Ergenekon - Türklərin əcdadlarının azadlığa çıxdığı məkan tapıldı...

21-03-2020, 15:40           
Ergenekon -
Darhan Kıdıralı,
Beynəlxalq Türk Akademiyasının prezidenti,
tarix elmləri doktoru, professor,
Qazaxıstan EA-nın müxbir üzvü


Keçmişimiz - bu günümüzün milli sərvəti, tarix isə insanın alın yazısı,taleyidir. Tarixini unutmayanların , onu hər zaman həyatının bir hissəsi sayanların yolun hər zaman işığa çıxdı. Tarixini, kökünü sevənlərin, ona sadiq qalanların da dəyərini elə tarix özü verior. Onu da unutmaq olmaz ki, tarixin özü , elə ən gözəl müəllimdir. Elə bu tarixdən dərs alanlar həm də tarixi düzgün yönəldə bilənlərdir. Fransız tarixçisi Fernan Brodel yazırdı ki, tarixi yazan şəxsiyyətləri tarix özü yetişdirir.


Xalqı və millətini ətrafında birləşdirməyi bacaran gəncavər babalarımız da bu xüsusiyyətlərinə görə dövlət qurmağı, arixdə qalmağı bacardılar. Tanrıdan güc və Göy Səmadan qüvvət alan xaqanlarımız dünyanın dörd bir tərəfinə hakim oldular. Onlar yeni müqəddəs məkan axtarışı ilə öz ellərini, törələrini, xalqlarını böyük idealallarına- arzularına yetişdirdilər. O kökdən gələn insanlar həmin məkanı ayrı-ayrı zamanlarda gah Ötükən, Ergenekon, Yerioyuq, Jiddəlibaysın, Qızıl alma adlandırdılar, “Daulet abad muddət” - deyə ürəklərinə, dillərinə yatan adlarla bəzədilər. Bu günümüzə qədər gəlib çıxan Ergenekon dastanlarından o babaların haradan var olduğunu öyrəndik.


Əsirlərin o biri üzündən bizə qədər gəlib çıxan əfsanələrdə yazılır ki, Oğuz xaqanın hücumuna məruz qalan El xanın tayfasından sağ qalan iki nəfər Neğuz və Kiyan gizlin bir yolla dağlara çəkilirlər. Sıldırım qayalar və dağlarla əhatələnmiş düzəngaha düşür, illər keçəndən sonra buradan başqa çıxacaq yol tapmırlar. Həmin yerin adı Ergenekon idi. Ergenekon deyilən həmin ərazinin türk dilində və etimologiyasında “Kon” “dağ döşü, keçid” deməkdir, “ergene” “dik yer” deməkdir. Üzük qaşı misallı bu dağların qoynundan yol tapıb çıxa bilməyən həmin gənclər elə bu dağ döşündə də çoxalmağa, artmağa başlayırlar. Tanrının onlara göndərdiyi heyvanları əhilləşdiriərək böyük bir dövlət, abad bir yurd qururlar.Çoxalıqlar.

Çoxaldıqca da obalara, oymağlara ayrılırlar. Bü minvalla, həm də bir-birinə yaxın qohum, əqraba olurdular. Günlərin bir günü baxdılar ki, yer daralıb. Artıq bərkiyib, güclənmişdilər. Sayları 400 mini keçmişdi. Elin içərisindəki böyüklər bir araya gəlib çıxış yolu axtarmağın vaxtının çatdığını söylədilər.Onlar bir vaxtlar babalarını bu yerə gətirən yolu unutmuşdular. Belə olanda tayfanın böyüyü Börte-çine xalqı ətrafına toplayıb dedi: “ Elimin cəngavərləri, qeyrətli oğulları məni yaxşı eşidin. Bizim nəslimiz boz qurddan törəyərək Ergeneokanda doğulub çoxaldıq. Bu yurd bizə güc verdi, qüvvət verdi. Lakin biz atalarımızın da yurdunu unutmamalıyıq. Bizə məxsus olan torpaqlarımıza, yurdumuza dönməliyik”.


