Razim Məmmədov yolu satdı, sakinlər isə.. - BİR İCRA BAŞÇISI BUNU DA ETDİ

19-09-2017, 19:38           
Razim Məmmədov yolu satdı, sakinlər isə.. - BİR İCRA BAŞÇISI BUNU DA ETDİ
Daim yaşıllıqların soyqırımı ilə mətbuatı “bəzəyən” Xətai İcra hakimiyyəti daha “yüksək nəticələr” göstərməyə nail olub. Gundeminfo.az xəbər verir ki, Xətai sakinlərinin verdiyi məlumata görə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bu dəfə yolu satıb.

Məlumata əsasən , sentyabrın 18-də Xətai rayonu Cavanşir küçəsində, Cavanşir küçəsi 24 saylı binadan avtobus dayanacağına və uşaq bağçasına gedən yol obyekt tikmək məqsədi ilə bağlanılıb. Ərazidə olan Azəravtoyol ASC tərəfindən yeni təmir olunmuş piyada səkiləri də sökülərək , yeri dəmir dirəklərlə hasarlanıb.
Məlumatda bildirilir ki, bu gün sakinlər dirəkləri çıxararaq yolun açılmasına nail olsalar da, ərazinin hasarlanması davam etdirilir.

Əvvələr bina sakinlərin ümumi istifadəsində olan bu ərazidəki bağlar Xətai İcra Hakimiyyəti tərəfindən abadlıq məqsədi ilə bina sakinlərin əlindən alınaraq sökülmüşdü. İndi isə kommersiya məqsədi ilə satışa çıxarılıb.

Sakinlərin bildirdiyinə görə, qeyd edilən ərazi hansısa nüfuzlu FHN generalının qohumunun adına Razim Məmmədovun mövcud obyektin sökülərək yenidən inşa edilməsi məqsədi ilə verilən sərəncam əsasında aparılır. Tikintisinə başlanılan obyektin hər mərtəbəsi 1200 kv.m-dən artıq və ümumi üç mərtəbədən ibarət olacaq. Halbuki qeyd edilən ərazidə piyada keçidi, yüksək təzyiqli kommunikasiya xətləri və yaşıllıqlardan başqa heç nə yoxdur.


Ərazidə olan əməkdaşımızın çəkdiyi şəkillərdən də görünür ki, tikinti aparılan ərazi həm Cavanşir küçəsindəki yolun mühafizə zonasıdır, həm də ərazidən yüksək təzyiqli kommunikasiya xətləri keçir. /milletinsesi.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.