Abdin Fərzəliyevin ilginc dosyesi: MTN olaylaraında xatırlanma, müəmmalı Rusiya əlaqələri və 11 yaşlı sirli uşaq...

5-09-2017, 08:55           
Abdin Fərzəliyevin ilginc dosyesi: MTN olaylaraında xatırlanma, müəmmalı Rusiya əlaqələri və 11 yaşlı sirli uşaq...
Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Bakı meriyasının rəhbəri olmaq istəyini ortaya qoyması diqqətlərin yenidən onun üzərinə yönəlməsinə səbəb olub. Savash.org xatırladır ki, Nərimanov RİH başçısının adı bu günə qədər ölkə mətbuatında ova lazım olduğundan artıq aludəçiliyindən tutmuş bir sıra maliyyə maxinasiyalarına qədər hallanıb.
Savash.org bu iddialı icra başçısına ictimai marağı nəzərə alaraq onu oxuculara daha yaxından təqdim etmək qərarına gəlib. Beləliklə...

Kimdir, Abdin Fərzəliyev?
Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1974-84-cü illərdə orta Ümumtəhsil məktəbində təhsil alıb. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayan A.Fərzəliyev 1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Kimya-biologiya» fakültəsinə daxil olmuş, 1985-87-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər «Naxçıvan» qəzetinin müxbiri vəzifəsində çalışmışdır. 1993-cü ilin fevral ayından noyabr ayına qədər «Əlincə» Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir.
1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləmişdir. 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olmuş, hal-hazırda da üzv kimi fəaliyyət göstərir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və Bələdiyyə İdarəetməsi» fakültəsini bitirmişdir. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.

Fərzəliyevin müəmmalı Rusiya bağlantıları
Nərimanov rayon icra başçısının siyasi karyerasında diqqət çəkən digər bir məqam onun Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunmasıdır. Onu da bildirək ki, nə Rusiya prezidentinin, nə də digər dövlət rəhbərinin Azərbaycanda icra başçısını dövlətinin ən yüksək ordeni ilə təltif etməsi təcrübəsi olmamışdı. Belə bir halda Fərzəliyevin mükafatlandırılması gizli nüanslardan xəbər verirdi və həmin səbəblərin nədən qaynaqlandığı sonralar da araşdırılmadı. Halbuki Abdin Fərzəliyev bu mükafatı aldığı ilə bağlı az qalmışdı ki, Nərimanov rayonunda atəşfəşanlıq və konsert proqramlar təşkil etsin.
Əslində “Dostluq” ordeni sıradan hansısa kiçik məmurlara deyil, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində müstəsna rol oynayan kifayət qədər iriranqlı məmurlara verilir. Hətta indiyədək Azərbaycanda bu ordenlə təltif olunan şəxslər, çox iriranqlı və ya Rusiya ilə birbaşa əlaqəli adamlar olub. Bəs belə bir halda necə oldu ki, Rusiya prezidenti bu mükafatı Fərzəliyevə verdi? Abdin Fərzəliyevin Rusiya ilə əlaqələrinin altyapısında hər hansı bir siyasi məqamlar axtarmaq yersizdir. Çünki avtobioqrafiyasından da göründüyü kimi Abdin Fərzəliyev o qədər də böyük məmur sayılmır. Demək, burada siyasi məqamlar axtarmağa o qədər də ehtiyac yoxdur. Azərbaycanlı məmuru Rusiyaya daha çox böyük biznes maraqları bağlayır. Bu biznes şəbəkəsinin kimlər tərəfindən idarə olunduğu ilə bağlı bəzi məlumatlar da mövcuddur.

