DSMF-də mənimsənilən milyonlar: Səlim Müslümovun bir işçisi milyonları necə qazanır?

23-09-2017, 00:24           
DSMF-də mənimsənilən milyonlar: Səlim Müslümovun bir işçisi milyonları necə qazanır?
Elçin Məmmədov və komandasının əsas qazanc mənbəyi Xətai rayon ərazisində fəaliyyət göstərən minlərlə obyektdən hər ay toplanan qeyri-qanuni vəsaitlərdir
Nazir Səlim Müslümovun aşağıda yazılanlardan xəbəri varmı?
Prezident İhlam Əliyev keçirdiyi müşavirələrdə dəfələrlə məmurlara xəbərdarlıq edərək onların xalqın xidmətçiləri olduğunu bildirib, məmurlardan vəzifə səlahiyyətlərini yerinə yetirməyi, vətəndaşların problemlərini vaxtında həll etməyi tələb edib. Vəzifə səlahiyyətlərini yerinə yetirməyən, dövlətin verdiyi səlahiyyətlərdən şəxsi mənafeləri üçün istifadə edən çox sayda məmur dövlət başçısının tapşırığı ilə cəzalandırılıb. Amma təəssüf ki, bəzi məmurlar bundan nəticə çıxartmayıb, yenə də öz bildiklərini edirlər, dövlətin verdiyi səlahiyyətləri şəxsi mənafeyə çevirərək öz var-dövlətlərini artırırlar.
Belələrindən biri də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xətai rayon şöbəsinin müdiri Elçin Məmmədovdur. Onunla bağlı AzMedia.info-ya ilginc məlumatlar göndərilib. Bu yazıda həmin məlumatları oxucularımıza təqdim edəcəyik.
Redaksiyamıza göndərilən məlumatda bildirilir ki, Elçin Məmmədov DSMF-nin Xətai şöbəsini biznes şəbəkəsinə çevirib və dövlətin milyonlarını mənimsəyərək bir neçə ildə kiçik oliqarxa çevrilib. Məlumatı verən mənbə iddia edir ki, Elçin Məmmədov və komandasının əsas qazanc mənbəyi təqaüdlərin düzəldilməsi və rayon ərazisində fəaliyyət göstərən minlərlə obyektdən hər ay toplanan qeyri-qanuni vəsaitlərdir.
İddiaya görə, Xətai rayonunda fəaliyyət göstərən və vergi sistemində qeydiyyatda olan kiçik və orta biznes sahiblərindən hər kvartal yığılan məcburi dövlət sığorta haqqı qeyri-qanuni yollarla mənimsənilir. Belə ki, obyekt sahibləri hər ay üçün 51 manat olmaqla kvartal ərzində 153 manat ödəməlidir. Lakin Elçin Məmmədovun komandası biznes sahibləri ilə anlaşaraq kvartal üçün 100 manat alırlar. Bu vəsaitin 51 manatı 1 ay üçün məcburi dövlət sığorta haqqı olaraq büdcəyə köçrülür. Qalan 2 ay isə obyektin işləməməsi ilə bağlı sənəd tərtib olunur. Hər ay 1000-ə yaxın obyektdən toplanan pulları nəzərə alsaq, Elçin Məmmədovun dövlətə nə qədər ziyan vurduğunun şahidi olarıq.
Məlumatda bildirir ki, həmin obyektlərdə çalışan işçilərin sayı 80 faiz azaldılır. Bu işdə Elçin Məmmədovun əsas müttəfiqi Dövlət Əmək Müfəttişliyinin Xətai rayon şöbəsi və onun müdiridir. Mənbə Elçin Məmmədov və komandasının dövlət sığorta haqqının ödənilməsi prosesindən qeyri-qanuni yollarla yayındırdığı obyektlərin bəzilərinin siyahısını təqdim edib:
“Həzi Aslanov metro stanasiyasının ətrafında fəaliyyət göstərən “Muxara” dönərxanasını, “Oven, “Buta”, “Elay Telekom”, “Xanım əlləri” təndir evi, “Alfa Omega”, “Urfa” restoranı, “Afko” ayaqqabı mağazası, “Chicas butik”, “Baby sun” uşaq aləmi, “Dənizçi” çay evi, “Dəbli” geyim mağazası, “Məhəllə” marketi, “Bargello” geyim mağazası, “Qrand” super marketi, “Osmanlı” pərdə-tül mağazası, “Aysu” gözəllik salonu və s. Siyahıda daha yüzlərlə belə obyekti var. Hamısını sayıb sizi də, özümüzü də yormaq istəmirik.
Sadaladığımız bu obyektlər Xətai DSMF-də qeydiyyata düşən fiziki şəxslərin heç bir faizi də deyil. Elçin Məmmədov 1000-dən artıq belə obyektdən hər kvartalda yüzminlərlə pul qazanaraq öz biznes imperiyasını genişləndirir.
Mənbə bildirir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və DSMF-nin xidmət rəhbərinin Xətai DSMF-də baş verənlərdən xəbəri yoxdur. Əgər nazir rayona yoxlama göndərsə, kiçik bir araşdırma nəticəsində minlərlə saxtakarlıq və dövlət vəsiaitinin mənimsənilməsi ilə bağlı fakt ortaya çıxar.
Səlim Müslimov şöbədə baş verənlərdən xəbərsiz olsa da, Elçin Məmmədov və adamları fərqli açıqlamalar verir. Onlar müxtəlif tədbirlərdə deyirlər ki, yığdıqları pulun yarısını vaxtlı-vaxtında nazirliyə verirlər. Hətta bir az da irəli gedərək şəxsən Səlim Müslimovun adını çəkirlər ki, guya birbaşa onlarla işləyir və himayə edir.
Amma mənbə əksini iddia edir. “Nazirin bu korrupsiyalaşmış şəbəkədən xəbəri yoxdur. Ola bilsin ki, nazirlikdəki hansısa məmurla əlaqələri var və onun tərəfindən himayə edilirlər. Ona görə Səlim Müslimov bura yoxlama göndərsə daha yaxşı olar. Həm rəhbərliyi ləkələmək istəyən bu rüşvətxorların üzə çıxmasına səbəb olar, həm də dövlətdən oğurlanan milyonlarla vəsait büdcəyə yönəldilər” deyə mənbə bildirir.
Məlumatda bildirilir ki, Elçin Məmmədov Qəbələdə dəyəri yarım milyon manatla ölçülən dəbdəbəli villa tikdirib. Həmçinin Bakı şəhərində həyat yoldaşının və yaxın qohumlarının adına çox sayda mənzil, obyekt və s. alıb. Şöbə müdirinin bir neçə lüks avtomobili var ki, onların ən ucuzu hazırda sürdüyü 2012-ci il buraxılışlı 30 min manat qiyməti olan “Prado” dur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.