Eldar Mahmudovun “kars”dakı qudası həbsini siyasiləşdirir – Pərdəarxası...

2-10-2017, 11:20           
Eldar Mahmudovun “kars”dakı qudası həbsini siyasiləşdirir – Pərdəarxası...
Sabiq MTN şefi Eldar Mahmudovun qudası olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev siyasi məhbus status qazanmaq üçün dəridən-qabıqdan çıxır

Palitika.Az-ın verdiyi xəbərə görə, məhbus banker maliyyə cinayətlərində ittiham edilir və heç bir siyasi fəaliyyəti, aktivliyi olmayıb, çıxışlarında siyasi motivlərə rast gəlinməyib.

Lakin bir müddət əvvəl həbsxanadan yazdığı məktubda bəyanat verərək onun həbsinin siyasi məhbus profilinə uyğun gəldiyinə eyham vurmuşdu.

Bununla beynəlxalq təşkilatların və bəzi QHT-lərin diqqətini çəkməyə çalışmışdı. Lakin nə müxalifət, nə başqa sektorlardan Hacıyevə dəstəl gəlmədi.

O, isə yenə də siyasi məhbus olmaq üçün can atır. E.Mahmudovun qoruya bilmədiyi qudası seçkiqabağı həbsinə siyasi don geyindirməyə çalışır.

Məlumata görə, saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınıb. Bu barədə vəkili Aqil Layıc məlumat verib.

Vəkil bildirib ki, C. Hacıyev iki gündür cərimə kamerasında saxlanılır. A. Layıc bildirib ki, C.Hacıyev mətbuatda fikirləri yayıldıqdan sonra cəzalandırılıb.

Vəkil müvəkkili ilə görüşə bilmədiklərini, bununla bağlı lazimi qurumlara müraciət etdiklərini deyib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, hər hansı məhkum daxili nizam-intizam qaydalarını pozursa, cərimə kamerasına salına bilər.

Palitika.Az xəbər verir ki, C.Hacıyev maliyyə naziri Samir Şərifovla mübarizənin nəticəsiz qaldığını anlayaraq yeni taktika seçib. O, mətbuatda yayılan fikirlərinə görə cəzalandırılması ilə işini siyasiləşdirir.

Sabiq bankir beynəlxalq təşkilatların siyasi məhbus siyahısında yer almaq üçün maliyyə resurslarından istifadə belə etdiyi iddia olunur. Hətta bəzi müxalif dairələrə mesajlar göndərilib ki, Hacıyevin işi siyasiləşdirilsin.

Amma bu məsələyə yaxın getməyən həmin QHT və müxalif düşərgələr hakimiyyət tərəfindən araşdırılıb. Elə güman olunub ki, Hacıyev müxalifətə maliyyə ayırır.

Cəzaçəkmə müəssisəsinin daxilindən vəkilə sızan məlumata görə, Hacıyev 7 günlük cərimə kamerasına salınıb və buna etiraz əlaməti olaraq orada aclıq elan edib.

Vəkil cərimə kamerasına salınmasının səbəbinin yerli saytlardan birinə qiyabi müsahibəsi ola biləcəyini istisna etməyib.

Həmin müsahibədə Hacıyev hökumətin banklara və sahibkarlığa qarşı siyasətini kəskin tənqid edib, xüsusən maliyyə naziri Samir Şərifovun ünvanına kəskin ifadələr işlədib.

Göründüyü kimi, Hacıyev hökuməti tənqid etməklə özünə siyasi status qazanmağa çalışır. Üstəlik, bu müsahibəyə, tənqidi fikirlərinə görə həbsdən “kars”a salındığını nümayiş etdirir ki, hakimiyyət tərəfindən təzyiqlə üzləşib.

Hətta “kars”a salınması da qabaqcadan planlaşdırılmış ssenari ola bilər. Hər halda məhbus bankirə sərf edən strategiyadır. Bununla siyasi məhbus siyahısına düşmək üçün xeyli addımlamış olur.

Qeyd edək ki, 2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkar edilib.

ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə bir sıra filialların keçmiş rəhbərləri də həbs cəzalarına məhkum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.