Prezidentin köməkçisinin adından istifadə etdilər, 1 milyonluq obyekti mənimsədilər, Rusiyaya kriminal dəstə göndərdilər… – Sələmçidən ölkə rəhbərliyinə ŞİKAYƏT

30-09-2017, 01:09           

Həsən Sadıqov: ” Niyazi Vəliyev dedi ki, mən pulu Taryel Ağayevə vermişəm gedin ondan alın”

Salmanzadə Şahin: “Taryel Ağayev də Həsənin atasına deyib ki, bütün işlərin başında Niyazi dayanır”

TEREF.İNFO xəbər verir ki, Vətəninfo.az-a müsahibə verən Bərdə rayon Mehdili kənd sakini Həsən Sadıqov prezidentin sabiq köməkçisi, hazırda Prezident Administrasiyasında yüksək vəzifə tutan Tariyel Ağayev haqda maraqlı açıqlamalar verib. Həsən Sadıqov bildirib ki, Salmanzadə Şahin Səfər oğlu ilə 25 ildir dostduelar və davamlı iş adamları kimi birlikdə fəaliyət göstəriblər. 2008-ci ildə Bakı şəhəri Nərimanov rayon Azadlıq prospekti 146 ünvanda binanın zirzəmisində 2000.0 kv.m ümumi,194,8 kv.m əsas,52,2 kv.m köməkçi sahəsindən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə şərilki şəkildə bütün qanuni dövlət ödənişləri həyata keçirilərək № 0131853 seriyalı, reyestr nömrəsi 007011000133-05101-083004, qeydeyyat nömrəsi 1108024233 olan çıxarışla 22.04.2008-ci ildə Salmanzadə Şahinin adına alaraq həmin daşınmaz əmlak sahibi olduq.

“Bir müddət sonra Şahin mənə aldığımız əmlakı 1 milyon manata almaq istəyən müştəri olduğunu bildirsə də mən həmin əmlakın satılmasını istəmədiyimi bildirdim və satmadıq. Sonradan mən Bərdə rayonundan olan həmkəndlim, sələmçi Vahid Rzayevlə rayonda görüşdüm və müəyyən miqdarda borca pul lazım olduğunu bildirdim. O da mənə özündə pul olmadığını, amma ona kömək edəcək birini tanıdığını dedi. Bakıya qayıtdıqdan sonra bildim ki, mənə kömək edəcək dedikləri adam Azərbaycan Respublikası prezidentinin sabiq köməkçisi, hazırda Prezident Administrasiyasında yüksək vəzifə tutan Tariyel Ağayevin qayını oğlu, “DekaBank”ın o dövrdə rəhbəri olan Niyazi Vəliyevdi. Bu olub 2010-ildə. Niyazi Vəliyevlə görüşdüm və ondan müəyyən miqdarda pul lazım olduğun bildirdim. O da mənə pul verə biləcəyini bildirdi. Nərimanov rayonunda “Gənclik” tərəfdə yerləşən “Qızıl gül” kafesində görüşdük və heç bir səndləşmə aparmadan ilkin olaraq 450 min manat, on gündən sonra isə 150 min manat pul verdi. Onu da deyim ki, Niyazi bildirdi ki, 60 min manat ona faiz olaraq qaytarmalıyam və zorla da olsa, o, 60 mini elə oradaca, həmin 150 mindən verdim”.

Söhbətə bu yerdə Şahin Salmanzadə qoşulur:

