"Mənim və mənə səlahiyyətləri üzrə etibar edən digər çoxsaylı vətəndaşların konustitusyon hüquqları Ağstafa rayon məhkəməsinin sədri İlqar Əliyev və hakim Mübariz Hüseynov tərəfindən kobud şəkildə pozulub". - ŞİKAYƏT

4-09-2017, 10:29           
"Mənim və mənə səlahiyyətləri üzrə etibar edən digər çoxsaylı vətəndaşların konustitusyon hüquqları Ağstafa rayon məhkəməsinin sədri İlqar Əliyev və hakim Mübariz Hüseynov tərəfindən kobud şəkildə pozulub". - ŞİKAYƏT
Ağstafa rayon sakini Səxavət İsmayıllı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və adiyyatı üzrə digər dövlət qurumlarına şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan ərizədə deyilir: "Mənim və mənə səlahiyyətləri üzrə etibar edən digər çoxsaylı vətəndaşların konustitusyon hüquqları Ağstafa rayon məhkəməsinin sədri İlqar Əliyev və hakim Mübariz Hüseynov tərəfindən kobud şəkildə pozulub".

Daha sonra dia.az-a daxil olan müraciətdə narazı vətəndaş yazır: "Vaxtı ilə əvəzində nümayəndə qismində iştirak etdiyim vətəndaşların məhkəmə prosesinə buraxılmıram.Halbuki,həmin vətəndaşların keçmiş mülki işləri üzrə proseslərində iştirak etmişəm və bildiriş haqlarına imza atmışam,hətta ünvanıma poşt vasitəsilə məhkəməyə təyin olunmuş prosesin vaxtı məhkəməyə gəlib və gəlməkdə davam edir.28 avqust 2017-ci il tarixdə məhkəməyə çağırıldığım tarixdə digər vətəndaşın əvəzində iştirak etməyimi hakim Mübariz Hüseynov mənə rəsmi qaydada heç bir protokol tərtib etmədən əsassız qaydağan qoydu. Səbəbini soruşduqda isə sənin gözündə qüsür var deyə cavab verdi və məhkəmə zalını tərk etməyimi tələb etdi.
Qeyd edim ki,mənim fəaliyyət qabiliyyətimin yoxlanmasına göstəriş verilməsi ilə bağlı heç bir sənəd yoxdu.Yaxşı mənim gözümdəki qüsur fəaliyyət qabiliyyətimi məhkəmələrdə iştirakıma qadağan qoya bilərdisə niyə Ağstafa rayon məhkəməsində çox sayda vətəndaşların məhkəmə posesində iştirak etmişəm hətta çıxarılmış qətnamənələrdə iştirakımı təsdiq edən faktlar da var.Bəyəm Mübariz Hüseynov,İlqar Əliyev indiyə qədər mənim gözümdə qüsurun olduğunu bilmirdi?Birdə ki,məlumat üçün bildirim ki,mən sərbəst yaza və oxuya bilirəm.Gözümdə olan qüsur prosesin gedişinə mənfi təsir göstərmir.Ruhi xəstələrdən başka hər kəs notarial qaydada öz salahiyyətlərini digər vətəndaşlara etibar edə bilər.Düzdü fiziki əmək qabiliyyəti məhdudlaşdırılıb,amma zehini işlərlə məşğul olmaq qabiliyyətim var.Fərdi faliyyətlə məşğulam və devlətin vergisini də ödəyirəm.Mədaxil qəbizlərin bir sürəti sübut kimi özümdə qalıb.Ölkə başçısı cənab İlham Əliyev əlillərə bacardığı qabiliyyətləri çatacaq dərəcədə əməklə məşğul olmaqları barədə xüsusi göstərişləri var.Əlillər o demək deyil ki,heç bir işlə məşğul ola bilməz.Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov bacarıqlı əlillərin bacarıqlarını üzə çıxarmaq ,istedadlarını üzə çıxarmaq məqsədilə əlillərə hər cür imkan yaradılması ilə bağlı əlillərə hər cür imkan yaradıb.

1. Azərbaycan Respublikasının konustutisiyasının 26cı maddəsinin 1-ci bəndində göstərilir ki,hər kəsin qanunla öz hüquqlarını müdafiə etməyə haqqı vardı.
2.Dövlət hər kəsin hüquq və azadlıqlarını müdafiəsinə təminat verir.

Əlil olmağım qanunla nəzərdə tutulmuş qaydada digər vətəndaşların əvəzindən məhkəmədə nümayəndə qismində iştirakını qadağan etmir.
Məhkəmə sədri İlqar Əliyev mənə deyir ki get bazarını başqa rayonda qur.Cənab Prezident İlqar Əliyev məhkəməni bazar hesab edir.Halbuki məhkəmə Azərbaycan Respublikasının adından qərar verən orqan kimi tanınır.Bəlkə İlqar Əliyev düşünür ki,Ağstafa rayon məhkəməsi onun şəxsi mülkiyyətidi.Cənab Prezident sizdən xahiş edirəm ki,Ağstafa rayon məhkəməsinin sədri İlqar Əliyev və hakim Mübariz Hüseynov qanunla qadağan olunmayan faliyyətimi sünü əngəllərin qarşısı alınması barədə göstəriş verəsiz.Məsələyə hüquqi qiymət verməyinizi xahiş edirəm.Hal-hazırda proseslərə girişimə qadağan qoyulub.Bu da mənim və digər vətəndaşların konustutisyon hüquqlarının pozulmasına səbəb olur".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.