"Qacar-Noyon ailəsi Manqıtdən aşağı deyil, - şanlı və ləyaqətli tayfamız" - Ağa Məhəmməd xan Qacarın Buxara əmiri Şah Murada (1795) məktubu

15-03-2022, 19:51           
"Qacar-Noyon ailəsi Manqıtdən aşağı deyil, - şanlı və ləyaqətli tayfamız" -
Qacar xanədanının əcdadı - Ağa Məhəmməd xan Qacarın Buxara əmiri Şah Murada (1795) məktubuna diqqət yetirin.
Burada Ağa Məhəmməd özünün turanlı, yəni türk mənşəli olduğunu göstərir və tayfasının Qacar-noyon soyundan olduğunu qeyd edir.
Yəni Qacar xanədanını İrançılıqda, farspərəstlikdə ittiham edənlər məktubu diqqətlə oxusunlar!
O, həm də Rusiyadan İrana, Çindən tutmuş keçmiş Bizans ərazilərinə qədər geniş torpaqların türk nəsilləri tərəfindən idarə olunduğu üçün, Uca Allaha şükür edir.
“Bütün dünya Adəm və Həvvadan gəlir və əgər Turan hökmdarlarının ailəsinə şan-şöhrətlə öyünməyə meyl etmək yaraşarsa, axı bizim budaq da eyni kökdəndir:
Qacar-Noyon ailəsi Manqıtdən aşağı deyil, - şanlı və ləyaqətli tayfamız Səldus, Cəlair və Özbəkdən daha da ucadır.
Allaha həmd olsun ki, O, Turan və İran, Bizans və Rusiya, Çin və Maçin, Hatay, Xotan və Hindustanın mülklərini, böyük türk nəsillərinə bəxş etmişdi.
Ona görə də yaxşı olar ki, hər kəs öz mülkləri ilə kifayətlənsin, təyin olunmuş hüdudlardan kənara ayaq basmasın, öz irsi taxt-tac yerində qalsın və əsassız iddialar sürməsin.
Onda biz də öz növbəmizdə İranın qədim sərhədləri ilə kifayətlənəcəyik və Oksus xəttindən kənara çıxmayacağıq...”
Mənbədən sitat: V.A.Jukovski. "Древности Закаспийского края. Развалины старого Мерва"(1894).
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.