İllərlə adı olub özü eşidilməyən Hacı Salayevin deputatlıq "eşq"-i hələ sönməyib - Yenidən deputat olmaq istəyir

3-09-2015, 20:46           
İllərlə adı olub özü eşidilməyən Hacı Salayevin deputatlıq "eşq"-i hələ sönməyib - Yenidən deputat olmaq istəyir
5 il müddətində Milli Məclisdə heç kimin səsini eşitmədiyi, hətta üzünü belə görmədiyi Hacı Salayev yenidən 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputat olmağı düşünür.

Bir çoxları üçün Milli Məclis deputat toxunulmazlığı olmaqdan başqa bir şey deyil. Məhz toxunulmazlıq statusu ala bilmək üçün bir çoxları parlamentə can atırlar.

Belələrini nə seçicilərinin problemləri, nə ölkənin problemləri, nə də qanunverici orqanda xalqın və dövlətin mənafelərinin qoruyucusuna çevrilən qanunların qəbulu maraqlandırmır. Bu tipli deputatları əsasən özlərinin və bizneslərinin problemləri maraqlandırır və buna görə də deputat olmaq, toxunulmazlıq statusu almaq üçün hər şeyi edirlər. Seçicilərini aldadıb mandat aldıqdan sonra isə onları parlament belə maraqlandırmır və parlamentin iclaslarına ildə bir ya da iki dəfə qatılmaqla üzərilərinə düşən vəzifəni bitmiş hesab edirlər. Amma buna baxmayaraq həmin deputatlar statuslarının onlara verdiyi bütün üstünlüklərdən artıqlaması ilə yararlanırlar.

Çox təəssüflə qeyd etməliyik ki, belə deputatlar yenidən Milli Məclisdə üstünlük təşkil etməyə can atırlar və belə görünür ki, belə də olacaq. Çünki bir sıra dairələrdən gələn məlumatlarda parlamentin «tanınmamış simaları»nın yenidən aktivləşdiyi göstərilir. Belə dairələrdən biri də 44 saylı Sumqayıt-Abşeron seçki dairəsidir. Belə ki, bu dairədən olan seçiciləri Miili Məclisdə təmsil edən Hacı Salayevin yenidən müxtəlif yollarla seçicilərə müxtəlif vədlərünvanladığı bildirilir. Halbuki həmin dairədən olan seçictlər 5 il müddətində deputatlarının nə üzünü görüb, nə də sorağını eşidib qəribədir ki, Hacı Salayev 5 il müddətində parlamentdə belə görünməyib. Bunu Azərbaycan mətbuatının parlamentdə çalışan nümayəndələri bildirib. Qeyd edək ki, bir müddət əvvəl modern.az saytının parlament jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, onlar demək olar ki, Hacı Salayevə Milli Məclisdə rast olmayıblar. Aradan ötən müddətdə də vəziyyət heç də dəyişməyib. Yəni 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən seçicilərin parlamentə sonuncu dəfə nə zaman ayaq basdığını xatırlayan yoxdur.

Bu halda sual olunur, Hacı Salayev əgər parlamentin iclaslarında belə iştirk etmirsə, (müzakirələrdə iştiak etməkdən söhbət belə getmir), o zaman nəyə görə deputat olmağa çalışır? Axı keçmiş MTN zabitiolan Hacı Salayev özünün böyük biznes sahələrini idarə etməyə güclə vaxt tapır, bəzən isə heç ona da vaxtı olmur. Ona görə də bir sıra biznes sahələrini müxtəlif adamlara tapşıraraq, «nə edirsizsə edin, ziyan etməyin», deyir və həmin işdərlə demək olar ki, maraqlanmır.

Biz təbii ki, bir iş adamı kimi Hacı Salayevin iş prinsiplərinə qarışa bilmərik. Amma Hacı Salayevin parlamentdə fəaliyyəti ictimai məsələ olduğundan, parlamentdə təmsil olunan şəxslərin ancaq özlərinin toxunulmazlıq imunitetinə sahib olmaları üçün Milli Məclisdə kürsü məşğul etmələrinə qarşıyıq. Bu həmçinin 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən olan seçicilərindən maraqları daxilindədir. Çünki seçicilər bütünhallarda başqa keyfiyyətə sahib olan və doğurdanölkənin siyasi-ictimai həyatında aktiv iştirak edən deputatları haqq edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.