Hərbi forma çıxarmaq təbliğatının başqa variantı: Əyniniz yox, ruhunuz hərbi geyimli olsun...

18-01-2022, 12:31           
Hərbi forma çıxarmaq təbliğatının başqa variantı:
Dünən bir hərbçi videosuna baxdım. Əyindən çıxmayan hərbi formalardan danışır, irad tutur.Təkrarlamayacağam, düzünü deyim, alqışlaya bilmədim.
Niyə?
Əyindən çıxarılmayan hərbi geyimlərə görə peşəkar və formalı hərbiçidən istifadə təqdir olunası iş deyildi çünki.
Qardaşlar, əzizlər, bəylər! Görün bu bəndeyi-fəqiriniz, qələmini bəyənib, özünü bəyənmədiyiniz otuz ilə yaxın media stajı, olan azərbaycanlı jurnalist qadın sizə nə deyir...
...Azərbaycanda adamların həyatında özünü şəxsiyyət kimi hiss elədiyi cəmi bir qələbə olub, o da müharibə, QARABAĞ qələbəsi.
Sizin adına forma dediyiniz geyim, əslində döyüşdə olmuş mülkü şəxs üçün forma yox, QƏLƏBƏDİR!
İNSAN qələbəsi!
VƏTƏNDAŞ qələbəsi!
ŞƏXSİYYƏT qələbəsi!
TAMLIQ qələbəsi!
Nə qədər ki, insan, vətəndaş qələbələrinin sayını dövlət olaraq çoxalda bilməyəcəyik, yeganə, dünyəvi, bəşəri və şəxsi qələbədən, hərbi formadan, sui istifadəçilər olacaq. Və ondan imtina etmək çətin iş olaraq qalacaq.
Yəni, formalı, peşəkar hərbiçi ilə mülkü hərbi geyimli vətəndaşı bu mövzuda qarşı-qarşıya gətirmək olmaz. Bu bir az da inciməyin, o şoumenin "maxe kimdir, məni qoruya?" söhbətinə oxşadı. Bəlkə də bir xətdir, kim bilir.
Bir də zorla, cərimə ilə çıxarılan formaların, əyinlərə yenə geyinilə biləcəyi düzünü desək istisna deyil. Hər gün bir-bir, iki-bir gələn şəhid xəbərləri də bunu istisna eləmir. Eyni zamanda, Azərbaycan vətəndaşı artıq həm də döyüşçü olmalı. Bütün gözəl əlbisələrin altında bir hərbi zirehi, geyimi mütləq olmalı. Çünki bizim ağır, çətin coğrafiyamız, mürəkkəb və ədalətsiz, hikkəsi qonşularımız, dünyaca düşmənlərimiz var.
İndi, elə bu səbəblərə görə sevgi ilə anlatmaq, fərdi söhbətlər aparmaq daha məqbul deyilmi milli forma soyunmayanlarla?
Efirlərdə geniş müzakirələri verilişlər təşkil etmək olmazmı?
Axı müharibədə yumruğu dəmir etmək üçün bir çağırışa 200-300 min "gəlirəm komandanım" deyənlərin çoxu, əslində indi o formaları çıxarmayanlardır.
İndi cərimə hədəsindən, təkəbbür göstərişindən daha yaxşısı bu deyilmi ki, deyək, oğullar, müharibə hələlik bitib, çıxarın formalarınızı, amma beyninizi, ruhunuz həmişə formalı olsun?!
Bu xırda yazı bir az sual, bir az təklifdir. Umduğum o ki, bəlkə üzərində düşünən dövlətini sevən zəkalar oldu.
Jalə Mütəllimova
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.