İcra başçısının adı MTN olayında...
Nərimanov İH-nin başçısı A.Fərzəliyevin istintaqda dindirilməsi haqda müfəsəl məlumatlar olmasa da, onun adı tez-tez Eldar Mahmudov dəstəsinin işində keçir. Bu dəfə icra başçısı Mərdəkan qəsəbə sakini Əliyev Əliəsgər Ağababa oğlunun torpaq mübahisəsində iştirakçı olub. MTN generalı Elçin Quliyevin məhkəməsindən sitat: “Elçin Quliyev də sabiq nazirə məruzə etdikdən sonra onu yanına çağıraraq ona nazir Eldar Mahmudovun torpaq sahələrinə çıxarış almaqda köməklik etməsi üçün onun qaynı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət etməsini tapşırıb. Bir müddət sonra onun iş yerinə Asif adlı şəxs gələrək onun adına etibarnamə verməyini, torpaq sahələrinin özəlləşdirilməsi ilə onun məşğul olacağını bildirib. O da Elmanın adından Asifə etibarnamə verilməsini tapşırıb, həmin ərəfədə torpaq sahəsinin özəlləşdirilməsi üçün Elçin Quliyev ona 25 000 ABŞ dolları məbləğində pul vermiş və o da həmin pulu Asifə təqdim edib. Lakin özəlləşmə üçün xərc 25000 ABŞ dollarından çox çıxmış, dəqiq olaraq nə qədər pul xərcləndiyini bilməyib və həmin pulu Abdin Fərzəliyev verib. Abdin Fərzəliyev ona bir sot torpaq sahəsinin özəlləşdirilməsi üçün 2000, 50 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün isə 100.000 manat pul lazım olduğunu deyib. O da özü 25.000 manat pul verə biləcəyini deyərək həmin pulu Asif adlı şəxs vasitəsilə Abidin Fərzəliyevə göndərib və qalan xərcləri isə sonuncu özü çəkib”.
Digər bir problem isə Nərimanov rayon rəhbərliyində, özü də Abdin Fərzəliyevin sağ əlinin FETÖ şəbəkəsində adının hallanmasıdır. Savash.org olaraq mediada işıqlandırılan həmin məlumatları da olduğu kimi diqqətinizə çatdırırıq: “Gülənin Azərbaycandakı aktiv gənc lideri Nərimanov rayonunun rəhbərliyi ilə Özərən arasında vasitəçilik edib. Onlara bu rayonda yol açan, inkişaf etmələri üçün hər bir dəstəyi verən isə Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovdur. Təkcə, onunla deyil, bir sıra dövlət məmurları, icra hakimiyyətlərindəki fətullahçılarla da əlaqələri davam etdirən C.Osmanlıdır. Hazırda Ukraynada tikinti biznesi ilə məşğul olduğu bildirilən Ceyhun Osmanlının bu işdə əsas ortağının da Şahmar İbadov olduğu bildirilir.
Türkiyənin mediaya ötürülən kəşfiyyat məlumatlarında Şahmar İbadovun adı belə çəkilir: “Şahmar İbadov – Bakü şehri, Nerimanov ilçe Kaymakamının birinci yardimçısı.Eski parlamento başkanı yardımçısı.Kaymakamlıkda söz sahibi biri tüm atamalar ona bağlı.İzni olmadan hiç kimse göreve alınmaz.Önceliyi kaymakamlıkda ve oraya bağlı kamu görevlerine yakınlarını ve Hizmet üyelerini göreve getirmek. İş adamı. Çocukları Gülen okulunda okumuş. Ailesi ile bir kaç defa ABD olmuş. Hizmet uyelerinin mali işlerindeki sorumluluklarda üstlenir. Nerimanov ilçesinde yakınları ve akrabaları devlet hizmetinde çalışıyor. 15 Haziran olaylarından 8 ay önce Ceyhun Osmanlı kaymakamlığı ziyaret etmiş ve Nerimanov ilçe Kaymakamının birinci yardimçısı Şahmar İbadovla odasında buluşmuş. Bundan sonra kaymakamliğa aid 10 AA 815 plakali arabası ile Şahmar İbadov şöforu ve kaymakamlikda çalışan müdür yardımçısı Togrul ve Eldaniz adlı kişilerin vasıtası ile Ceyhun Osmanlıya para vermiştir”.
Göründüyü kimi, Şahmar İbadov ismi Türkiyəyə çoxdan bəllidir. Həm dövlət məmuru, həm də rayonda böyük biznes sahibi kimi tanınan İbadovun Ceyhun Osmanlını öz iş otağında qəbul etməsi Türkiyənin də diqqətini çəkib. Bundan başqa ikilinin davamlı olaraq, görüşdüyü və birlikdə hərəkət etdikləri vurğulanır.”

Və sonda: 11 yaşlı Altun icra başçısının kreslosunda...
Savash.org olaraq xatırladaq ki, bir müddət öncə Nərimanov RİH başçısı ilə bağlı mediada daha bir səs-küylü iddia səslənib. Həmin iddia mediada anons şəklində qoyularaq sonradan mövzunun davam etdirilməməsinə baxmayaraq məsələni “ənənəvi yollarla” unudulmasının mümkün olmayacağı qənaətindəyik. Savash.org olaraq mövzu diqqətimizdədir, hələliksə yalnız sözügedən anonsu xatırlatmaqla kifayətlənirik...
– İcra başçısının kreslosunda şəkil çəkdirən uşaq kimdir?
– 11 yaşlı Altunun yarada biləcəyi problemlər;
– Bir yanlışlığın illərlə davam edən izi…
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.