Belə də rəvayət edirlər ki, Ergenekonda yaşayan dəmirçi dağ döşünün o biri üzündəki keçiddəki dəmir mədənində bir yol olduğunu da bildirdi. Dedi ki, dağın arasından bir qurdun o biri üzə keçdiyini , aradan bir müddət keçmiş Boz qurdun—Börte Çinenin geri qayıtdıgını görüb. Bundan sonra el-oba bir araya gəlib, meşədən odun gətirdilər , kömür hazırladılar, kömürü kürəmək üçün 70 baş at və öküzü kəsib dərisindən körük düzəltdilər.Dəmirçilər ocaq qaladılar.Körüklər üfləndikcə dəmirlər əriməyə başladı. Meşələrdən qırıb gətirdikləri ağacları yandırıb,dəmirləri isti ocaqda əritdikcə yolun ağzı açılırdı. Beləcə xalq boz qurdun izini tutub, dağların qoynundan xilas olub üzü Vətənə sarı, yurda sarı getdilər. Düşmən üzərində qələbə çalıb, yurdlarını xilas etdilər. O gündən bu günə qədər Ergenekonu tərk edəndən o ellərdən, o insanlardan artıb törəyənlər mart ayında həmin günü bayram edirlər”. Bu rəvayət dolu dastanı 1913-cü ildə türk alimi Ziya Göyalp qələmə almışdı. Və dastanda belə bir bənd var:


Börteçine qurdun adı,
Ergenekon yurdun adı,
Dört yüz sene durdun, hadi,
Çıx, ey yüz min mizrağımız!


Türk milliyyətçiliyinin atası, şair, yazıçı Ziya Göyalp Aşina boylarından gələn Göytürklərin əvvəlcə hunlara məğlub olduğunu, sonra isə öz tarixi yurdlarına döndüyünü də həmin dastanda qeyd edir. Tanınmış türk alimləri Fuat Köprülü, Zəki Validi Toğan, Bahəddin Ögel və Dursun Yıldırım da Ergenekon haqqında dastan və rəvayətlərə, həqiqətlərə buganə qalmayıb, bu izin axtarışı ilə bağlı araşdırmalar aparıb, əsərlər ərsəyə gətiriblər.

Onu da qeyd etmək lazımdır ki, yuxarıda adlarını çəkdiyim məşhur alimlərin təhqiatlar apararkən XIII əsrdə İlhanilər (Elxanilər) hökmüdarı olmuş Qazan xanın yanında yaşayan tarixçi Rəşid əd Din Həmədani və Əbilqazı Bahadur xanın əsərlərindən yararlanıblar. Rəşid əd Din Həmədani “Câmi’ü-t Təvarih” əsərində Ergenekondan bəhs edərkən, Göy türklərin adını Mogol kimi yazıb.

“Ergenekon” dasatanı haqqında XVII yüzildə isə Xivə xanının sarayında yaşayıb-yaradan Əbilqzi Bahadur Xanın “Şəcərəyi- türk” əsərində rast gəlinir.. O hətta öz əsərini Rəşi əd Din Həmədaninin “Câmi’ü-t Təvarih” əsərindən ilhamlanaraq yazdığını bəyan edir. İl han xanın hakimiyyəti dövründə qələmə alınan Rəşid Əd Din Həmədaninin “Câmi’ü-t Tevarih” əsərində moğol elinin yaranması haqqında bəhs edərkən yazır: “Çinqiz xanın 22-ci babası Börte Çine də Ergenekondan çıxıb”. Bu həqiqətə, tarixi faktlara XV-XVI əsrlərdə, Şeybanilərin hakimiyyəti zamanı qələmə alınmış “Şəcərət ül -Etrak”, “ Təvarix i quzidə Nüsrətnamə” və “Adullanamə” kimi bu günümüzə qədər gəlib çıxan tarixi mənbələrdə Ergenekon dastanı haqqında xatırlamalar vardır. Ona görə də bir çox türkoloq tədqiqatçılar və araşdırmaçılar bəzən bu dastanı türk- monqol xalqlaraının ümumi dastanı kimi qəbul edirlər. Bu faktlara söykənərək onu demək olar ki, türk xalqının tarixi mənbələrində, ədəbiyyatlarında rast gəlinən “qurd”,“börü” və “Börte Çine” sözləri eyni mənnı verir. Məsələn digər bur mənbədə belə bir tarixi fakt var: Çingiz Xanın mənsub olduğu Borjigin(Börütegin) boyunun nişanəsi olan Börte-cine ilə Maralın Aşina tayfasının nişanəsi Boz qurd (göy börü- canavar) ilə dağ keçisinə bənzəməsi də təsadüfi deyil.

