Bir şeirdən doğan hisslər...

27-03-2020, 00:01           
Bir şeirdən doğan hisslər...
Çağdaş Azərbaycan ədəbiyyatının bəlkə bu gün özünün də fərqində olmadığı nümunələrini yaradan söz sənətkarları içində E.Məmmədov xüsusi dəsti - xətti olan simalardandır. Vətənə ,torpağa ,xalqa qəlbən bağlı olan bu insanın yaradıcığının ana xəttini də sadaladığlarımız müqəddəsliklərə məhəbbət təşkil edir.
Tarixən yazılan bütün ədəbiyyat nümunələri yarandığı dövrdə deyil , çox- çox sonralar layiqli qiymətini almış , bədii ədəbiyyat nümunələri kimi ədəbiyyat tariximizə yazılmışdır.
Hər dövrün özünəməxsus hadisələri , məişəti , insanları , faciələri xalqın içindən çıxan insanlar tərəfindən qələmə alınmış və tarixin həmin mərhələsini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Özünü bütünlükdə Vətənin və xalqın ağrı - acısına qurban vermiş sənətkarlar bu yaşamları dilə gətirməklə əbədi olaraq adlarını onun tarixinə yazanlardır.
E. Məmmədov da torpaqlarının 30 faizdən çoxu işğal olunmuş , hər parçası bir qonşusunda əsir qalmış Azərbaycan adlı məmləkətin oğludur. Elə bir məmləkətin ki , onun varlığı üçün hər canından və qanından keçərək müqəddəs Şəhidlik zirvəsinə yüksələn övladları var. Elə bir məmləkətin ki , süfrəsini açdığı insanlar onun yağısına çevrilib.Elə bir məmləkətin ki , dünyaya yalnız barış carçısı kimi çıxış edir. Qəhrəmanlıq simvoluna çevrilmiş Şəhidlərimizə E.Məmmədovun ithaf etdiyi " Şəhid " şeiri bu mövzuda yazılmış ən yaxşı nümunələrdəndir. Bu şeir yox , elegiyadır , əsərdir. Elə bir əsər ki , onun yalnız qiymətini tarix verə bilər.Elə bir əsər ki , tarixin şanlı səifəsini öz qanlarıyla yazan igidlərin dəyərinin ölçüyəsığmaz olduğunu göstərir.
Hər şeydən əvvəl onu qeyd edim ki , içindən ağrını yaşamayan biri heç vaxt bu acını dilə gətirə bilməz. Məhz bu ağrının gücü onu dilləndirir , beyin düşüncələrini misralara köçürməyə sövq edir. Həmin ağrının şiddətindən isə yeni söz və ifadələr yaranır. Məhz Elçinin şeirində olduğu kimi:
" Bir yanan ocağın qaralan közü,
Bir bəxtsiz atanın bükülən dizi,
Bir yurdun alnına yazılan yazı
Şəhid "
" Bu yurdun alnına yazılan yazını " qələmə alan insanın iç dünyası bu ağrıya gömüldüyü üçün hayqırtı edir , bu taleyə üsyan qaldırır.
E.Məmmədovun Vətən sevgisi , torpağ məhəbbəti tam fərqli bir səpkidədir. Torpağı və yurdu Elçin kimi sevmək üçün onun gözü ilə , onun qəlbi ilə bu torpağa baxmaq lazım.
Şeirin hər bəndində sənətkarın müqəddəsliklərə qürür hissi ilə yanaşı, bu yurdun başına gətirilənlərə nifrət və qəzəb duyulmaqdadır.
Şeirin bütün bəndlərinin ayrı - ayrılıqda təhlili bunu deməyə əsas verir.
Bədii sözün qüvvəsinin ən təsirli bəndlərindən olan "
Qanın asimana qalxan buxarı ,
Tanrıdan yuxarı , göydən yixarı " - bəndi yoxluğun vara çevrilməsinin bədii inkasıdır.Bu isə şairin sözünün gücünün və qüvvəsinin əksidir.
