hakimiyyətlərinə göndərdiyi məktubda müvafiq olaraq regional tədbirlərin keçirilməsi nəzərdə tutulub. Masallı, Zərdab, Quba rayonlarında belə regional tədbirlər həyata keçirilib.

Lakin redaksiyamıza daxil olan məlumata əsasən bir sıra icra hakimiyyətləri bu tədbirlər proqramına uyğun olaraq müvafiq şəkildə iştirakdan yayınmağa çalışıblar. Şamaxı, Ucar, Kürdəmir, Hacıqabul və İmişli rayonlarından daxil olan informasiyalara əsasən heç yerli mətbuat orqanlarında, rayon qəzetlərində, radiolarında, TV-lərində çalışan mətbuat işçilərinin peşə bayramı və 140 illiklə bağlı heç bir tədbir həyata keçirilməyib. Rayonlarda işləyən həmkarlarımız deyir ki, yerli icra hakimiyyətlərindən hansısa tədbirin keçirilib-keçirilməyəcəyi barədə məlumat almaq istədikdə isə bəlli olub ki, heç bir tədbir keçirilməyəcək.

Qeyd edək ki, yuxarıda adları qeyd edilən icra hakimiyyətləri ilə bağlı tədbirlər planının icra vəziyyətinə dair monitorinqlərin nəticəsi olaraq ən yüksək rəsmi dairələrin dəyərləndirilməsi olacaq. «Dövlət qulluqçularının etik davranış qaydaları» na uyğun olaraq müvafiq protokol qaydalarını pozan icra hakimiyyətlərinin cəzalandırılacaqları da gözlənilir.

Bu mövzu ilə bağlı detallı araşdırmalarımızı təqdim edəcəyik. Bizi izləyin.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.