Şahmar İbadov necə «oliqarx» oldu?

15-09-2017, 00:46           
Şahmar İbadov necə «oliqarx» oldu?
İcra başçısının birinci müavinin özəl qaydaları etiraza səbəb olub

Bakının Nərimanov rayon sakinləri bir məmurun özəl qaydalarından beziblər.Nia.az qeyd edir ki, icra başçısının birinci müavini Şahmar İbadovun qanunsuz qərarları rayonda narazılığa səbəb olub.

Sayta daxil olan məlumatlarda qeyd olunur ki, icra başçısının müavini qəbul saatlarında vətəndaşları dinləməyə borclu olsa da onu otağında tapa bilmirlər. Nərimanov rayonunda problemlərin əsas səbəbkarı olan bu məmur ölkə başçısının tapşırıq və tövsiyyələrinə də məhəl qoymur.İcra başçısı Abdin Fərzəliyev də müavini önə verməklə çirkin məqsədlərini həyata keçirir.

Rayonun bir çox ərazilərində qanunsuz tikintilər yalnız Şahmar İbadovla razılaşdırılandan sonra tikilə bilər. Başçının birinci müavininin “hörmət”ini edənlər və onu razı salanlar qanunsuz yolla tikinti işlərini apara bilərlər.

Şahmar İbadovun əməllərindən olunan şikayətlər yuxarılara çatmır. “Azərpoçt”MMC-də özünə dost tapan birinci müavin onun qanunsuz əməllərini özündə əks etdirən şikayət məktublarını yoxa çıxara bilir.

Özünü rayonun əsas adamı hesab edən Şahmar İbadovun icra aparatında qruplaşma yaratdığı da məlumdur.Bu məmur rayonun tabeçiliyində olan idarə və təşkilatları da aylıq “sınağa” çəkir. Şahmar müəllimin haqqını verməyənlər mütləq qaydada cəzalanırlar.

Daxil olan məlumatlarda o da qeyd olunur ki, Şahmar İbadov var- dövləti ilə seçilən müavindir. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. İcra başçısının müavininin milyonluq villasına baxıb xoş olmayan sözlər deyənlər də az deyil.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadova məxsus olan Bakı şəhərindəki digər bahalı və möhtəşəm imarətlərin kiçik bir hissəsi barəsində də redaksiyamıza faktlar daxil olub.

Nia.az xəbər verir ki ,faktları təqdim edən mənbə imarətlərə xərclənən pulları da açıqlayıb. Məlumata görə, Bakının mərkəzində ucaldılan Altun saraya Nərimanov rayonundaki səlahiyyətli nümayəndəsi Şahmar İbadov 11 milyon manat xərcləyib



Faktları təqdim edən mənbə digər imarətlərə xərclənən pulların 50 miliyon AZN dən artıq olduğunu bildirir.

700-800 manat maaşla Şahmar İbadov milyonluq villaya necə sahib olub?

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan yerli İcra Hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçuların maaşı ilə bağlı təqdim edilən məlumatlara görə, icra başçısı və müavininin əmək haqqısı elə də böyük deyil.

Rayon və şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) Gəncə və Sumqayıtda 870 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan yerli İcra Hakimiyyəti orqanlarında 790 manat, əhalisinin sayı 50-100 min nəfər olan yerli İcra Hakimiyyəti orqanlarında 775 manat maaş alır.

Hacıbala Abutalıbovun maaşı isə 1450 manat göstərilir.

Belə olduğu təqdirdə 174600 nəfər əhalisi olan Nərimanov rayonunda icra başçısının maaşı dəbdəbəli villaya sahib olmağa yetməz. Amma fotoda Şahmar İbadova aid olduğu göstərilən Bakının mərkəzində ucaldılan Altun saray,dəbdəbəli villa aylıq əmək haqqı ilə alınana oxşamır. Bəs onda görəsən, bu villa hansı vəsaitlə əldə edilib? Yəqin ki, bu suala icra başçısı Abdin Fərzəliyev və əlaqədar dövlət qurumları cavab verə bilər.

Gələn yazımızda Şahmar İbadovun 90 cı ilin əvvəllərində Binəqədidə (pasyolka kirovda) hansı ticarətlə məşğul olması ilə bağlı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq …














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.