– İndi icazə versəydiniz bundan sonra mən danışım. Həsənin götürdüyü pulla müəyyən işlər gördük və elə oldu ki, Sank-Peterburqa gedəsi olduq. Bir müddət sonra mən Bakıya qayıtdım və aldığımız obyektə gələndə gördüm obyektdə başqa adamlar var. Soruşdum ki, nə məsələdi, siz kimsiniz? Dedi buranı almışıq. Zarafatyana məni gülmək tutdu və dedik ki, siz nə danışırsınız, bura bizim rəsmi əmlakımızdı. Həmin şəxs də qayıtdı ki, buranı alıblar və əllərində çıxarışlarıda var. Mən həmin dəqiqə Həsənə zəng etdim və vəziyəti izah etdim. Həsən də dedi başa düşdüm bizə oyun oynalınıb. Ondan sonra düşdük bu işin üstünə ki, görək bu nə məsələdi məlum oldu ki, başda Rzayev Vahid olmaqla, Niyazi Vəliyev, eyni zamanda 32 saylı Dövlət Notariat Kontorunun rəhbəri Ziyafət, 24 saylı Notariat kontorun rəhbəri Zərifə, Yasamal rayonunda yerləşən 53 saylı Notariatın rəhbəri Əli əlbir olaraq bir günün içərisində sənədləri saxtalaşdırmaqla bizə məxsus əmlakı ilkin olaraq üç adamın adına alqı-satqı ediblər. Bundan sonra isə etdikləri bu saxtakarlıq və cinayət hərəkətləri ilə Dövlət Əmlak Komitəsindən saxtalaşdırdıqları sənədlər əsasında çıxarış alıblar.
Bundan sonra isə bu saxta əməlləri nəticəsində əldə etdikləri qeyri-qanuni çıxarışla bizə məxsus olan əmlakı Fövlqaladə Hallar naziri cənab Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərova satıblar. Biz hörmətli Səməd Heydərovla görüşdük və o bunu eşidəndə bərk əsəbləşdi və Əli ilə Ziyafəti yanına çağırdı. Əli gəlsə də Ziyafət gözə görünmədi. Sonradan eşitdik ki, Ziyafət Səməd müəllmlə görüşüb. Min dona girərək əlli yalan danışıb. Ondan sonra Səməd müəllimlə görüşə bilmədik. Bundan sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, ölkəmizin 1-ci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Daxili İşlər Naziri Ramil Usubova, Respublikanın Baş Prokroru Zakir Qaralova müraciət etdik. Belə olduqda yuxarıda adlarını sadaladıımız şəxslər rəsmi qaydada çağırılaraq ifadələri alındı və istintaq başladı. Biz mülkü qaydada məhkəməyə müraciət etdikdə isə Niyazi Vəliyev digər saxtakarlıq əməllərinə görə həbs edildi. Biz bir neçə dəfə Niyazi ilə görüşdük. Hətta o həbs olunmadan öncə də görüşdük. O bildirdi ki, əmlak satıldıqdan sonra pulu Azərbaycan Respublikası prezidentinin sabiq köməkçisi, hazırda Prezident Administrasiyasında yüksək vəzifə tutan Tariyel Ağayevə verilib. Onunla olan söhbətin səs yazısı belə vardı. Hətta o pulu qaytaracağını da bildirdi və ilkin olaraq 50 min manat, ondan sonra isə Nizami rayon ərazisində qiyməti o dövrdə 100 min manat olan iki otaqlı mənzil də verdi. Biz o mənzili onun dediyi kimi 100 minə yox, 70 minə zorla satdıq. Hətta bir dəfə Taryel Ağayev Bərdədə olanda Həsənin atası Hacı Gümşüd onunla görüşdü və ona vəziyəti izah etdi. O da qayıdıb ki, bütün bu əməllərin başında Niyazi dayanıb və gedin Niyazidən haqqınızı tələb edib. Biz Həsənin həmkəndlisi Vahid Rzayevlə də dəfələrlə görüşmüşük və bildirmişik ki, bu məsələləri sən bilirdin və bildiyin halda bizi xəbərdar etməmisən. O isə bildirdi ki, siz bilmirsiniz kimə tuş gəlmiisniz bu məsələnin üstünə çox getsəniz ailəniz, uşağınız təhlükədə olacaq. Həsənin atasının maşınına herayin belə qoyularaq əlli-ayaqlı gedəcək, sənin oğlunun başına min oyun gələcək. Vahid Rzayevin belə bir təhdidlərindən sonra, mən məcburən oğlumu ölkədən çıxardıb Amerikaya göndərdim. Həsən illərlə Azərbaycana gələ bilmədi. Hətta Bakıdan Sank-Peterburqa bir dəstə ən ağır cinayətlərdə iştirak etmiş adamlar gedərək Həsəndən hədə-qorxu ilə 4 yüz min manat alıblar. Onlar Həsənə bildiriblər ki, onlar bura birbaşa Taryel Ağayevin adı ilə gəliblər. Sizə səmimi deyirəm Bakıda, Sank-Peterburqda əmlak qalmadı ki, satmayaq, artıq heç bir şeyimiz qalmayıb.
Müsahibəyə telefon vasitəsi ilə qatılan Həsən:

Bizim başqa çarəmiz yoxdu. Biz sizin vasitənizlə ölkə prezidenti cənab İlham Əliyevə, ölkəmiizn birinci xanımı, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edirəm ki, bizə kömək edin. Qanunla bizə məxsus olan əmlakımız saxta sənədlər əsasında satılıb. Satılması ilə bərabər birbaşa Taryel Ağayevin adamları olduqlarını deyən və məndən hədə-qorxu ilə 4 yüz min pul alınıb. Hətta Niyazi Vəliyev dəfələrlə bildirib ki, ona 10 il belə cəza kəsilsə yenə də deyə bilər ki, saxtalaşdırılan sənədlər əsasında satdıqları əmlakımızın pulunu Taryel Ağayevə verib. Niyazi Vəliyev Taryel Ağayevin qaynı oğludu. Son zamanlar isə o bizə həbsxanadan hədə dolu ultumatumlar göndərir.

Ardı var…
Redaksiyadan: Bur daha bəyan edirik ki,bütün yuxarıda səsləndirilənləri müsahibədə Həsən Sadıqov və Şahin Salmanzadə səsləndiriblər.
Müsahibədə hər iki şəxsin səsləndirdiyi iddialarla bağlı Azərbaycan Respublikası prezidentin sabiq köməkçisi, hazırda Prezident Administrasiyasında yüksək vəzifə tutan Tariyel Ağayevin də mövqeini dərc etməyə hazırıq.

Prezidentin köməkçisinin adından istifadə etdilər, 1 milyonluq obyekti mənimsədilər, Rusiyaya kriminal dəstə göndərdilər… – Sələmçidən ölkə rəhbərliyinə ŞİKAYƏT



























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.