Bu mülahizələrdən belə nəticəyə gəlmək olur ki, Ergenekonda ilk məskən salan insanlar El xanın nəsil şəcərəsindəndir. El Xanın şəcərəsinin kökü isə Oğuz xandan gəlir. Məlumdur ki, Oğuz xanı da qədim türk tayfaları və xalqları özlərinin ulu babaları sayırlar.

Ümumiyyətlə isə qeyd etmək lazımdır ki, Altaylarda yaşayan tayfaların hamısının qədim və ümumi tarixi kökləri və bir-birlərinə sıx bağlılıqları vardır. Bu oxşarlığın yaranmasında eyni coğrafi mühit, oxşar həyat və yaşayış tərzi, məişət və eyni anlayış, hadisələr və qəhrəmanlar barəsindəki eyni motivli əfsanə və rəvayətlər, dastanlar , insanların səcdə etdikləri, inandıqları eyni müqəddəs məkanlar, ümumi dəyərlər və bir çox oxşar elementlərin osübutu belə düşünməyə əsas verir. Ergenekon dastanının motivləri isə Göy türklərin həyatında hələ Rəşid əd Dinin yaşadığı XIII əsrdən əvvəl də də mövcud idi. Məsələn, VII-IX əsrlərə aid olan “Çjoy-şu”, “Bey-şi”, “Tan-şu” monqol yazılı abidələri və dastanlarında,IX əsr Tibet yazılı mənbələrində də Göy türklərin Ergenekon dastanları barədə rəvayətlər və əfsanələr yer alıb. Və təbii ki, Kul tegin, Bilgə xaqan və Tonyukükün daş yazılarında da Aşinanın qəbiləsinin dağlardan enib gəlməsi barədə məlumatlar yer alıb: “...Dağlarda yaşayan insanlar şəhərə daşınmağa başladılar.... onlar əvvəlcə 70 idilər, sonra çoxalıb 700 oldular”. Dərindən araşdıranda böyük ensklopediyaçı alim Əbü Reyhan Büruninin əsərlərində də ilk türk dövlətini, türk ordusunu yaradanların dağdan endikləri barədə məlumatlar yazıldığını görmək olur.

Əfsanəvi məkan olan Ergenekonun bərqərar olduğu və onun etimologiyası haqqında çox yazılıb. Ayrı-ayrı araşdırmaçılar “dağ döşü” haqqındakı ilk yazıların kökünü bəzən monqol dilinə aid edirlər. Lakin hər kəsə məlumdur ki, “Ergenekon” sözünün müxtəlif variantlarına təkcə monqol dilində yazılan mənbələrdə deyil, eyni zamanda ilkin türk yazılı mənbələrində də rast gəlinir. Onu qeyd etmək lazımdır ki, qazax və rus dillərində “ergenek/ ergənək” sözləri adətən “darvaza, alaçığın qapısı” kimi anlaşılır.

Qazax yazıçısı Koyşıqara Salqaruli “Ulu Xaqanlıq” kitabında Ergenekon haqqında olan yazılı mənbələrin müqayisəsini apararkən belə nəticəyə gəlir: “Abulqazi “Ergenekon”u belə izah edir: “ergene- daş döşüdür, kon- “iti, şiş,sıldırım” deməkdir.”.

Həqiqətən də Eergenekon” əfsanəsində deyildiyi kimi həmin ərazilər həqiqətən də dörd tərəfdən dağ sıldırımları ilə əhatələnmiş düzənlikdir. Əslində də bu söz belə yazılmalı və səslənməlidir : “Ergenek- kon”. Göründüyü kimi, ifadədə iki “k” səsi vardır. Sadəcə olaraq o tələffüzdə dəyişilərək, “ergene-kon kimi” işlədilir. “Ergenek” həm də çəpinə kəsilmiş qapı mənasını verir. Bütün bunların isə bir anlamı var, “Eergenek-kon” dörd tərəfdən hasarlanmış -- “Ergenek məkanıdır”.

