Yəhudi biznesmen 15 milyon dolları Azərbaycandan hansı yollarla çıxarıb? - İliyevin erməni sevgisi barədə şok faktlar

5-10-2017, 15:15           
Yəhudi biznesmen 15 milyon dolları Azərbaycandan hansı yollarla çıxarıb? - İliyevin erməni sevgisi barədə şok faktlar
Yəhudi biznesmen 15 milyon dolları Azərbaycandan hansı yollarla çıxarıb? - İliyevin erməni sevgisi barədə şok faktlar
Tarix: Bu gün, 12:23 | Çap et
Yəhudi biznesmen 15 milyon dolları Azərbaycandan hansı yollarla çıxarıb?
Vaxtilə Azərbaycanda geniş biznes şəbəkəsi qurmuş Quba yəhudisi Yaruxom İliyev sərvətini ölkədən çıxartdıqdan sonra dövlətə meydan oxumağa başlayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycandakı biznes obyektlərini real bazar qiymətlərinə ard-arda satdıqdan sonra ölkə ilə bağlarını qoparan Yaruxom İliyev “mülkiyyət hüquqlarının pozulması” ittihamı ilə doğulub-böyüdüyü dövlətə qarşı absurd iddialar səsləndirməkdədir.

Qeyd edək ki, Yaruxom İliyevin adı Azərbaycanın biznes dairələrində, o cümlədən mediada çoxdan eşidilməkdədir. Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə anadan olan Yaruxom qardaşının, tanınmış iş adamı Zarah İliyevin böyük biznesdə açdığı cığırla iş dünyasına daxil olub.

Qardaşının dəstəyi sayəsində öz biznesini qurmağa nail olan Yaruxom Moskvada və Bakıda çox sayda istehsal və xidmət obyektləri açmaqla diqqət mərkəzinə düşüb.

Onun Azərbaycandakı biznesinin əsasını 2011-ci ilə qədər fəaliyyətdə olan “Gön-dəri” Açıq Səhmdar Cəmiyyəti (ASC) təşkil etsə də, İliyev digər sahələrə də irihəcmli investisiyalar yatırıb.

O sırada Bakı və paytaxtətrafı ərazilərdə iri torpaq sahələri, çoxmərtəbəli binalar, klinika və digər obyektləri qeyd etmək olar. Növbəti materiallarda həmin obyektlər və İliyevin onlarla bağlı spekulyasiyalarına, o cümlədən, Azərbaycan əleyhinə iddialarına ətraflı toxunacağıq.

Sadəcə, bir faktı qeyd etmək lazımdır ki, İliyev Kislovodskdakı bazarlarda da gön-dəri işləri ilə məşğul olur. Onun həmin bazarlardakı fəaliyyəti isə azərbaycanlıların əleyhinə yönəlib. Belə ki, soydaşlarımızı sıxışdırıb, bazardan çıxartdırır, ermənilərə bazar açır. Şirkətlərində əsasən, ermənilərə üstünlük verən İliyev Azərbaycanın ona yaratdığı imkanları Rusiyada bizim əleyhimizə istifadə edir. Dəfələrlə söhbətlərində azərbaycanlıları təhqir edən İliyev hətta bir neçə azərbaycanlı biznesmeni də Rusiyada şərlədərək, həbs etdirib.

Hələliksə diqqəti Yaruxomla bağlı vacib bir məqama yönəltmək istəyirik. Yenicag.az-a daxil olan məlumata görə, Azərbaycandakı obyektlərini bazar qiymətinə satan İliyev son bir ildə ölkədən böyük hissələrlə nağd şəkildə 15 milyon dollar çıxartmağa nail olub.

Ölkə ərazisini tərk edən şəxslərin özləri ilə maksimum 10 min dollar götürmələrinə icazə verildiyi halda, İliyevin 15 milyon dolları Azərbaycandan necə çıxartmasına dair sual açıq qaldığı qədər də maraqlı görünür. Məlumatlı şəxslər onun bu məsələdə “qara bazar”dan və kriminal dairələrdən istifadə etdiyini bildirirlər. Belə ki, o, pullarını buradakı sələm mafiyasına verərək, ölkədən onların əli ilə çıxarıb.

Bu müəmma ilə bağlı ağla gələn ilk ehtimal isə İliyevin 15 milyon dolları özünün dövlət orqanlarındakı gizli əlaqələri və ya elementar rüşvət sayəsində ölkədən çıxartdığını ehtiva edir.

Hər halda, dövlətin reputasiyasına zərbə sayılacaq bu faktın rəsmi qurumlar tərəfindən ciddi surətdə araşdırılmasına böyük ehtiyac var.

Eyni zamanda özəlləşdirmə ilə bağlı Azərbaycana qarşı rüşvət iddialarını “Kərəm Həsənov məndən 1 milyon yarım istədi” kimi vulqar ifadələrlə hər tərəfdə səsləndirən İliyevin kriminal aləmlə olan işbirliyi də ayrı yazının mövzusudur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.