Qurandakı cənnəti Azəri Atabəgləri yaratmışlar

1-06-2020, 07:35           
Qurandakı cənnəti Azəri Atabəgləri yaratmışlar
Bu kiçik məqalədə yazılanlar fantaziya, xəyal deyil. Müqəddəs Quran kitabı məhz Azəri Atabəglərinin göydə yaratdığı cənnətə, Adəmə və s. həsr olunmuşdur. Bütün qədim yazıların əsl, yəni batini mənaları Azərilərin cənnətilə bağlıdır və çox ciddi mənbə və faktlara əsaslanır. Alimlərin yazılarımıza münasibət bildirməmələri, onların elm və məntiqlərinin çox aşağı səviyyədə olmaları ilə bağlıdır. Din mütəxəssislərin susqunluğu isə onların ümumiyyətlə söhbətin nədən getdiyini anlamamaları deməkdir.

Biz kitab və məqalələrimizdə göstərmişik ki, Quranda qeyd olunan Xüld cənnəti - Azərbaycan Atabəglər ailəsinin Xelat eli ilə bağlıdır. Ən qədim mənbələrdə Xüld rəmzi - Xalda, Gelat, Kelt və s. şəhəri kimi də keçir ki, burada Atabəglərin əcdadları olan Assurlar Babil qalası tikmiş və onun göylərində cənnət yaratmışlar. Süni (Sünik/Sion) dağının göylərindəki bu cənnət, Azərbaycan pir-bəglərinin ölümsüzlük qazanması üçün yaradılmışdır. Alban tarixində bu cənnət - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırılır ki, bu səhranı da göydə müqəddəs Atalarımız tikmişdilər. Ən qədim mənbələrdə bu cənnət - İran dağlarındakı Dilmun/Tilmun (Tilos) xoşbəxtlər ölkəsi kimi də keçir və bura düşmək, insanların həyatı boyu Allahlara sadiqliyinin mükafatı sayılırdı. Başqa sözlə, firon-bəglərin (mənb.farnbaq) bu cənnətində, özlərindən başqa yalnız onlara sadiq möminlərin ruhları xoşbəxtliyi dada bilirdi. Sonrakı mənbələrdə Dilmun əhli, İranda “Qala adamları” kimi də tanınan - "zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış" Deyləm türkləri adlandı. Allaha sadiq möminlərin də cənnətə düşməsi üçün bu Gelat ismaili şiələri - İsna-Aşəriyə dinini yaratdılar. İsna-Aşəriyə rəmzi batinilərdə həm də Süni/Sion dağındakı Azər/Osirisin ölüm şahlığı deməkdir. Yalnız bu dinin qanunlarına tabe olan əsl müsəlmanlar, bəglərin cənnətində xoşbəxtlik qazana bilirdilər.
Lakin zaman keçdikcə möminlər, batin elmini unudub, İsna-Aşəriyə dininin zahiri mənalarını əsas götürdülər və bununla da cənnətdən qovuldular.
Mənbələrə görə, Hz. Məhəmməd Rəsulullah buyurmuşdur: "Yəhudilər yetmiş bir təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç təriqətə bölünəcəkdir, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir". Cənnətə düşən təriqət haqqında soruşduqda isə Rəsulullah: "Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir" və ya "O, da camaatdır" demişdi. Deməli, peyğəmbərimizə görə, üç dinin hərəsindən yalnız bir təriqət üzvləri cənnətə düşür ki, bunlar da bütün dinlərin yaradıcıları olan Gelat/Xelat türk bəgləridir. Yəhudilər və şiələr onları Gelat ismaililəri, xristianlar isə Qaliley (Cəlil/Gel-Eli) nasarlıları (nizari/nazaretli) adlandırırdılar. Mənbələrdə onlar nizari-batinlər kimi də tanınırlar. Nizari-batinilərin əcdadı Seyid Həsən Sabbahdır ki, mənbələrə görə o Ələmut qalasında cənnət yaratmışdı. Həsən Sabbahın "Qala adamları" adlanan assasinləri də Xüld cənnətində ölümsüzlük qazanmış və axirətdə məhkəmə quracaq əzraillərdir.
Bütün bunlar o deməkdir ki, Quran kitabının həsr olunduğu cənnət - Azərbaycan Atabəglər ailəsinin Mülküdür. Bu Mülkün göyündəki Mələküt aləmində ölümsüzlük qazanmağa isə, Azər oğullarından başqa yalnız onlara sadiq möminlərə şans verilirdi. Quranın zahiri mənalarının əsas götürülməyə başlandığı dövrdən isə, bu şans möminlərdən alınmışdı. Qədim yazılara görə, axirətdə Xelat göylərində yaradılmış birinci cənnətin yerinə ikinci cənnət yaranacaq ki, ora düşmək yalnız yeni sahibinin istəyi ilə mümkün olacaqdır.
Bu haqda daha geniş məlumat - "Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır" adlı məqaləmdə verilmişdir
(http://www.gilarbeg.com/index.php?sehife=oxu〈=1&content=1181).
Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.