Üç icra bvaşçısının başı dərddə: Birinci yola salınan Lənkəran İcra başçısı Taleh Qaraşov olacaq

13-08-2015, 11:54           
Üç icra bvaşçısının başı dərddə: Birinci yola salınan Lənkəran İcra başçısı Taleh Qaraşov olacaq
Qarşıdan gələn parlament seçkiləri ərəfəsində bir neçə rayonun icra başçısı "vurulacaq". Vertikal.az-a daxil olan informasiyalardan aydın olur ki, hədəfdə olan icra başçıları arasında ilk sırada adı hallananı Lənkəran RİH rəhbəri Taleh Qaraşovdur.

Məlumatı verən mənbəyə görə, Taleh Qaraşovla yanaşı, Astara və Goranboy rayonlarının da icra başçılarına "əlvida" deyilə bilər.

"Buna səbəb həmin başçılara olan etimad yükünün azalmasıdır. Parlament seçkiləri kimi mühüm bir mərhələdə belə bir qərarın verilməsi isə təsadüfi deyil" deyən mənbə onu da əlavə etdi ki, dəyişiklik prosesinə avqust ayının sonlarından start veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.