Fransadaki səfirimizə tanıtım: Samir Şərifov Nəqliyyat yox Maliyyə nazridir

17-09-2017, 19:59           
Fransadaki səfirimizə tanıtım: Samir Şərifov Nəqliyyat yox Maliyyə nazridir
Azərbaycanın Fransada səfiri Rəhman Mustafayevdir.

Cəmi bir neçə aydır ki, Fransada səfirliyə başlayan Rəhman Mustafayev bu vəzifəyə qədər ölkənin ən mühüm nazirliklərində və rəhbər orqanlarında işləyib:

1993-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi,

1994-1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi,

1997-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri,

2000-2006–cı illərdə Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri,

2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru,

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin oktyabrında imzaladığı sərəncamla Rəhman Mustafayev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri,

23 İyun 2017 –ci il tarixindən isə Azərbaycanın Fransadakı səfiri.

Bir sözlə, işləmədiyi idarə qalmayan Rəhman Mustafayev, sən demə, Azərbaycanın nazirlərini yaxşı tanımırmış. Hər halda onun Samir Şərifovu Nəqliyyat naziri kimi təqdim etməsi bu cür düşünməyə əsas verir.

Fransadakı səfirimizin dünən “Tvitter”də paylaşıb bir müddətdən sonra sildiyi paylaşımını təqdim edirik.

teref.az oaraq qarşı tərəfin mövqeyiniu işıqlandıra bilərik!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru