Xudafərindəki müəmmalı “snayper Fake, yoxsa həqiqət?

19-11-2020, 05:06           
Xudafərindəki müəmmalı “snayper   Fake, yoxsa həqiqət?
Azərbaycanlı olaraq tarixən haqlı incikliklərimiz, nigarançılığımız, mənəvi üsyanlarımız, etirazlarımız var, bəlli istiqamətlərə.

Haqsızıqmı?

Deyilik!

Tarixi dönəmlər yaşadığımız itkilər və əzablar, bizi o inanca gətirib ki, “türkün, türkdən başqa dostu yoxdur!” Ərazi yox, dünyəvi məsələlərdə.

Biz bu prinsipə əməl edərək, eyni zamanda qonşuluq münasibətlərini də saxlamaq şərti ilə davranmalıyıq. Balans olaraq, öz haqqımız da kimsəyə yedirtməməliyik.

Artıq iki gündür Azərbaycan Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərə birinci xanımla səfəri müzakirə mövzusudur. Hamı lideri alqışlayır. Xudafərinə getmək, Araz sahillərinə enmək, sərin suda əl-üz yumaq, İran tərəfə əməkdaşlıq rəmzi olan yumruğu göyə qaldırmaq, Araz üzərində "Dostluq" körpüsü qurmaq istəyini açıqlamaq, bütün bunlar bir liderin siyasi yozumu olan jestləridir. Həm də bir xeyli uzun müddətli planlara işarədir. Çünki hər şeydən öncə, Azərbaycan diplomatik müstəvidə Ermənistanı və erməniləri tamamən yerinə tamamən oturtmalıdır. Biz indi o prosesi yaşayırıq. Ermənilərin yerinə oturdulması prosesini. Onlar Azərbaycan qarşı təkcə öz ərazilərindən, yəni bəlli istiqamətdən hucum etmir. Eyni zamanda, qonşu dövlətlərin adından da hucum planları qurmaqdadırlar.

Azərbaycan Prezidenti və xanımının Xudafərində olması xəbərinin ardınca sosial şəbəkənin erməni və azərbaycanlı siqmentində bir neçə fotoşəkil sürətlə tirajlandı. Şəkillərə aid qısa xəbərdə qeyd edildi ki, guya İran saytları etibarlı mənbələrə istinadən yazıb ki, Iran Azərbaycan Prezidentini və xanımının snayper hədəfində saxlayıb. Bəllidir, ermənilər belə xəbərin fake-ni də alüışlayacaq. Azərbaycanlılar tarixi incikliklərə görə sərt ittihamlar səsləndirdilər.

Sirr deyil ki, İranın xeyli erməni var. O vilayətlərdə ki, yaşayırlar, bir məqsədləri var, Iran türklərinə, yəni oradakı azərbaycanlılara bacardıqca çox ziyan vurmaq. Iran dövləti ilə ərazidə yaşayışının tarixi olan azərbaycanlıların münasibətini gərginləşmək.

Azərbaycan Prezidentinin bəlli şəkillərə gəlincə, artıq həm İran, həm Azərbaycanın bəlli dairələrinin apardığı araşdırmalar yayılır. Bəlli olur ki, kadrlar primitiv yalandır. Xəbər dili ilə desək feke-dir. Bundan başqa ilk mənbəyi “MiranPress” adlı, “İran mediası” kimi qələmə verilən, saytdır. Eyni adla Ermənistandan yaradılmış Telegram kanal da mövcuddur. Kanalın yaradıcısı Tatul Gegamyan soyadından bəlli olduğu kimi ermənidir. O, erməni xüsusi xidmət orqanlarının mediadakı simalarından biri kimi də tanınır. Kanalı sentyabrın 28-də, İkinci Qarabağ Müharibəsi başlayan günün səhəri yaradıb. Məqsəd, hədəf, məram, bəlli.

…Və sonda İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi Azərbaycan KİV-lərinə açıqlamasında deyir: Tehran-Bakı münasibətləri yeni bir mərhələyə qədəm qoyub. İranın ali lideri isə Dağlıq Qarabağla bağlı bəyanatla çıxış edib. Bəyanatda göstərilən bütün məqamlar, o cümlədən müharibənin ən qısa müddətdə bitməsinin vacibliyi, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması, ermənilərin hüquqlarına və beynəlxalq sərhədlərə hörmət, habelə İranın sərhədlərinə terrorçuların yaxınlaşdırılmaması qeyd edilib.

İndi qalır o ki, Azərbaycan üçün Dağlıq Qarabağla bağlı bütün müzakirələrə əbədi nida qoyulana qədər Azərbaycan-İran, Azərbaycan-Rusiya, Azərbaycan və dünya dövlətləri münasibətlərinə xələl gətirəcək bütün informasiyalar diqqət mərkəzində saxlanılsın, anında reaksiya verilsin ki, münasibətlər zərbə altına düşməsin. Çünki nə Azərbaycan dövlətinin, nə xalqın otuz il gözləməyə səbri, niyyəti yoxdur. Bizə ölkə və vətəndaş olaraq soyuq baş, emosiyasız yozum, yorum və siyasi qıvraqlıq lazımdır.

Və unutmayaq, bəli, şəkillərin fotomontajla olması istisna edilmir. Fake olması təsdiqlənir. Amma və lakin bu hətta montaj olsa belə düşmən oyunu, düşmən arzusudur. Təhlükəli düşmən mesajıdır. Azərbaycanın haqlı ərazi, vətən savaşına görə erməninin əli, farsın dili ilə mesajlar göndərilir. Bu mesajın arxasında kim və ya kimlər var? Bu da bəllidir. Bizə sadəcə bunu anlamaq və Napaleosayağı davranmaq qalır. O deyirdi ki, döyüşləri belə udmuşam, hərdən şir, hərdən tülkü olaraq!
Jalə Mütəllimova
18.11.2020.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.