AzTV-nin keçmiş əməkdaşı "Azadlıq" qəzetini məhkəməyə verir - İDDİA

17-04-2015, 17:57           
AzTV-nin keçmiş əməkdaşı "Azadlıq" qəzetini məhkəməyə verir - İDDİA
“Azadlıq” qəzeti 17 aprel 2015-ci il tarixli sayında “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC-nin (AzTV) keşmiş əməkdaşı hal-hazırda “Region” TV-nin aparıcısı Sima Çələbi haqqında növbəti şər və böhtan maşınını işə salıb. Sima Çələbi bununla bağlı açıqlama yayıb:

Mən, Sima Çələbi, bəyan edirəm ki, “Azadlıq” qəzeti “KİV haqqında” qanunu kobud şəkildə pozur. Belə ki, artıq neçənci dəfədir ki, bu qəzet haqqımda məlumatları dəqiqləşdirmədən, müqəddəs ailə dəyərlərinin və şəxsi həyatın toxunulmazlığını nəzərə almadan şərəf və ləyaqətimi təhqir edir, jurnalist kimi işgüzar nüfuzuma xələl gətirir. Qəti şəkildə bildirirəm ki, “Azadlıq” qəzetində haqqımda yazılanlar tamamilə yalan və uydurmadır.

Əvvəla, mənim övladımın 5 yaşı var və mən bu yaxınlarda yenidən ana olmamışam.

İkincisi mən “Lider” telekanalında heç bir vaxt katibə işləməmişəm. Həmin kanalda “Yeni Səhər” proqramının aparıcısı kimi günaşırı 3 saat canlı efirdə olmuşam, “Kim, Harada, Necə?” verilişinin aparıcısı kimi çalışmışam. Bununla yanaşı bildirmək istəyirəm ki, kiminsə katibə işləməsini qəbahət saymıram və qəzetin bu məqamı qabartmasını ölkəmizdə çalışan bütün katibələrin aşağılanması kimi qəbul edirəm.

Üçüncüsü, 2007- ci ildə keçirilmiş müsabiqə nəticəsində AzTV-də işə götürülmüşəm. 5 il telejurnalist və aparıcı kimi çalışdıqdan sonra 2012- ci ildə AzTV-nin Uşaq və Gənclik proqramları redaksiyasının baş redaktoru təyin olunmuşam. Mənim bu vəzifəyə təyin olunmağımda isə ölkədə gənclərə yaradılan şərait və ustadım – Rafiq Hüseynovun rəyi böyük rol oynayıb.
Dördüncüsü, mən heç bir vaxt İctimai radioda işləməmişəm. 07.11.2013- cü ildə İctimai Televiziyanın Gənclik, Elm və Təhsil verilişləri departamentinə direktor müavini vəzifəsinə təyin olunmuşam.

Beşincisi, Azərbaycan Konstitusiyası ölkəmizin hər bir vətəndaşına, o cümlədən mənə də bələdiyyə seçkilərində iştirak emək hüququ verir. Mən də bu hüquqdan isitifadə edərək, Yasamal bələdiyyəsinin üzvü seçilmişəm və ictimai əsaslarla bu fəaliyyətimi davam etdirirəm.

Altıncısı, seçki kampaniyasına qatıldığım üçün İTV-dəki vəzifəmdən öz xahişimlə azad olunmuşam. Seçkidən sonra isə “Region” TV-dən daha yüksək əmək haqqı müqabilində iş təklifini qəbul etmişəm. Hazırda televiziyanın “Media Layn” – yerli internet resurslarımızın inkişaf dinamikasını araşdıran televiziya layihəsinin və “Bu gün” verilişinin aparıcısıyam.

Qəzetdə çalışan həmkarlarımın elementar jurnalistika etikasını pozmalarından böyük təəsüf hissi keçirməklə yanaşı, bildirmək istəyirəm ki, artıq bu məsələ ilə bağlı Mətbuat Şurasına və məhkəməyə müraciət etmək niyyətindəyəm. “Azadlıq” qəzeti haqqımda yaydığı iyrənc dezinformasiyalara media cameəsinin qarşısında və hüquqi müstəvidə cavab verməli olacaq.

Sima Çələbi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.