Qanın asimana buxarlanması - həm elmi , həm də bədii baxımdan təhlilə ehtiyacı olan misra. Bilirik ki , qan formalı elementlər və plazmadan ibarətdir. Formalı elementlər isə - trombosit, leykosit , eritrositdən ibarədir. Plazma isə su , qeyri - üzvi və üzvi maddələrdən ibarətdir. Bu maddələr parçalanmasa bixarlanma ola bilməz. Sənətkar da şəhid qanının heç vaxt parçaıanmayb , " buxarlanaraq" Vətən göylərinə əbədi hopmasını və bu hopmanın da tanrıdan və göydən də uca məqamda toplandığını bədii ifadə ilə qələmə alır.
Şəhidin ölməzliyi və əbədiliyinin ifadəsi üçün isə bundan gözəl söz seçilə bilməzdi. Təkcə bu beyt ədəbiyyatda romantizm və realizmin bir vəhdətdə borləşmək gücünə malik olmasını verən ən gözəl poetik ifadədir.
Şeirdə reallığın gücünü və əzəmətini özündə əks etdirən poetik ifadələr çoxdur.
"Atılan güllənin ətdən məzarı" , "Səmadan aslı qalan göz yaşı " , " Gəlməyən sabahın itkin günəşi " və b.
Bu misraların hər birinin ayrı -ayrılıqda təhlil uzun zaman apara bilər.
Şeirin insan qəlbinə və beyninə hakim kəsilən ən təsirli bəndi isə
" Batan bir günəşin can verən bərqi ,
Torpağa qan ilə çəkilən sərgi ,
Üçrəngli bayrağın dördüncü rəngi ,
Şəhid " - bəndidir
Müqəddəs canlarını fəda etmiş Şəhidlərin ucalığını bayrağın dördüncü rəngi kimi səciyyələndirmək - bu əzəmətin təhlilini vermək üçün söz seçə bilmədim. Elçin artıq bu əzəməti vermiş və ondan sonra deyiləcək və yazılacaq hər hansı söz bu müqəddəsliyi ifadə üçün çox zəif olardı.
Dövlətin rəmzlıri onun dövlət olduğunu sübut edən ən qiymətli amillərdir. Ölkənin varlığı , ayaqda qalması və yaşaması üçün öz canlarını fəda edənlər onun əbədilik rəmzinə çevrilir , həmin dövlət , həmin xalq yaşadıqca onlar da əbədiyaşarlıq qazanırlar.
Torpağı həyatından üstün tutanlar məhz bu bayrağa bükülürək , canlarından çox sevdikləri torpağına qovuşar. Və bu bayrağa gözəllik və özəllik verənlər də Şəhidlərdir. Və dövlətçilik tarixi yaşadıqca onlar da əbədi yaşayacaq
Mehriban Sadıqova.
Bir yanan ocağın qaralan közü,
Bir bəxtsiz atanın bükülən dizi,
Bu yurdun alnına yazılan yazı-
Şəhid!

Qanın asimana qalxan buxarı,
Tanrıdan yuxarı, göydən yuxarı,
Atılan güllənin ətdən məzarı-
Şəhid!

Haqsız divanların qurulan vaxtı,
Yerin göy üzünə burulan vaxtı,
Tanrının kar olan, kor olan vaxtı...
Şəhid.

Üstünə yükləsən parçalar dağı,
Nə var e çiynində bu dərddən ağır?
Kasıb qapısında qurulan çadır-
Şəhid!

Ümidsiz gözlərin çatılan qaşı,
Və ömrün bitməyən soyuğu, qışı,
Səmadan asılı qalan göz yaşı-
Şəhid!

Heç vaxt əriməyən zirvənin qarı,
Arzusu yarımçıq, ümidi yarım,
Mərmidən deşilmiş əsgər paltarı-
Şəhid!

Gəlməyən sabahın itkin günəşi,
Yarımçıq bir bəxtin yarım gərdişi,
Sinədən açılan yaylım atəşi-
Şəhid!

Batan bir günəşin can verən bərqi,
Torpağa qan ilə çəkilən sərgi,
Üçrəngli bayrağın dördüncü rəngi-
Şəhid!

Elcin Memmedov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.