Tarixdən də bilirik ki, bizə qədər gəlib çıxan əfsanəlrdə qeyd olunduğu kimi, bu yerlər yüksək dağ sıldırımları əhatə olunmuş geniş bir düzənlikdən ibarət olub, suyu dumduru, otlaqları yamyaşıl və təravətli, gözəl çəmənlikləri olub. Bir başqa mənbələrdə isə “ergüne kün”, “kün” ifadələri yüksəklikdə yerləşən mağara, və yaxud da “erqüne”- dik dağ mağarası” kimi ifadə edilir. Bizim ehtimalımıza görə, “ergenekon” ifadəsi iki sözdən ibarətdir: “ergenek” və “kon”, bu sözlər isə özlüyündə hər tərəfdən qayalar və dağlarla əhatə olunmuş bir ərazi deməkdir.

Zaman-zaman Ergenekon axtarışında olan araşdırmaçılar bu sirli iqamətgahın barəsində çox fikirlər irəli sürüblər. Onlardan bir qismi həmin yerin Monqolustan ərazisində yerləşdiyini iddia edirdi. Məsələn, İ.Şmidt belə hesab edirdi ki, bu Çinin Çinqxaçya vilayətində ki Qun-erqi və Kuku rayonudur. H.Millerə və N.Biçurinə görə isə Ergenekonu Altayda axtarmaq lazımdır. O.M.Kovalevski və P.Qafarov Ergenekonun Arqun çayının yanında Arqun dərəsində yerləşdiyini iddia edirdilər. D.Banzarov isə belə hesab edirdi ki, Ergenekon Çində , İşəri Monqolustan deyilən məşhur kurqanların yanındadır. Monqol tarixçisi X.Perlee isə Ergenekonu Böyük Xinqan dağlarının ətəyindəki Xaylar çayı sahilində axtarmağı məsləhət görürdü. Rusiyalı türkoloq L.R.Kızlasov isə Ergenekon Arqun çayının ətəyində yerləşdiyini təsdiq edirdi. Digər bir rus tarixçisi E.İ.Kıçanov da bu iqamətgahın Böyük Xinqan dağlarında və Arqun çayının sahilində yerləşdiyini yazırdı. Rəşid əd Dinin əsərlərinə istinad edən monqol alimi L.Bileqt isə Onon, Kerulen,Burxan-xaldun,Dalan-Baljud kimi toponimlərə bu əsərlərdə rast gəldiyini qeyd edirdi. Və elə buna görə də Ergenekonu Monqolustanın şimal sərhədlərində olan Arqun ərazisində axtarılmasını məqsədəuyğun olduğunu yazırdı.

Əslində etimoloji strukturuna görə bir- birinə çox bənzər olan “Ergenekon” və “Arqun” sözləri Rəşid əd Dinin “Ergenekon əfsanəsi” dastanında başqa məna daşıdığından, təhqiqatçılar çox zaman bu sözlərin müqayisə edərkən həmin versiya öz təsdiqini tapmırdı. İkincisi isə, heç bir yazılı mənbədə monqollar Arqun dağlarını Müqəddəs yer kimi göstərmirlər.Bunun əksinə olaraq, bütün yazılı mənbələrdə Altay dağlarını təkcə türklər deyil, eyni zamanda digər köçəri tayfalar və xalqlar da “Müqəddəs məkan” kimi göstərirlər. Həmin mənbələrdə o da qeyd edilir ki, “...Göy türklər hər il eyni vaxtda Altay dağlarına babalarının mağarasında yığışaraq, dini mərasimlərini qeyd edərmişlər”.

Bir çox tədqiqatçılar Aşina tayfasının öz soyunun kökünü Altay dağlarının cənub qərbindəki “Müqəddəs məkan”dan götürdüyünü deyirləır. Lakin o da məlumdur ki, coğrafi yerləşməsinə görə dağ silsilələrindən ibarət olan Altay dağlarının cənub-şərqində qeyri dağ yamaclarından fərqli olaraq, düzəngah sahəsi çox azdır, buradakı torpaqlar isə məhsuldar deyillər. Altay dağlarının coğrafi yerləşməsinə uyğun olaraq, bu hissəsində əfsanədə göstərilən dik qayalar və dağlarla əhatələnmiş düzəngahlar olan bir ərazi yoxdur. Buna görə də belə hesab etmək olar ki, Çin dastanlarında , eləcə də , Rəşid əd Din və Əbilqazi Buxarinin kitablarında qeyd edilən Göy türklərin əcdadlarınin yaşadıqları Ergenekon çənubi şərqi Altay düzəngahlarında mövcud olmayıbdır.

