Sələmçi deputatın tütün fabriki əlindən alınmasının sensasion gerçəkləri - ÖZƏL

2-10-2017, 11:23           
Sələmçi deputatın tütün fabriki əlindən alınmasının sensasion gerçəkləri - ÖZƏL
“EUROPEAN TOBACCO Baku”da həyata keçirilən yoxlamalar nəticəsində ciddi maxinasiya, vergidənyayınma və digər qanundankənar hallar aşkar edilib

Palitika.Az mediaya istinadən xəbər verir ki, deputat Rüfət Quliyevin rəhbəri olduğu şirkətdə Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Deputatın vergidən yayınmaya yol verməsi “EUROPEAN TOBACCO Baku”nun əsas sahiblərinin qəzəbinə tuş gəlib.

Onu şirkətdən uzaqlaşdırıblar. Hətta Bakıda, Lənkəranda və digər yerlərdə obyektləri əlindən alınıb.

Millət vəkilinin ölkədə siqaretin bahalaşması ərəfəsində fürsətdən sui-istifadə etdiyi, vergi siyasətində hiyləyə əl atdığı iddiaları da var.

Bu barədə gununsesi.info yazıb ki, ölkə başçısı iş yerləri açmağı tələb edir, bəzi iş adamları isə öz mənafelərinə xidmət edirlər.

R.Quliyevin “vurulması” isə onun növbəti seçkilərdə mandatını itirməsi ilə nəticələnə bilər. Çox güman ki, gələn seçkilərdə hakimiyyət ona etimad göstərməyəcək.

Bundan qabaq da deputat siqaretin bahalaşması ilə bağlı uğursuz çıxışlar etmişdi. Həmçinin, adı sələmçilikdə hallanırdı.
Bu neqativ hallar da ona olan münasibəti dəyişib və iqtidar düşərgəsində reputasiyasına xələl gətirib.

Palitika.Az xəbər verir ki, “EUROPEAN TOBACCO Baku” fabriki ölkədə siqaret bazarında əsas inhisarçıdır.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunsa da, ikinci oxunuşda bir sıra düzəlişlər edilib ki, bu da cəmiyyətin maraqlarına cavab verir.

Tütündən istifadə arzuolunan deyil. Cənab perzident də bu yaxınlarda çıxışında özünü nümunə göstərərək bildirdi ki, siqaret çəkmək məsləhətli deyil.

Biz də buna qoşulmayılıyıq. Sulu qəlyanlarla bağlı məsələ layihədə öz əksini tapıb. Qapalı yerlərdə də siqaret çəkilməsi məsələsi mübahisə mövzusu idi.

Qanunun işlək olmasını istəyiriksə, o zaman irəli sürülən tələblərə ciddi riayət etmək lazımdır. 6 ildir Azərbaycanda siqaret istehsal etməklə yüz milyonlarla dollar gəlir əldə edən inhisarçı şirkət nədən yerli xammal istehsalına diqqət yetirməyib.

Axı təkcə 2015-ci il ərzində ölkəyə tütün xammalı və hazır tütün məmulatlarının idxalına 297 milyon 850 min ABŞ dolları məbləğində valyuta sərf olunub.

Tanzaniya, Bolqarıstan, Braziliya, Gürcüstan, Hindistan, Xorvatiya, İspaniya, İtaliya, Livan və Macarıstandan xammal daşımaqdansa, R.Quliyev daxildə tütün istehsalını stimullaşdırıb yerli xammaldan istifadəyə diqqət ayıra bilməzdimi?
teref.az olaraq adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.