“Möhtəşəm yüz il”ə cavab: "Təhmasib Bəyazidi pula görə deyil, yekəxanalığa görə atasına təhvil verib".

19-02-2022, 08:05           
“Möhtəşəm yüz il”ə cavab:
Teref.az yazır ki, təəssüf ki, biz tariximizi seriallar vasitəsilə analiz etməyə məcburuq. Bu da maarifləndirici tarix filmlərinin azlığı ilə əlaqədardır.
Məsələn, Əlqas Mirzə və Bəyazid məsələsi Səfəvi-Osmanlı münasibətlərinin gərgin olduğu bir zamanda ortaya çıxır.
Məsələn, Osmanlı sarayına sığınan Əlqas Mirzədən Sultan Süleyman özünün siyasi niyyətləri üçün istifadə etdiyi halda, Təhmasib ona sığınmış Bəyaziddən istifadə etmir.
Çox zaman Təhmasibi ona sığınan qonağı təhvil verməkdə ittiham edirlər. Hətta ona tamahkar epiteti də qoymaq istəyirlər ki, guya Bəyazidi pul müqabilində satdı. Kökündən yanlışdır.
Teref.az yazır ki, bunu BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədli yazır.
Daha sonra Kərəm Məmmədli yazır, hətta “Möhtəşəm yüz il“ serialının ssenari müəllifi özü də bilmədən çox böyük həqiqəti dedirtmiş olur. Orada Bəyazidlə Təhmasibin mükaliməsi var. Təhmasib Bəyazidə deyir ki, “qarşında övlad qatili yox, koskoca bir türk imperatoru durur”.
Təhmasib özünü qarşı tərəfə belə təqdim edir. Faktiki olaraq, Bəyazidin Sultan Süleymana təhvil edilməsinin arxasında hər hansı tamah, pul deyil, Bəyazidin özünü Səfəvi sarayında həddən artıq yekəxana aparması olub.
Bəyazid sarayda təşkil etdiyi ziyafət zamanı o zaman Azərbaycanda olan 3 bəylərbəyini təhqir edərək onlara əl öpdürtmək istəyib. Təbii ki, Səfəvi bəylərbəyləri heç zaman yad ölkədən buraya sığınmış şahzadənin əlini öpməzdilər.
Faktiki olaraq, Bəyazid saraya buraxılarkən onun qılıncı çıxardılmalı idi. Təhmasib isə ona etibar etmişdi, özünü şahzadə kimi hiss etməsinə şərait yaratmışdı. Bu yaxşılığın qarşılığında Bəyazid saray əyanlarını təhqir edir.
Təhmasib özü də onu öldürə bilərdi. Amma bunu etmir, atasına təhvil verir.
BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədli.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.