Baxmayaraq ki, qədim Çin mənbələrinin birində Aşina tayfasının tarixi haqqında yazılan əfsanələrdə onların Şimali Qaoçan dağına (Turfan) çıxdıqlarına işarə olunur. Digər Çin əfsanəsinə görə isə Ergenekonu Altay dağlarının digər hissəsində axtarmaq lazımdır. Həmin mənbələrdə qeyd olunur ki, düşmən hücumundan qurtulmaq istəyən iki uşaq qaçıb dağların arasındakı dağ döşündə gizlənirlər və zaman keçəndən sonra həmin uşaqlar böyüyüb dövlət qururlar. Həmin dövlət Turfandan Abakana, Yeniseyə və Qərbi Sayan dağlarına qədər uzanır. Çin əfsanə və rəvayətində dəqiq məkan göstərilməsə də, əfsanədə xatırlananlara görə belə hesab etmək olar ki, həmin ərazilər Altayın şimal hissəsinə düşür. O dastanlarda Ergenekona çəkilən qardaşların soyuq yerlərdə yaşadıqları, odun yığıb ocaq qaladıqları haqqında da deyimlər var.Belə rəvayət olunur ki, ətrafda yaşayan tayfalar da , elə ilk dəfə ocaq qalayanları özlərinə başçı seçirlər.

Beynəlxalq Türk Akademiyası 2014-2015-ci illərdə xüsusi layihə çərçivəsində Ergenekonun axtarışına çıxdı. Arxeoloji qazıntılar nəticəsində Qazaxıstanın Berel rayonu ərazisinə düşən Altay dağlarının dəniz səviyyəsindən 3 min metr hündürlüyündə II-VII əsrlərə aid yaşayış məskəni aşkarlandı. Eyni zamanda Altayın şimal qərbində Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonu ərazisində də arxeoloji qazıpntılar aparıldı. Son arxeoloji nəticələri nümayiş etdirmək üçün TWESCO tərəfindən hazırlanmış ekspedisiyaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tatarstan, Özbəkistan və Monqolustandan mütəxəssislər və jurnalistlər dəvət edildi. Həmin nümayəndə heyətinin tərkibində olan türk tarixini tədqiq edən və araşdıran alimlər belə bir nəticəyə gəldilər ki, yeni tapılmış ərazinin Ergenekon olması ehtimalı çox böyükdür.

Həqiqətən də “Ergenekon əfsanələri”ndə yazılan kimi Ergenekon olduğunu ehtimal etdiyimiz həmin yer dörd tərəfdən dağ sıldırımları ilə əhatə olunub, burada həm sıx meşəlik , həm də su il bol olan yamaclar vardır. Buradakı təbiət təsəvvürə gəlməyəcək dərəcədə heyaranedicidir. İkincisi isə, dağların arasındakı bu dilbər guşə həm də dəmirlə zəngin bir yerdir. Üçüncüsü isə, arxeoloji qazıntılar nəticəsində o da məlum oldu ki, bu ərazilər Hun dövründən Göy türklər dövrünün əvvəlinə qədər uzun bir zaman kəsiyində qədim yaşayış məskəni olub.

Dünyanın və tarixin bir həqiqəti var ki, insan kim olursa olsun, harada yaşamasından asılı olmayaraq həmişə özünün itirilmiş müqəddəs məkanının, məskəninin axtarışında olur. Ona görə də “Müqəddəs torpaq” – “Jeruyık” anlayışı bütün xalqların yaratdıqları əfsanələrdə, nağıllarda, rəvayətlərdə , atalardan qalan kitablarda öz yerini tapıb. Həmin əfsanələr, nağıllar babalrımızdan bizə qalan mirasdır. Mübahisə olunmayan bir həqiqət də odur ki, təkcə türklər deyil, döyüşməyi bacaran digər köçəri xalqlar da Altayı hər zaman müqəddəs hesab ediblər. Bəlkə elə buna görə də qazax xalqının vüqarı sayılan şair Maqjan Cumabayev Altayı türklərin qızıl meyarı , ulularımızdan bizə miras qalan qızıl taxtı-tac hesab edirdi. O da öz əsərlərində uzaq –yaxın ellərdə yaşayan qardaşlarımızı Altaya dönməyə çağırırdı.
Qazax və rus dilindən tərcümə etdi Aida Eyvazlı
modern.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.