SƏFƏVİ ORDENİ NƏ ZAMAN SİLAHLANDI?
11-03-2022, 16:34

Səfəvi təriqəti döyüşkən ruhlu Şeyx Cüneydin zamanında silahlandı. Şeyx təriqəti yalnız dini həyatla kifayətlənən təşkilat olmaqdan çıxararaq həm də silahlı bir hərəkata çevirir.
Şeyx Cüneyd zamanında ilk dəfə Səfəvi təriqətinə məxsus hərbi qüvvə yaradılır.
1447-ci ildə təriqətin başına keçən Şeyx Cüneyd artıq yalnız təkkənin-təriqətin deyil, həm də mütləq hakim rolunu üzərinə götürdü. Səfəvi təriqətində radikal dəyişikliklər baş verdi.
O zaman İranda və Azərbaycanda hakimiyyətdə olan Qaraqoyunlu dövləti Ərdəbildə belə bir güclü qurumun formalaşması prosesini diqqətdən kənarda qoymurdu. Təriqət tərəfdarlarının hərbi gücü o qədər artır ki, Qaraqoyunlu Cahan Şah, Ərdəbil hakimi Şeyx Cüneyddən ölkəni tərk etməsini tələb edir.
Özünə güclü müttəfiq axtarmaq məcburiyyətində qalan Şeyx Cüneyd Ağqoyunlu tayfa başçısı Uzun Həsənin timsalında özünə müttəfiq tapır.
Tezliklə Şeyx Cüneyd Uzun Həsənin böyük bacısı Xədicə bəyimlə izdivaca girdi.
Bundan sonrakı tarixdə isə Səfəvi ordeni artıq bir sufi təriqəti olmaqdan çıxaraq həm də silahlı gücü və dövlət ideologiyası təməllərini atan təşkilata çevrildi.
Fuad Şahbazov, Səfəvilər İmperatorluğu, “Dövlət quruculuğu, din, ordu, daxili və xarici siyasət” məqaləsindən.
Teref.az