Qəbələ RPŞ-nin rəisi Etibar Abduyev və Qəbələ DYPB-nin rəisi Fariz Həsənovu müdafiə edir

18-09-2015, 13:15           
Qəbələ RPŞ-nin rəisi Etibar Abduyev və Qəbələ DYPB-nin rəisi Fariz Həsənovu müdafiə edir
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mətbuata açıqlamasında bildirib ki, hadisənin baş verməsinə səbəb sürücünün avtomobili içkili halda idarə etməsi və yol hərəkəti qaydalarını kobud surətdə pozması olub: "Hadisənin baş verməsi polislərin onları təqib etməsi ilə bağlı deyil. Səbəb həmin sürücünün içkili halda avtomobili idarə etməsi, yol hərəkəti qanunlarını pozmasıdır. Avtomobilin sürücüsü polislərin saxla əmrinə tabe olmayaraq, hərəkətin əks istiqamətinə çıxaraq başqa avtomobillə toqquşub. Burada polislərin heç bir günahı yoxdur”. Orxan Mansurzadə qəzadan sonra polislərin hadisə yerindən qaçması barədə deyilənləri də əsassız sayır: "Qəza baş verdikdən sonra polislər hadisə yerinə təcili tibbi yardım maşınlarını və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıblar. Hətta xəsarət alanların xəstəxanaya yerləşdirilməsi prosesində də iştirak ediblər. Ona görə də, polislərin hadisə yerindən qaçmaları barədə deyilənlərin heç bir əsası yoxdur”. …Bu gün Qəbələ RPŞ-nin rəisi Etibar Abduyev və Qəbələ DYPB-nin rəisi Fariz Həsənovla bağlı yeni məlumatlar verilib. Məlumatda bildirilir ki, baş vermiş hadisədən sonra RPŞ-nin rəisi Etibar Abduyev Fariz Həsənovu cəzalandırmaq əvəzinə onun müdafiəsinə qalxıb. Bütün bunlar Etibar Abduyevlə Fariz Həsənovun uzun illər dostluq münasibətlərindən irəli gəlir. İctimaiyyətə bəllidir ki, Etibar Abduyev vaxtı ilə ildırım sürəti ilə gəlib Qəbələ RPŞ-nin rəisi olub. Etibar Abduyev uzun illər Abşeron RPŞ-nin sahə inspektoru vəzifəsində xidmət edib. O vaxtlar onun bir başa rəisi Abşeron RPŞ-nin xidmət üzrə rəis muavini və hazırda Bakı şəhərinin Nizami RPİ-nin rəisi Nofəl Məhərrəmov olub.Nofəl Məhərrəmovun demək olar ki, Etibar Abduyevə antipatiyası olub. Səbəb isə … O vaxtlar Etibar Abduyev ona Qəbələdən kisələrdə göndərilən qoz-fındığı xidməti formada Təzə bazara aparıb satanda DİN-in 7- ci idarəsinin əməkdaşları tərəfindən fotosu çəkilib. Nofəl Məhərrəmovun xoşlamadığı digər şəxs isə Abşeron DYPB-nin baş inspektoru vəzifəsində xidmət edən Fariz Həsənov olub. Həmin vaxt ən çox şikayətlər Fariz Həsənovun yollardakı əməllərindən olardı. Sonra Nofəl Məhərrəmov polis rəisi təyin olundu və bir neçə il sonra Etibar Abduyev də ildırım sürəti ilə Qəbələ RPŞ-nin rəisi təyin olundu. İki rəisin maraqlı görüşü olub. Şahidlərin dediyinə görə, bu görüş DİN-də keçirilən kollegiya iclasında baş verib. Nofəl Məhərrəmova yaxınlaşan Etibar Abduyevin ilk sözü bu olub ki, rəis məni təbrik elə, mən də rəis oldum… Nofəl Məhərrəmov isə cavab verin ki, ayə, sən burda nə gəzirsən..? Etibar Abduyev isə bir daha bildirib ki, mən Qəbələ RPŞ-nin rəisi təyin olunmuşam. Nə isə.. indi isə qayıdaq sentyabırın 13-ü axşam saatlarında baş verən hadisəyə. Qəbələ rayonundan əldə etdiyimiz məlumata görə, Etibar Abduyev Fariz Həsənovu müdafiə edir. Niyə..? Deməli belə çıxır ki, Etibar Abduyevlə Fariz Həsənov Abşeron RPŞ-də xidmət edərkən ən çox şikayət daxil olan polis əməkdaşları siyahısında olduqları üçün, bu gün rəis öz işçisinin müdafiəsinə qalxıb. Bəlkə də, Fariz Həsənov Etibar Abduyevin bilmədiyimiz məcaralarının canlı şahididir..? Bəs özü necə iştirakçısıdırmı?
aznews.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.