Ramanadakı ekopark darmadağın edilib, zibilxayana çevirildi – FOTOLAR VİDEO

6-09-2017, 00:24           

Azərbaycan prezidenti İlham Əliyevin konkret tapşırığı və təşəbbüsü ilə insanların istirahətinin təmini, əsasən uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün ciddi addımlar atılır. Yeni müasir idman kompleksləri yaradılır, böyük vəsaitlər hesabına parklar salınır və sairə. Amma bəzən yüz min manatlarla pul xərclənən bu parklar və idman kompleksləri baxımsızlıqdan bərbad hala düşür.

Bəzən isə tamamilə dağıdılır və bu kimsəni narahat belə etmir. Bu gün məhz 2 il bundan əvvəl salınan, bu gün isə baxımsızlıqdan dağıdılan parkdan danışacağıq.

2014-cü ilin may ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində EKO LAND adlı bir park salındı. Parkın açılışına fövqəladə hallar naziri Kəmallədin Heydərov, icra başçısı və diğər rəsmilər qatıldılar. Hətta bu parkın açılışı mərhum prezident, umimilli lider Heydər Əliyevin doğum gününə təsadüf etdi. Yəni bu park umimilli lider Heydər Əliyevin doğum günü üçün insanlara və uşaqlara hədiyyə edildi.

Park barədə qısa arayış…

Park keçmiş Bakı Yod Zavodunun Ramana istehsalat sahəsi ərazisində yaradıldı. Ərazi torpaq örtüyü kömür, mazut, borular və məişət tullantılarından təmizlənərək münbit torpaqla əvəzləndi.

Ekoparkın açılışında K.Heydərov bildirdi ki, parkın 50% dən çoxu, yəni 30000 kvadratmetr hissəsi yaşıllıq və qazon örtüyü ilə təmin edilib. Təmizləmə işləri xüsusi texnologiya ilə aparılıb. Bu isə radioaktiv tullantıların ətrafa yayılmasının qarşısını almağa kömək edıb. Bir sözlə, sözügedən Ekoparkın yararlı vəziyyətə gətirilməsi üçün külli miqdarda vəsait xərclənib və deyilənə görə, Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib.

İndi isə bu EKOpark sadəcə xarabalığı xatırladır. Bizimxeber.az xəbər verir ki, park elə bir günə salınıb ki, burada nəinki istirahət etmək, yanından keçmək istəmirsən. Parkdakı usaqlar üçün qurulmuş atraksionlar tamamilə dağılıb. Fəvvarə isə yerlə yeksan edilib. Dəyəri 10 min manatlarla ölçülən Palma ağacları quruyub və kökündən sınıb. Bir sözlə, bu park sadəcə xarabaya çevirilib.

İki il ərzində bu parkı kimlər bu günə salıb? Niyə parka nəzarət olunmayıb və dövlətin bu parkın salınması üçün ayrılan vəsait nədən havaya sovrulub? Ən biabırçısı odur ki, aidiyyatı orqanlar bu parkın bu ərazidə yerləşdiyini bildirən lövhəni belə sındırıb atıblar. Bu o deməkdir ki, burda nə park var, nə də onun sahibi. Ortada isə 100 minlər kül olub.

Darmadağın edilmiş “parka” hansı qurumun nəzarət etdiyini öyrənmək üçün Sabunçu rayon icra hakimiyyətindəki rəsmilərlə əlaqə saxladıq. Ramanadakı ekopark sözünü eşidən icra apartındakı rəsmi “bizim balansda deyil” deyib dəstəyi asdı. Dəqiqləşdirdik ki, ekopark Bakı Şəhər İcra Hakimiyyətinin, yəni Hacıbala Abutalıbovun nəzarətindədir. Amma təəssüflər olsun ki, həmişəki kimi meriyadan heç kim dəstəyi qaldırmadı.

Darmadağın edilmiş Ekoparkın fotolarını təqdim edirik…





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.