"Maximarkets" adlı dələduz "Foreks" Brokerindən ehtiyatlı olun... - Diqqət! TƏHLÜKƏ!
29-09-2017, 11:11
Redaksiyamıza müraciət edən Eldəniz Əzimov özünün şəxsi araşdırmasında bu gün vətəndaşlarımızı gözləyən daha bir təhlükədən xəbərdar etməkdədir. Müəllifin DİA.AZ-a yolladığı materialı olduğu kimi təqdim edirik:
"İnternetdə az qala bütün saytlarda və sosial şəbəkələrdə Forex maliyyə sisteminin brokeri və Binar-Opcionlar adıyla çoxlu təkliflər var. Xüsusi yeri Maximarkets tutur. Şəxsən özüm bütün bunlara bir cavab tapmaq üçün Maximarkets reklamının birində qeydiyyatdan keçdim. Dərhal mənə zəng gəldi. Rusca danışan bir xanım sorğu sualdan sonra böyük vədlər verərək yüksək qazanclar əldə olunmasıyla bağlı motivasiya etməyə başlayır. İki ay ərzində gündə 2 – 3 dəfə mənə zəng edir həvəsləndirici və şirnikdirici sözlərlə hesaba 500 dollar qoyub işə başlamağı təklif edir. Hər zəng vuranda deyir ki Siz bu gün 300 – 500 və ya 700 dollar pul itirdiniz və tez bir zamanda hesaba pul qoymaq üçün sizi motivasiya edirlər. Çox güclü psixologiya dərsi keçmiş bu şəxslər sizi inandırmaq bacarığına malikdirlər.
1. Xanım xüsusi vurğulayır ki şirkətin peşəkarları Sizə mütləq şəkildə uğur qazanmağa kömək edəcəklər.
2. Hətta Sizin pul itirmək şansınız sıfıra bərabərdir və hesabınızın sığortalandığını bildirir. Buna görəfdə öz pulunuz olmadıqda belə borc və ya bankdan kredit götürməyi təklif edirlər. Çox qısa zamanda qoyduğunuz pulu Sizə qazandıracaqlarını bildirir lər.
Lakin...
Əslində Siz həmin dələduz şirkətin demo hesabında maliyyə əməliyyatları aparırsınız. Demo hesab adətən yeni treyderlərin real Forex bazarına çıxmazdan əvvəl oyrənmə platformasıdır. Siz ticarət əməliyyatı açan kimi sizə nəzarət edən şəxsə siqnal gedir və həmin şəxs proqrama müdaxilə edərək sizi uduzdurmağa çalışır. Beləliklə sizin pulunuz ticarət əməliyyatları zamanı sıfıra çatdırılır. Sonradan sizə yenidən hesaba pul qoymağı təklif edirlər. Hətta sizə 5000 dollar qoyub VİP müştəri olmağı təklif edirlər. Sizə söz verirlər ki VİP müştəri olsanız çox güclü yəni beynəlxalq dərəcəli məsləhətçiylə işləyib 1 həftəyə balansınızı ikiqat artıracağınızı vəd edirlər. Lakin onların məqsədi sizi mümkün qədər soymaqdır.