Mahmudovçu qaynı Abidin Fərzəliyevi necə ələ verib? - Şok dosye/Faktlar

22-09-2017, 17:18           
Mahmudovçu qaynı Abidin Fərzəliyevi necə ələ verib? - Şok dosye/Faktlar
Bakının Nərimanov rayon icra başçısı Abidin Fərzəliyevin qaynının MTN işindən necə xilas etməsinin təfərrüatı üzə çıxıb.
Siam.Az-ın verdiyi məlumata görə, A.Fərzəliyev MTN şefi Eldar Mahmudovun kadrı olmuş qaynı, MTN-nin Binəqədi rayon idarəsi rəisi vəzifəsində işləmiş Rafiq Səfərovu həbsdən qoruyub.
Fərzəliyevin qaynını dörd divarlı hücrədən yaxasını qurtara bilməsində ən yüksək eşelona çıxışı olması ilə izah edilir.
O, siyasi hakimiyyətin mötəbər nümayəndələri ilə məsələni həll edərək MTN-nin rayon rəisini generallar işindən uzaqlaşdırıb, dosyesi arxivə göndərilib.
Bu ilin mayında 10 maddə üzrə R.Səfərova qarşı cinayət işi başladığı elan edilsə də, mühakimə edilməyib.
Əvvəlcə MTN-nin Xəzər Rayon İdarəsinin rəisi işləyən Rafiq Səfərov MTN generalı Elçin Quliyevin göstərişi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun razılığı ilə qanunsuz əməl törədib.
Rafiq Səfərov MTN adından istifadə edib sahibkarların pul-paralarını, mal-mülklərini əllərindən alıb. Bu haqda iş adamı Zaur Əzimovun mətbuatda yayılmış müraciətində də faktlar var:
“Eldar Mahmudovun soyğunçu dəstəsinin kölgədə qalan üzvlərindən olan Rafiq Səfərov keçmiş nazirə yaxınlığı ilə tanınırdı.
Rafiq Səfərov hələ nazirlikdə sıravi işçi olduğu vaxtlardan Eldar Mahmudovun yaxın qohumu, əmisi oğlu və köməkçisi Vüqar Mahmudov vasitəsilə həyata keçirilən çirkin əməllərə cəlb olunmuşdu.
Buna görə o, əvvəlcə MTN Xətai rayon şöbəsinə rəis müavini, daha sonra isə MTN Xəzər rayonu və MTN Binəqədi rayon şöbələrinə rəis təyin olunub.
Xəzər rayonunda işlədiyi müddət ərzində Rafiq Səfərov MTN Xəzər rayon şöbəsinin bölmə rəisi Heydər İslamovla “möhtəşəm cütlük” halında sayı-hesabı olmayan qanunsuz əməllərə imza atıblar.
Rafiq Səfərov Vüqar Mahmudovun köməkliyi ilə MTN monitorinq mərkəzinin işçisi Anar adlı şəxslə iş adamlarının və vəzifəli şəxslərin telefon danışıqlarına qulaq asaraq daha sonra onları şantaj ediblər”.
Siam.Az-ın verdiyi məlumata görə, A.Fərzəliyev cinayət doysesi aşıb-daşan MTN-çi qaynını bu cəncəlin içərisindən “kristal” çıxarmağa müvəffəq olub.
Bu azmış kimi, ara sakitləşib və R.Səfərov yenidən meydana çıxıb. O, sosial şəbəkələrdə görünməyə başlayıb.
Sabiq mahmudovçu oğlunun çoxdan istifadə etdiyi Feyysbuk profilinə öz fotolarını yerləşdirib. Bununla da çevrəsinə “yıxılmadım ayaqdayam” pozunda mesajlar ötürmək istəyib.
Səfərov fotoları xüsusi diqqətlə seçir. Bu fotolar xarici ölkələrdə çəkilmiş fotolardı və o bunu “qaqa, Nabrandayam üzürəm” ədası ilə dostlarına bəyan edir.
R.Səfərov borclarının müəyyən bir hissəsin hadisələrin isti vaxtında qaytarsa da, onları tamamlaya bilməyib. Borc sahibləri, onun qurbanı olduğu şəxslər isə tələblərində israrlıdır.
Belə olduqda Səfərovun tipik dələduz variantlarından bəhrələndiyi bildirilir. O, heç də “vurulmuş şəxs” olmadığını göstərmək, hakim dairələr üçün lazımsız ləvazimata döndüyünü inkar etmək üçün belə addımları vacib sayır.
Nərimanov rayon icra başçısı isə MTN çetesinin əsas fiqurlarından birini qoruyur, başdan-ayağa cinayət içində olan bir mahmudovçuya qahmar çıxır.
Başqa bir mühüm detala diqqət çəkək: Mərdəkan qəsəbəsində, Abşeron sanatoriyasının yaxınlığında üç yanaşı tikilmiş imarətlər olub.
Biri Elçin Quliyevin, biri onun müavini, həbsindən iki ay sonra - 2015-ci il dekabrın 20-də Kürdəxanı təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişmiş İlqar Əliyevin və MTN-in Xəzər, ardınca da Binəqədi rayon şöbələrinin rəisi olmuş Rafiq Səfərovun.
Bu evlərin yerləşdiyi torpaq ərazisi Əliəsgər Əliyevdən alınıb. Amma cinayət işinin materiallarında mülkiyyət çıxarışını kimin necə alması ilə bağlı daha ilginc ifadə var.
Bu da MTN-in şöbə rəisi, sözügedən ərazidə tikilmiş evlərdən birinin sahibi Rafiq Səfərovun ifadəsidir.
Onun dediklərindən belə aydınlaşır ki, sən demə, bu torpaqlara mülkiyyət çıxarışı almaq üçün xərci həm də Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çəkib.
Siam.Az-ın verdiyi məlumata görə, MTN rəisi istintaqa ifadəsində A.Fərzəliyevi ələ verib.
Onun sözkərinə görə, özəlləşmə üçün 25 min Elçin Quliyev göndərib, 25 min də özü qoyub: “Abdin Fərzəliyev maraqlanıb mənə dedi ki, sotu 2000 manata özəlləşdirirlər.
50 sot üçün 100 min lazımdır. Mən Elçin Quliyevin verdiyi 25 mini də, özüm düzəltdiyim 25 mini də Abidin Fərzəliyevə göndərdim. Qalan xərcləri isə onun özü çəkdi”.
Beləliklə, bu ifadələr nə mətbuatın uydurması, nə dezinformasiyadır. MTN-də şöbə rəisi olmuş bir kadrın söylədikləridir ki, həm R.Səfərov, həm A.Fərzəliyev məsuliyyətə cəlb olunmalıydı.
Lakin “sehirli əllər” yeznə-qayın cütlüyünü MTN işindən kənarda saxlayır. Nəticədə biri Nərimanova rəhbərliyi davam etdirir, o biri istirahət fotolarını Feysbukda paylaşır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.