ŞƏRƏF VƏ. LƏYAQƏT.... Rüstəm Behrudi yazır

9-01-2021, 06:27           
ŞƏRƏF  VƏ. LƏYAQƏT.... Rüstəm Behrudi yazır
Benzinin bahalaşması ilə bağlı tarif şurasının, yaltaq dövlət məmurlarının, saxtakar deputatların, maymaq və yalaq müxalifətin verdiyi izahlara göydə quşlar, suda balıqlar belə gülər!
(Halbuki, quşlar və balıqlar gülməyi bacarmır! Gülmək tək canlı olaraq insana məxsusdur)
Məcbur olub 30 il bundan əvvəl söylədiyim, “şərəf və ləyaqət”anlayışlarına bir də aydınlık gətirmək istədim.
“Şərəf” və “ləyaqət” sözləri adətən bir yerdə işlənsələr də tam fərqli mənaları ifadə eləyir!
Şərəf—cəmiyyətin,ətrafın adama verdiyi qiymət, ləyaqət hissi insanın özünün özünə verdiyi dəyərdir!
Ləyaqəti olmayan adam şərəfini qoruya bilməz!
Ləyaqət insanlığın mahiyyəti, şərəf görüntüdür!
Bu məmləkətdə adamlar şərəflərini (özü də yalançı) qorumağa çalışırlar, ləyaqətlərini yox!
Ləyaqətini qorumayan adamın şərəfi olmur, əfəndilər!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru