Yardımlıda saxta əlillik dərəcəsi verən “qızıl dördlüyün” sərgüzəştləri - İttiham

25-05-2018, 00:00           
Yardımlıda saxta əlillik dərəcəsi verən “qızıl dördlüyün” sərgüzəştləri - İttiham
Saxta əlillik dərəcələrinin və pensiyaların təyin olunması ölkə boyunca müşahidə olunan ciddi problemdir. Keçmiş rəhbərliyin yaratdığı korrupsioner sistem problemi daha da aktuallaşdırıb. Sözügedən məsələ Yardımlı rayonu üçün də xarakterikdir.

teref.az bildirir ki, yardımlı rayonundan Savash.org-un redaksiyasına göndərilmiş şikayətdə iddia olunur ki, 2015-ci ilin sonundan bu yana təyin olunmuş əlillik dərəcələri və müavinətlər araşdırılarsa ortaya çox ciddi qanunsuzluqlar çıxar.

Yardımlıda saxta əlillik dərəcəsi verən "qızıl dördlüyün” sərgüzəştləri: Hər kənddə dəllalları var və…Şikayətçi yazır: "Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin və komandasının qurduğu oyun nəticəsində rayonda kifayət qədər saxta müavinətlər təyin olunub. Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Şahbaz oğlu Əkbərov, 31 Saylı TSEK-in Yardımı rayonu üzrə nümayəndəsi Verdiyev Ramin Vaqif oğlu, Yardımlı rayon Mərkəzi Xəstəxanasının diş həkimi Mehman Abbasov və Yardımlı rayon Mərkəzi Xəstəxanasının həkimi və Uşaq komisiyasının sədri Mirəbülfəz Mizrəziz oğlu Məmmədovun birlikdə yaratdıqları sistem indi də "uğurla” fəaliyyət göstərməkdədir”.

Adı çəkilən vəzifəli şəxslərin elektron sistemdən istifadə edərək vətəndaşlara saxta müavinətlər təyi etdiyini bildirən şikayətçi bunun necə reallaşdığının da təsvir edib: "Bütün işlərin başında Rasim Əkbərov dayanıb. Bunlar elerkton sistemden isdifadə edərək vətəndaşlardan 3 min manatdan pul yığırlar ve xəstə olmayan vətəndaşlara saxta əlilik dərərcələri verməklə məşğuldurlar. Onların hər kənddə bir dəllaları var, həmin dəllallar müştəri tapmaqla görəvləndirilib”.

Şikayətçi sonda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayeva müraciət edərək komissiya təşkil edərək Yardımlı rayonuna ezam etməsini xahiş edir.

Məsələylə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.