Beyləqanın Milabad və Mil qəsəbələrindəki əxlaqsız yuvalarnın arxasında hansı polis məmuru dayanır?

6-09-2015, 23:43           
Beyləqanın Milabad və Mil qəsəbələrindəki əxlaqsız yuvalarnın arxasında hansı polis məmuru dayanır?
Bu gün əsas fakt odur ki, ölkəmizdə əxlaqsızlıq hallarının sayı ildən-ilə artmaqdadır. Buna yüngül həyat tərzi keçirən qadınların miqyasının çoxalmasını misal göstərmək olar. Maraqlıdır, bəs əxlaqsızlığın sayının artmasının başlıca kökü nədədir? Şübhəsiz ki, buna rəvac verən əxlaqsızlıq yuvalarının kəmiyyətinin artımında. Ölkəmizin paytaxtı Bakı şəhərində, habelə respublikamızın digər şəhər və rayonlarında kiçik yeməkxanaların, mehmanxanaların, otellərin, kafe və restoranların, motellərin, saunaların başqa profillə fəaliyyət göstərmələri yuxarıda sadaladığımız problemlərin daha da genişlənməsinə rəvac verir.
Belə bir problem hazırda Beyləqan rayonunda yaşanır. AzFakt.com-a Beyləqandan daxil olan məlumata görə rayonun Milabad və Mil qəsəbələrindəki kiçik kafelər həmdə də əxlaqsızlıq yuvaları kimi fəaliyyət göstərir. Adı şəkilən kəndərdəki kafelər demək olar ki, gecə səhərə kimi özünün “yağlı" müştərilərinə xidmət etməkdədir. Kənd sakinləri bildirirlər ki, əxlaqsızlıq yuvaları gecələr daim içkili adamlarla dolub daşır. Dəfələrlə əxlaqsızlıq yuvaları ilə ağlı hüquq mühafzə orqanlarına şikayət edilsədə heç bir tədbir görülməyib. Kənd sakinlərinin iddiasına görə Milabad və Mil qəsəbələrindəki əxlaqsızlıq yuvalarının arxasında Beyləqan rayon polis şöbəsinin kapitanı Nofəl Kərimov adlı şəxs dayanır. Məlumatda bildirilir ki, Nofəl Kərimov əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən kafelərdən aylıq alır və onları öz himayəsində saxlayır. Bundan başqa polis kapitanı kafelərə gələn bəzi yad müştəriləri əxlaqsızlıq hərəkəti adı altında “yaxalayaraq” onları soyur. Sakinləri məsələ ilə bağlı yükək instansiyalara müraciət edəcəklərini qeyd edirlər. Çünki Nofəl Kərimovun belə bir hərəkətindən yuxarı instansiyalr xəbər tutarsa onun cəzalandırılacağına inanırlar. Ancaq hazırda polis kapitanının himayə etdiyi əxlaqsızlıq yuvaları dayanmadan fəaliyyətdədir. Azerbaycaninfo.az saytı olaraq yazını araşdırılması üçün Daxili İşlər nazirliyinə ünvanlayırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.