Ay Elşad Miri, bilmədiyini danışma... MÖVQE
21-03-2022, 15:00
Bu Novruz bayramı günlərində özünü bilən hesab edən din "alimi" Elşad Miri yenə dinc oturmayıb. Bu dəfə o bizim müqəddəs hesab etdiyimiz bayramımız haqqında danışıb və onun İslamla əlaqəsinin olmamasını iddia edib.
Elşad Miri Axı mən demişəm, bildiyin şeylərdən danış. Əsasən də bizim adət-ənənələrlə bağlı anlamadığını demə. Gündəmdə qalmaq və özünü hamıdan ağıllı göstərmək üçün daha nə qədər danışacaqsan? Olmaz belə, özünə hörmət elə. Həqiqi İslam sən bildiyin zahiri İslam deyil. Bunun 5500 yaşlı İsna-Aşəriyə adlanan batini mənaları var və sən onu heç vaxt anlaya bilməzsən. Aşəriyə və Novruz rəmzləri batini mənada bilavasitə Azərbaycanla bağlı olan Azər, yəni Osiris rəmzlərindən yaranmışdır və axirətdə Qor (Qərəə), yəni Quran yolu ilə gedənin ölmüş Azəri/Osiris diriltməyi ilə bağlıdır.
Hz. Məhəmmədin adındakı "Məd" rəmzi, islamdakı maad/miad/mada rəmzidir və bu qayıdış mənasında gələcək həyat, məhkəmə günündən sonrakı dövr deməkdir. Axirətdən sonrakı dövrdə göydəki ruhlar dünyası qayıdacaq və dağılmış birinci ruhlar dünyasının yerinə ikinci ruhlar dünyası yaranacaq və mən bu haqda çox yazmışam.
Əl-Maadın sinonimi «əl-Axir», yəni axirətdir. Batinilərdə Axir eyni zamanda Allahın digər şərəfli adlarından biri sayılır ki, bu da onun Xor, yəni Qor (Qərəə) Allahı mənasında axirətdə qayıtması və Azər/Osiris, yəni Novruzu diriltməsi mənasındadır. «Əl-Axirə» – gələcək həyat, o dünya mənasındadır və onun tam adı «Dar əl-Axir», yəni Axirət sahəsi deməkdir. Bu isə axirətdə baş verəcək hadisələrin Maad (Adəm/Atum) adlanan ərazidə baş verəcəyi deməkdir və s.
Qapı pusmaq rəmzi mənadadır. Batinilərdə qapı - yerlə göyü ayıran Allahın qapısı, yəni Babil qapısı mənasındadır. Göydəki dünyada isə hər şey əvvəlcədən müəyyənləşib. Orada Lövhi Məhfuzda yazılanlara uyğun hər şey sistemlənib, "toxunub". Qədim baxıcıların, əsasən də Delfa (Deyiləm) öncə görənləri məhz bu dünya ilə ekstatik durumda əlaqəyə girib, informasiya alırdılar. Sən bunları bilmirsən, niyə danışırsan? Və ya batinilərdə yumurtanın nə demək olduğunu anlayırsanmı? Təbii ki, yox. Bil ki, yumurta - həyatın, yeni yaranışın rəmzidir və bu həyat axirətdə yeni yaranacaq dünya ilə bağlıdır. Yumurtanın sınması yeni canlının, ruh mənasında olan quşun doğulması deməkdir. Bu ruh isə İsa/Yeşua/Şu/Şiə peyğəmbərin rəmzidir. Axı sənin bunlar haqda heç təsəvvürün yoxdur. Niyə özünü pis vəziyyətdə qoymağa çalışırsan? Kosa, keçəl də dərin mənalara malikdir. Kosa obrazı - Oğuzun/Xaosun, yəni ilkin materiyanı (Hu) özünə tabe etmiş firon Amonun (Pir Əmən) obrazıdır. Bütün yaradılış məhz onun İlahla vəhdətindən yaranmışdır. Kosanın iki canlı olması, axirətdə ikinci Adəmi (Mehdi obrazı) doğması anlamındadır. Bu obraz Oğuz/Xaos mənasında olan ilkin materiyanı (Hu) özünə tabe etmiş firon Amonun (Pir Əmən) obrazıdır. Bütün yaradılış məhz onun İlahla vəhdətindən var olmuşdur. Keçəl isə günəş Allahı Ra-nın, yəni Ra-Amon (Rəhman) Allahın rəmzidir.
Novruz bilavasitə İsmaililərlə, yəni Azərbaycanın Xelat Atabəglər Ailəsi ilə bağlı olan dini bayramdır. Bu - dünyaya Kamil insanlar kimi gələn göy insanlarının bayramıdır və burada hər şey rəmzdir. Adi insan təbii ki, bunları heç vaxt dərk edə bilməz. Lakin düşünmə qabiliyyəti olanlar anlayır ki, əcdadlarımız bu ənənələri təsadüfən yaratmayıb və ona görə də ona hörmətlə yanaşırlar. Özünü ağıllı sayıb heç nə bilməyənlər isə milli adət-ənənələrimiz haqda mənasız sözlər danışar və axırda da biabır olarlar.
Firudin Gilar Bəg