Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı
4-10-2017, 10:05
Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı Ağcabədi rayonundakı 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi və müavinin rüşvət mexanizmi həm “şəffaf”, həm də çox sərfəli işləyir.
Bir qrupp vətəndaş AzMedia.info-ya müraciət edərək Ağcabədi rayonundakı 6 saylı qeydiyyat-imtahan höbəsində baş alıb gedən kütləvi rüşvət mexanizmindən və bu rüvət mexanizminə görə vətəndaşların Ağcabədi “MERO” dan sürücülük vəsiqəsi almalarının imkansız olduğundan şikayətləniblər.
Şikayətçilər bildirir ki, rüşvət vermədən sürücülük vəsiqəsi almaq istisnasız mümkün deyil və bu normal və qannulara uycun şəkildə sürücülük vəsiqəsi almaq istəyən vətəndaşların hüquqlarını kütləvi şəkildə pozur.
Ölkə prezidenti İlham Əliyevə bu özbaşınalıq və kütləvi rüşvət mexanizmi ilə müraciət edən şikayətçilər bildirir ki, Baş Dövlət Yol Polis İdarəsinin Ağcabədi rayonun 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Babək Mərdanovun və müavini Xaqani Həsənov açıq-aşkar şəkildə sürücülük vəsiqəsi “alveri” ilə məşğul olurlar. Bunu sübut etməyə belə zərurət yoxdur, çünki istənilən şəxs imtahan günlərində Ağcabədi rayonun 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin inzibati binasında baş alıb gedən biabırçılığı istədiyi qədər və açıq-aşkar şəkildə seyr edə bilər. Şikayətçilər bildirir ki, burda rüşvət o qədər “şəffaf” alınır ki, bunu şərh etmək və ya da, isbat etmək üçün əziyyət çəkməyə belə dəyməz.
Şikyayətçilər AzMedia.info-ya ünvanladıqları şikayətdə qeyd edirlər ki Ağcabədi 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin B kateqoriyası üzrə sürücülük vəsiqəsi 1000-1200 manata satılır. Yəni kimliyindən asılı olmayaraq və ümumiyyətlə avtomobil sürə bilib btlməməsindən asılı olmayaraq, bu məbləği verən hər kəs sürücülük vəsiqəsini bir günün içində ala bilər.
“BC” kateqoriyası üzrə sürücülük vəsiqələrinin qiyməti görə tələb olunan məbləğ 1200-1300 manatdır. “E” kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir.
Şikayətçilər onu da qeyd edirlər ki, ööbədə vətəndaşlarla sürücülük vəsiqəsi alverinin “dəllalığını” Babək Mərdanovun müavini Xaqani Hüseynov şəxsən özü həyata keçirir. Bundan başqa Xaqani Hüseynovun Ağcabədi və ətraf rayonlarda bir neçə “dəllalı” var ki, onlar da ətraf rayonlardan Xaqani Hüseynov üçün “müşətəri” cəlb edirlər. Belə də isə yoldan keçən hər kəs Xaqani Hüseynova yaxınlaşıb 1200 verə və bir neçə saatın içində sürücülük vəsiqəsi ala bilər.
Şikayətçtlər onu da vurğulayıb ki, dövlət rüsumu təqribən 40 manat olaq sürücülük vəsiqəsi “alverindən” hər həftə külli miqdarda gəlir əldə edən Babək Mərdanov və Xaqani Hüseynov bölgədə əməlli başlı sərvət sahibi kimi tanınırlar. Bildirilir ki, ööbə rəisinin və müavinin sərvəti bir neçə milyon manatlarla ölçülür.
Məlumata görə şöbə rəisinin müavini Xaqani Hüseynov məhz sürücülük vəsiqəsi “biznesi” ilə rayonda yanacaq doldurma məntəqəsi, bir neçə obyekt, həmçinin 120 hektar torpaq sahəsi içində böyük heyvandarlıq ferması yaradıb. Bundan başqa Babək Mərdanovla birlikdə Göygöl rayonunda və Bakı şəhərində dəbdəbəli villa da tikdirib. Dəyəri milyon manatla ölçülən bu qədər sərvəti şübhəsiz ki, şöbə rəisi ilə müavini məvacibləri hesabına əldə edə bilməzlər.
Qeyd edək ki, Ağcabədi rayonundakı 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsi Ağdam, Beyləqan, Zərdab, Ağdərə, Şuşa, Xankəndi, Xocalı və Xocavənd rayonlarına xidmət göstərir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hahırıq.