İmişli İcra Başçısı Azərbaycan bayrağına görə tənbeh olunub?
19-09-2017, 16:46
Bir qədər əvvəl saytımızda teref.az istinadən İmişli rayonunda Azərbaycan bayrağına qarşı etinasızlıqla bağlı məlumat yayımlamışdıq. Məlumat GUNDEMİNFO.AZ-da yayımlandıqdan sonra məlum xəbərlə bağlı etirazlar başladı. Hətta icra başçısı Vilyam Hacıyevin adından redaksiyamızla əlaqə saxalayan bəzi “səlahiyyətli” şəxslər məlumata münasibət bildirmək əvəzinə redaksiyamızı məhkəmə ilə hədələməyə də başladılar. Bundan sonra isə analoji olaraq Azərbaycanın dövlət bayrağına olan etinasızlığın aradan qalxacağına dair vədlər və əlbəttə ki, bu günə qədər Vilyam Hacıyevin adına tənqidi olan materialların yayımının dayandırılmasını istədilər.
Gundeminfo.az-a daxil olan informasiyada bildirlir ki, İmişlinin icra başçısı media ilə sıx əməkdaşlıq quran, media ilə Dövlət Başçısının ən mütərəqqi, ən sağlam münasibətlər qurması ilə bağlı məmurlara olan tövsiyyələrinə daha da sadiq bir məmurdur. Hər halda redaksiyamızla əlaqə yaradan bəlli “səlahiyyətli” şəxslər nədənsə icra başçısının siyasi kursuna fərqli prizmadan yanaşırlar. Daxil olan informasiyalara əsasən məlum bayraq etinasızlığından sonra icra başçısı tənbeh edilib və öz növbəsində cavabdeh məmurlar da işlərindən yol verdikləri səhlənkarlıqlara görə başçı tərəfindən cəzalandırılıblar.