Məğlubedilməz Ubıxlar hara yoxa çıxıb? – Onlar Qafqaz xalqlarını birləşdirmək istəyirdi
18-02-2022, 00:00
XIX əsrin uzun sürən Qafqaz müharibəsindən əvvəl Ubıx dağlıları indiki Soçi ərazisində yaşayırdılar. Xüsusilə döyüşkən olan bu qafqazlılar mərdliyi, üsyankarlığı və qəddarlığı ilə seçilirdilər.
TNS-in tarixi mənəbələr istinadən məlumatına görə, Ubıxlar hələ ruslardan xeyli əvvəl Qafqazın yerli əhalisini qorxu içində saxlayırdılar.
Onlar birinci hücuma keçdilər və sonuncu geri çəkildilər. Amma rusların bölgədəki qələbəsindən sonra onlar Osmanlı tərəfini seçdilər. Ubıxlar imperatora beyət etməkdən imtina edərək, digər qafqazlılardan fərqli olaraq, öz subetnoslarını məhv etdilər.
Ubıxlar abxazlar, çərkəzlər və abazlarla birgə yaşayırdılar. Gündəlik həyatda və mədəniyyətdə oxşar ənənələrə baxmayaraq, ubıxların dili özünəməxsus idi. Əlifba rekord sayda səsdən ibarət idi ki, onların arasında cəmi 84 sait var idi. Tarixçilər və anropoloqlar bu subetnosun nümayəndələrini hündürboylu, güclü bədən quruluşlu, gözəl üzlü insanlar kimi təsvir edirlər.
Bərəkətli dənizkənarı torpaq sayəsində ubıxlar zəngin yaşayırdılar. Onlar mal-qara saxlayır, balıqçılıq, bağçılıq, üzümçülük və ticarətlə məşğul olurdular. Kapitalın yığılması bu insanları tədricən təbəqələşdirdi.
Ubıxlar ənənəvi olaraq qonşularına hücum edərək şiddətli toqquşmalarda əsirləri ələ keçirib qullara çevirirdilər. Hər 10 azad ubıxın orta hesabla 3 qulu olurdu. Bu dağlılar yalnız formal olaraq müsəlman hesab olunurdular. Çünki onların həqiqi inancı açıq bütpərəstliyə əsaslanırdı.
Ubıxların məqsədi qonşu Qafqaz xalqlarını Rusiya imperiyasına qarşı birgə müqavimət göstərmək üçün birləşdirmək idi. Maraqlıdır ki, Osmanlı İmperiyasından olan təlimatçılar onlara hərbi dəstək vəd edərək, ubıxları israrla rus ordusuna müqavimət göstərməyə sövq edirdilər.
1861-ci ilin yayında Ubıxların sonuncu şahzadəsi Hacı Kerantux Berzek adıqlar, abxazlar və abadzexlərin təmsil olunduğu ayrıca Qafqaz dövləti yaratmağa cəhd edərək cəsarətli addım atıb. Lakin o zaman çərkəz tayfalarının məcburi birləşməsi ideyasını kütlələrə çatdırmaq mümkün olmayıb. Sonsuz müharibələrdən bezən insanlar yaxınlaşan məğlubiyyətə dözmək qərarına gəliblər. Ancaq qardaşlarının böyük səs çoxluğuna baxmayaraq, ubıxlar təslim olmaq fikrində deyildilər.
Rusiya komandanlığı heç bir güzəştə getmək istəməyən və əsaslı arqumentləri nəzərə almayan inadkar Qafqaz etnosuna qarşı amansız olub. Rus generalının Sankt-Peterburqa göndərdiyi hesabatda bildirilirdi ki, dağın müstəqilliyi uğrunda döyüşənlər əslində Osmanlı İmperiyasını insan əməyi ilə təmin edən quldur və qul alverçiləridir.
Bu məzmunda hesabatlar alan Rusiya İmperiyasının rəhbərliyi ubıxlara sərt ultimatum verib: imperatora sədaqət andı və ya tam deportasiya.
Təbii ki, ubıxlar ikinci variantı seçiblər. 1864-cü ilin may ayında Çərkəz Kbaadında (indiki Krasnaya Polyana, Adlerovski rayonu) rus qoşunlarının zəfər paradı keçirilib. Bu hadisə Qafqaz müharibəsinin qalibiyyətlə başa çatmasını göstərirdi.
Ubıx köçkünlərinə gəlincə, onların xeyli hissəsi vəd edilmiş yeni diyara - Osmanlı İmperiyasına gedərkən yolda xəstələniblər və ölüblər. Sağ-salamat gəlib çıxanlar isə deportasiya şəraitinə çox çətinliklə uyğunlaşıblar.
Dağlılar doğma dillərini tez unudaraq, türk dilini mənimsəyiblər. Türkiyədə yaşayan digər xalqlar arasında "əriyərək" tədricən yox olublar.