teref.az-nun poçtuna gələn bu şikəyəti sizə təqdim edirik: İmişli rayon İcra Başçısının dövlət rəmzinə münasibəti göz qarşısındadır. Bir neçə həftə əvvəl Vətənə xidmətə görə ordenlə təltif olunmuş Vilyam Hacıyevin başçısı olduğu İmişli rayonunda dövlət bayrağı bu vəziyyətdədir. Azərbaycan Konstitutusiyasına zidd olaraq bayraq 2:1 ölçüdə deyil ucları kəsilməkdən 1:1 ölçüsünü almışdır. Həmçinin bayraq üzərindəki gerb cırılmış və bayrağımız pis bir hala düşmüşdür. Bayraq meydanına çox yaxın yerləşən icra hakimiyyəti binasında oturanlar isə o qədər harınlayıb ki, artıq bu dövlətin rəmzin belə unudublar. Xahiş edirəm bu yazını işıqlandırasınız. Nadir Huseynov teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq! teref.az