ŞOK İTTİHAM: Əziz Əzovun rayonunda bayrağımız təhqir olundu: “O cındırı yığışdır”

22-08-2017, 00:37           
ŞOK İTTİHAM: Əziz Əzovun rayonunda bayrağımız təhqir olundu: “O cındırı yığışdır”
Cəlilabadda xoşagəlməz hadisə qeydə alınıb. Belə ki, rayonun Sabirabad kənd icra nümayindəsinin ailə üzüvlərindən olan Babayev Alxan Valeh oğlu aprel döyüşlərində ağır yaralanan Məhəmmədov İsmət Mehman oğlunu və Azərbaycan bayrağını təhqir edib.
Bu barədə dosye.org-a İsmət Məmmədov məlumat verib. Onun dediyinə görə, A. Babayev kənd sakinlərin qarşısında onu təhqir edərək yaşadığı ünvandan asılan bayrağı rədd edilməsini tələb edib. Hətda döyüşçüyə” əyninə o cındır formanı geyinib, darvazadanda bir cındır bayraq asmaqla özünü böyük adam sayırsan”deməklə vətənpərvərlikdən qat-qat uzaq olduğunu nümayiş etdirib. Əfsuslar olsun ki, Cəlilabad RİH başçısl cənab Əziz Əzizovun Qarabağ döyüşçülərinə göstərdiyi diqqət və qayğı bəzi məmur balaları tərəfindən qəbul edilmir.
Bütün bu haqsızlıqlara dözməyən İ. Məmmədovun atası Mehman Məmmədov dərhal rayon prokurorluğuna məlumat verib. Dosye.org-ın əldə etdiyi məlumatlara görə hal-hazırda prokurorluğda araşdırma gedir. Baş verən hadisəni video lentə almaq üçün əməkdaşlarımız Cəlilabad rayon Sabirabad kəndinə ezam olundu. Araşdırma zamanı məlum oldu ki, aprel döyüşlərində ağır yaralanan İsmət Məmmədov sözün həqiqi mənasında əsl qəhrəmanlıq nümayiş etdirərək, neçə-neçə milli ordunun yaralı əsgərlərinə yardım əlini uzadıb. Əslində, həqiqi hərbi xidmətdən yayınan və atasının hesabına “yararsız” hərbi bilet əldə edən şəxs heç bir zaman canından keçən əsgərlərin nəyə qadir olduğu duya bilməz.
Bildirmək istəyirik ki, ağrel döyüşlərində yaralanan İ. Məmmədovun haqq səsi lazımı qurumlara çatdırılacaq. İnanırıq ki, A. Babayev Azərbaycan bayrağını təhqir etdiyinə görə cavabsız qalmayacaq. Bir daha nəzərinizə çatdıraq ki, Alxan Babayev, Sabirabad kənd icra nümayindəsi Valeh Babayevin oğludur. Onun hansı yolla hərbi bilet aldığı araşdırılmalı və dərhal hüquq mühafizə orqanlarına məlumat verilməlidir.
Mövzüya qayıdacayıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.