Njdenin İrəvandan boylanan heykəli... - TƏHLİL

11-05-2020, 13:48           
Njdenin İrəvandan boylanan heykəli... - TƏHLİL
Njdenin İrəvandan boylanan heykəli...
Təyyarələrin və helikopterlərin şəhərlər üzərindəki uçuşunu nəzərə almasaq Hitler faşizmi üzərindəki qələbənin 75 illiyini Rusiyanın siyasi və hərbi rəhbərliyinin irəlicədən düşündüyü və yaxud da planlaşdırdığı kimi keçirmək mümkün olmadı, koronavirus bütün kartları qarışdırdı və pandemiya buna imkan vermədi.

Ölkə uzun müddət idi ki, buna hazırlaşırdı və ötən ilki planlara görə möhtəşəm parad keçirilməli və o, nəinki müasir Rusiyanın hərbi qüdrətini nümayiş etdirməli və həm də imkan daxilində bir sual üzərində birdəfəlik nöqtə qoymalı idi: “İkinci Dünya Müharibəsinin əsl qalibi kimdi, bu qələbəyə və faşizmdən xilas olduğuna görə insanlıq-bəşəriyyət kimə minnətdar olmalıdır?”...

Amma burada çox incə bir məqam var. Əminik ki, koronavirus pandemiyası olmsaydı Moskva həqiqətən möhtəşəm parad keçirəcəkdi – bunun üçün onun təcrübəsi və resursları yetərincədir. Amma bizim şimal qonşumuz beynəlxalq bayram, beynəlxalq parad, hətta hərbi şou keçirməyi düşünürdü. Amma burada irəlicədən müəyyən çətinliklər vardı və hətta pandemiya olmasaydı belə çətin ki, digər qalib ölkələr – ABŞ, İngiltərə və Fransa bu tədbirlərə qatılacaqdı, böyük ehtimalla onlar da öz paradlarını və yubiley tədbirlərini keçirəcəkdilər.

Hətta indi, nəinki Rusiyaya, eləcə də digər üç qalib-ölkəyə istədikləri kimi parad keçirmək müyəssər olmadığı bir halda belə qarşılıqlı ittiham selini dayandırmaq mümkün olmadı – tərəflər biri-birlərini tarixi faktları təhrif etməkdə qınadılar...

Düşünürük ki, ən azı yaxın perspektivdə də belə davam edəcək. Birincisi, İkinci Dünya müharibəsində qələbə siyasi məsələyə çevrilib.

İkincisi, Rusiya könüllü yox, taleyin hökmü ilə müharibənin əsas ağırlığını daşımalı oldu: SSRİ-nin fiziki və maddi itkiləri, xüsusən də canlı insan itkiləri digər ölkələrinkindən on dəfələrlə, bəzi halda isə yüz dəfələrlə çoxdur.

Sirr deyil ki, ikinci cəbhə açılanda sovet qoşunları artıq faşizmin hərb maşını üzərində yekun və son qələbə çalmaq ərəfəsindəydilər. Digər üç qalib ölkə artıq ikinci cəbhəni açmaq məcburiyyətində idi, çünki onlar qələbənin SSRİ-yə şəriksiz qismət olmasına və bütün Avropanın sovetlərin sərəncamına verilməsinə heç bir halda razı ola bilməzdilər...

Amma digər məqamlar da var ki, Rusiya rəsmi tarix məktəbi onları heç bir halda etiraf etmir.

Birincisi, digər ölkələr – ABŞ və İngiltərə faktiki olaraq Hitler Almaniyasına müharibə elan edəndə SSRİ hələ də bu ölkə ilə əlaqələr qurmaqda idi (Molotov-Ribbentrop paktı!). Aydındır ki, SSRİ o vaxt Almaniya ilə müharibəyə hazır deyildi və odur ki, bu ölkə ilə mümkün hərbi qarşıdurmanı yubatmağa və ondan qaçmağa çalışırdı.

Amma siyasi tale elə gətirdi ki, almanların hərb maşını ilk növbədə SSRİ-nin əleyhinə yönəldi və bir az əvvəldə qeyd etdiyimiz kimi, bu ölkəyə müharibənin əsas yükünü-ağırlığını daşımaq taleyi nəsib oldu.

Amma burada başqa bir məqam da var. İkinci cəbhə çox gec açıldı. Amma inkar etmək olmaz ki, digər ölkələr – ABŞ və İngiltərə SSRİ-yə güclü hərbi-texniki və humanitar yardım göstərirdilər. Rusiya tarixçiləri bunu hələ də inkar edirlər. Bilirsiniz, bu, sovet – Rusiya tarixinin ən çox ziddiyyət yaradan tərəfidir. Eyni yanaşma SSRİ-nin öz xalqlarına qarşı da nümayiş etdirilir. Məsələn, faşizmin çöküşündə Azərbaycan neftinin rolunu inkar etmək olarmı? Amma edirlər! Bir daha deyirik ki, müharibənin əsas ağırlığını rus xalqı çəkməli oldu və bununla heç kim mübahisə etmir, amma biz SSRİ-nin digər xalqlarının da rolunu, onların qələbə naminə göstərdiyi fədakarlığı unutmamalıyıq...

Bəli, faşizm üzərində qələbənin daha bir yubiley tarixi arzu edilən kimi qeyd olunmadı. Amma bu imkan potensial olara qalır və beş ildən sonra qələbənin 80 illiyi qeyd olunacaqdır. Mübahisələr yenə olacaq və aydın məsələdir ki, onlar beş ildən sonra da kəsilməyəcək, amma biz həqiqətə can atmalıyıq, çünki yalnız həqiqət bizi yaxınlaşdıra bilər.

Azərbaycanın bütün bu son proseslərdə iştirakına gəldikdə isə, Qələbə günü həmişə olduğu kimi yüksək səviyyədə qeyd olundu. Biz bir daha bu böyük hadisəni andıq, qəhrəmanları yad etdik, hansılar ki, bu Qələbə naminə canlarından keçmişdilər, ölkə rəhbərliyi müharibə iştirakçılarını, əmək veteranlarını mükafatlanadırdı və s.

Amma Qələbə günü bizim üçün həm də böyük bir fürsət idi ki, bir daha dünyanın mütərəqqi ölkələrinin və yaxud cəmiyyətlərinin diqqətini erməni faşizminə, Ermənistan hakimiyyətlərinin faşist ünsürlərini necə qəhrəmanlaşdırması cəhdlərinə yönəldək. Qeyd etmək lazımdır ki, Rusiya hər şeyi edir ki, İkinci Dünya müharibəsi, bu müharibədəki böyük qələbə ölkənin gənc nəsli tərəfindən unudulmasın. Amma belə bir fonda İrəvandan faşist nökəri Q.Njdenin heykəli boylanır...
Bunu necə izah etməli? Ümumiyyətlə, müasir erməni faşistlərinin belə addımlarının bir izahı, bəraəti varmı?

Yox, düşünürük ki, yoxdur və ola da bilməz. Amma düşünmək belə ağırdır ki, görün, Rusiyanın bu ölkəyə veriyi maddi və mənəvi dəstək nəyə sərf olunur! Hamıya məlumdur ki, Ermənistanın “gücü” onun Rusiya ilə geosiyasi ittifaqındadır. Əks halda çoxdan hayların qudurğanlığına son qoymaq, onları adam kimi yaşamağa məcbur etmək olardı. Amma görün nə baş verir? Kremlin qanadları – himayəsi altında bu “seçilmiş ari xalqı” özünün sərsəm faşist ideologiyasını qurur...
Hüseynbala Səlimov //musavat.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.