Müəllimin qara piarını altındakı səbəb...

14-01-2022, 16:51           
Müəllimin qara piarını altındakı səbəb...
Şəxsi fikrimi və yanaşmamı bölüşürəm bağça və müəllimlərə qarşı yenidən alovlanan qara piarla bağlı.
Baxçada və məktəbdə bir neçə faktları ictimailəşdirmək, kampaniyasına yenə start verilib.Ona görə yenə deyirəm ki, bu məsələ Mikayıl Cabbarovun təhsil nazirliyi dövründə pik həddə idi. Onda müəllim peşəsini gözdən salmaq, müəllimi adiləşdirmək, şəxsiyyətini qırmaq siyasətinin anası, da atası da Ramiz Mehdiyev idi. İndi kimdir, bilmirəm, amma xətt eynidir. Bu qara kampaniyanın pərdəarxası həm də ona görə görünmür ki, rəsmi qurumlarda cəmiyyətdən qorxu var. Cəmiyyət populist, məlumatsız və polemikaya hazırlıqsızdır. Hazırlıqsız cəmiyyətlər həmişə aqressiv, söyüşcül və mənasız tələbkar, eyni zamanda məmura inamsız olur. Onu bu cür yetişdirdilər. Ölkə üçün təhlükəni öz cəmiyyəti sifariş edir indi.
Cəmiyyət niyə bu gündədir?
Çünki ona cəmiyyətə bu reallıqları danışacaq adamlar yoxdur. Daha dəqiqi var, amma ya incidirlər, ya prosesdən kənar saxlanıblar.
Niyə?
Ona görə ki, bu mövcud prosesi inkişaf etdirilsin.
Ayrıca illərdir təhsildəki islahat işlərinin demək olar içində olan imzayam. Bu qazanın dibini xeyli bilirəm. İndi deyirəm ki, sonra gecdir desin vicdanım mənə.
Qoymaq olmaz cıqqılı mehtiyevlər təhsili, məktəbi, bağçanı, müəllimi, bir sözlə Azərbaycanın gələcəyini daha geniş hədəfə alsınlar. Bu adamdöyən, psixolojisi yerində olmayan bir ovuc kadra görə bir ölkədə, İNSAN istehsalının başında duran böyük müəllim ordusunu şəxsiyyətsiz etmək mənəvi cinayətdir. Bu ölkəyə və cəmiyyətə ağır başa gələcək. Son gələndə görəcəksiniz. Nə qədər o son gəlməyib, cəzalandırma işlərinə paralel, lütfən bu videoları yayan mənbələri, adamları da araşdırın. Mütləq bir mərkəzdəndir. Mütləq sağlam zəkaya sahib deyillər.
Bu tədbir alınmazsa, "faktlar" dayanmadan artacaq və böyük bir sistem, psixoloji basqı, mənəvi yük, bir də yersiz hucumlarla üzbəüz qalıb.
Jalə Mütəllimova
14.01.2022.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.