Eyfel qülləsini “satıb” okeanın o tayına qaçdı – İnanılmaz fırıldaq əməliyyatı

17-02-2022, 18:35           
Eyfel qülləsini “satıb” okeanın o tayına qaçdı –
Eyfel qülləsi yalnız metal qırıntıları üçün yaxşıdır.

TNS-in xarici mediaya istinadla məlumatına görə, mətbuatda bu başlıqla nəşr olunan bir yazı Viktor Lüstiqin daha bir fırıldaqçılıq ideyasına təkan verib. V.Lüstiq hörmətli burjua ailəsində doğulub, əla təhsil alıb və 5 dildə danışa bilirdi. Lakin macəraçı düşüncə onun taleyini əvvəlcədən müəyyən edib. O, 45 təxəllüsdən istifadə edib və təkcə ABŞ-da 50 dəfə həbs edilib və sərbəst buraxılıb. Hər dəfə bir fırıldaqla canını həbsdən qurtara bilib. Gənclik illərində o, qumar və lotereya oynayıb. 1920-ci illərdə vətəndaşlardan və banklardan on minlərlə dollar pul ələ keçirə bilib.

Şayiələrə görə, qurbanlar arasında hətta qanqster Al Kapone də var. Ola bilsin ki, buna görə də fırıldaqçı Avropaya qaçıb və orada Eyfel qülləsinin çürüməsi ilə bağlı nəşrə rast gəlib. Lüstiq "çürük Eyfel"in maliyyəni artırmaq üçün əla şans olduğunu anlayıb. O, bahalı mehmanxana kirayələyib, poçt və teleqraf nazirinin müavini olduğunu bildirən vəsiqələrini saxtalaşdırıb. Altı qara metal maqnatının görüşünə “rəsmi” dəvət göndərib. Məsləhətləşmədə onların hər birinə məlumat verib ki, hökumət çoxdandır bu nəhəng dəmir konstruksiyanı sökmək barədə düşünür və yaxın vaxtlarda qapalı hərrac keçirilməlidir. Üstəlik bu məsələdə məxfilik tələb olunur. Çünki Paris sakinləri və qonaqları sevimli Eyfeldən ayrılmağa heç də hazır deyillər.

Nəticədə Eyfel qülləsi “satılıb” və podratçılardan biri konstruksiyanı sökmək “hüquqları” alıb. Söz yox ki, həyasızlıqdan məəttəl qalan iş adamı işgüzar nüfuzuna xələl gətirməmək üçün polisə müraciət etməkdən çəkinib. Viktor Lüstiq "Eyfel" fırıldağını iki dəfə edib, hər dəfə də okeanın o tayına qaçaraq canını qurtara bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru