Ramiz Zenalovun "ərköyün" bacıoğlusu Tovuzda "MERO"nu bazara çevirib

11-09-2017, 00:07           
 Ramiz Zenalovun "ərköyün" bacıoğlusu Tovuzda "MERO"nu bazara çevirib
Tovuz rayonu Zeynalovların qurbanına çevrilib.

Bu barədə dosye.org-a rayon sakinləri məlumat verib. Nəzərinizə çatdıraq ki, bir müddət öncə ölkə mətbuatı Tovuz RİH başçısı Tofiq Zeynalov haqda maraqlı məlumatlar dərc etmişdir. Bir daha nəzərinizə çatdıraq ki, rayonda təhsil, səhiyyə və digər sahələrdə baş verən özbaşınalıqlar, rüşvətxorluq bu gündə davam edir.

Təbii ki, icra başçısının icazəsi olmadan bir kimsə belə addım ata bilməz. Məlum məsələdir ki, rayonda ZEYNALOVLAR bütün gəlirli sahələrə rəhbərlik edir. Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, T. Zeynalov ən gəlirli sahə olan “MERO” bazarına öz baçısı oğlunu təyin etdirib. Xəqani adlı “MERO” rəisi bütün imkanlardan istifadə edərək özünə rayonun Çökəli bulağ istirahət mərkəzində obiyekt inşa etdirib.

Xidməti maşını ilə obiyektə gələn Xəqani müəllim günün istənilən saatını təbiətin qoynunda xumarlanır. Əlbətdə ki, böyük dayaq sahibi olan MERO rəisi sürücülük vəsiqələrini bazaar qiyməti ilə satmaqdan belə çəkinmir. Çünki, BDYPİ-nin rəisi Ramiz Zeynalov “ərköyün” baçı oğlunun dayısıdır. Məlumat üçün bildirək ki, Tovuz rayonu Çökəli bulağ istirahət mərkəzi ZEYNALOVLARIN məkanı kimi tanınır.

Növbəti yazılarımızda MERO rəisinin şok məlumatlarını dərc edəcəyik. Bizi izləməyi unutmayın…

Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.