Azəırbaycanı bütövləşdirmək istəyən son hökmdar - Ağa M\əhəmməıd şah Qacarın doğum günüdür...
26-10-2018, 13:11
Bu ,bizik...Azərbaycan hökmdarları...
Bu gün Yarımçıq qalan bütöv Azərbaycan arzusu ilə yaşayan və Azərbaycan Türklərinin son imperiyasi, Qacarlar Dövlətinin yaradıcısı Ağa Məhəmməd şah Qacarın doğum günüdür...
1796-cı ildə Ağa Məhəmməd şah Qacar təxminən 1736-cı ildə Türk ənənəsinə uyğun olaraq Suqovuşanda özünü şah elan etmiş Nadir şah kimi özünü şah elan edir. Lakin burada bir məqam var ki, Nadir şahın tacında 4 lələk vardı. Bu 4 lələk Hindistan, İran, Turan və Azərbaycanı təmsil edirdi. Ağa Məhəmməd şah Qacar isə şah elan edilərkən başına çox sadə tac qoydurdu. Tacdan da önəmli olan xüsusi adam göndərdi ki, Ərdəbil şeyxlərinin türbəsindən qılınc gətirilsin. Və o qılıncı belinə bağlamaqla Ağa Məhəmməd şah Qacar sübut etmək istəyirdi ki, o Səfəvilərin davamçısıdır...!
Təəssüflə deməliyik ki ,mənbələr əsl həqiqəti desə də bu gün də Ağa Məhəmməd şah haqqındakı tarixi həqiqətlər bir neçə nəsil Azərbaycan oxucusu üçün Səməd Vurğun qələminin qüdrəti və populyarlığı fövqündə itib-batır ...
...Bəli ,haqqında uzun -uzadı çox yazmaq olar və kifayət qədər yazılsa da son olaraq deyim ki ,Qacarlar sülaləsi düz 1925-ci ilə – Pəhləvilər sülaləsi taxta çıxana qədər türklüyünü qorumaq üçün hətda hakim ailənin digər millətlərlə izdivaca girməsinə qadağa da qoymuşdu ...!
Tanrı Ruhunu Şad Etsin..!.
Baba Allahnezerov
Teref.az