Osmanlı saraylarının zənci xidmətçiləri - Xədimlər haqqında bilmədikləriniz...
26-03-2022, 08:18
Kulis.az Osmanlı saraylarındakı zənci xidmətçilər haqqında maraqlı faktları təqdim edir.
Şərqin keçmişində “xacə”, yaxud “ağa” adı ilə çağırılan ad var. Güclü cinsə aid olsa da, cinsi cəhətdən gücsüz bu zümrənin saraylarda öz yeri və nüfuzu vardı.
Xədimetmə
Xədimetmə köhnə dövrlərdə, hərəm ağası, opera sənətçisi və kilsə xoru üçün musiqiçi yetişdirmək məqsədilə yetkinlik çağına çatmamış uşaqlara tətbiq olunan bir əməliyyat Xayaların əməliyyatla çıxarması yetkinlik çağından əvvəl edildiyində cinsi inkişaf dayanar, səs qalınlaşması və tüklənmə kimi cinsi xüsusiyyətlər aradan qalxar və cinsi orqanlar inkişaf etməzdi. Yağın bədənə paylanmasında dəyişiklik baş verdiyindən bədən qadına xas bir görünüş alardı. Əzələlər, normal yetkin kişi əzələləri kimi güclü olmazdı. Amma gənc adamın xayaları çıxarıldığında nəticə səs incəlməz, saqqal çıxa bilər, bir çox xədimdə cinsi istək itməz və kişilik orqanı sərtləşərdi.
Osmanlıda xədimlər
Osmanlı sarayındakı ağ və zənci ağa (“ağa” sözü xədim mənasında işlənir) tiplərinə bənzər xədimlər Çində, Mesopotamiyada, Romada, Bizansda və Osmanlılardan əvvəlki türk-İslam dövlətlərində də vardı. Hətta 19-cu əsrə qədər Avropadakı bəzi kilsə xorlarında “kastrat” deyilən şəxslərə rast gəlinirdi.
“Akağalar”, yəni ağ xədimlər sultan sarayının müxtəlif yerlərində, “karaağalar”, yəni zənci xədimlər isə hərəmdə işləyirdilər. Osmanlı tarixində tez-tez rast gəldiyimiz “haremağaları” məhz bu zəncilər idi.
Bəzi xədimlərin kişilikləri bu vəhşi əməliyyatdan sonra da qüvvədə qalırdı və bu səbəbdən də bəzən hərəmdə rüsvayçı hadisələr qaçılmaz olurdu. Bu kimi hadisələrin qarşısını almaq üçün ön tədbirlər görülürdü. Əməvi xəlifəsi Müaviyənin xanımı Fahitənin sarayında buna görə yalnız yaşlı xədimlər qulluq edərdilər.
Zənci xədimlər XVI əsrin sonundan etibarən Osmanlı sarayında çox gücləndilər. III Muradın Məkkə və Mədinədəki vəqflərin idarə olunmasının da bu xədimlərə verməsi, onların gücünü daha da artdı və bəzi xədimlər Sadr-Əzamın yanında söz sahibi oldular.
Xədimlər dövlət başında
Xədimlərdən Osmanlı tarixi boyunca çoxlu sayda dövlət xadimi də çıxıb. Məsələn, Əli Paşa, Sinan Paşa, Süleyman Paşa, Həsən Paşa kimi vəziri-əzəmlər, yəni o zamanın baş nazirləri, o, mövqeyə yüksəlməyi bacarmış ağ xədim ağaları idilər. Hərəmağaları bir qayda olaraq zəncilər arasından seçilirdi və sarayda nüfuzuna görə üçüncü sayılırdı.
Hərəmağaları Qərb dünyasında olduğu qədər, Şərqdə də əsrlər boyunca hamının marağına səbəb olub. XX əsrin ilk illərindən etibarən romanlarda da onlardan bəhs edildi.
1913-cü ildə çap olunan və müəllif “M. S.” kimi göstərilən “Zifaf gecəsi - Hərəm Ağasının eşqi" adlı kiçik roman, zənci xədimin və onun süni kişilik orqanından bəhs edən və bu qəbildən olan ilk türkdilli kitab idi.
Romanda xədim edilmiş zənci hərəmağası Ənvərin Ənvarə adlı bir gənc qıza olan eşqindən söz açılır. Ənvər ağa tez-tez evlilik xəyalları qururdu və ətrafındakı qızlar kişiliyinin olmadığını bilə-bilə, pullu olduğu üçün ağa ilə evlənmək üçün növbəyə dayanmışdılar. Ənvər isə bu qızlardan Ənvarəni seçmişdi.
Ənvarə ilə digər qızların bilmədikləri bir şey vardı: kişiliyi olmayan Ənvər ağa onunla cinsi əlaqədə ola bilmək üçün İtaliyadan süni bir kişilik aləti gətirtmişdi. Nikahlarının kəsilməsindən və gərdək otağına girmələrindən dərhal sonra o, alətin qutusunu açır və bu zaman qutuda gizlənmiş ilan ağanı çalır.
Romanın sonunda zifaf otağından ağanın cəsədi çıxardılır, Ənvarə isə dəli olur və dəlixanaya yerləşdirilir.
Hazırda yayımlanan “Muhteşem Yüzyıl” serialında da hərəmağasına xüsusi önəm verilib. Sarayda olan bütün kişilərdən fərqli olaraq Sünbül ağanın üzünün tüksüz olması və zərif hərəkətləri hökmdarların qadınlarına xədimlərin başçılıq etdiyinin bariz sübutudur.
Yazıya birbaşa aidiyyatı olmasa da, məlumat üçün bildirək ki, serialda hərəmxananın sarayda yerləşdiyi təsvir edilsə də, həmin dönəmdə hərəmxana artıq sarayda deyildi.
Vəhşi əməliyyat belə həyata keçirilirdi
Bu, insan oğlunun min illər boyunca tətbiq etdiyi vandal, qanlı və iztirab dolu bir əməliyyatın hekayəsidir.
Xədimetmə əməliyyatı köhnə dövrlərdə üç şəkildə edilərdi: ya penis və xayalar tamamilə kəsilir; yalnız yumurtalıqlar alınaraq sperm istehsalına son verilir; yaxud yumurtalıqlar kəsilmir, amma əzilirdi…
Osmanlı sarayında çalışmalı olan ağ və ya qara ağalar üçün bu metodlardan birincisi tətbiq edilir, yəni cinsi orqan ilə yumurtalıqlar tamamilə kəsilərdi. Ancaq əməliyyatın paytaxt şəhəri İstanbulda edilməsi qadağan idi. Yəni ağa namizədinin imperatorluq paytaxtına xədim edilmiş şəkildə gəlməsi zəruri idi. Əməliyyatlar ümumiyyətlə Misirdə edilərdi.
Gümüşdən tıxac
Xədim etmək üçün vəhşi əməliyyat, belə edilərdi:
- göbəyin altı və baldırlar, həddindən artıq qanamanın qarşısını almaq üçün xüsusi sarğılarla sarılardı. Xədim ediləcək adam arxa üstə yatırdılar, əməliyyat bölgəsi infeksiya riskini azaltmaq üçün acı bibər qarışdırılmış su ilə üç dəfə yuyulardı.
- əməliyyat bölgəsi yaxşıca təmizləndikdən sonra, orağa bənzəyən kiçik bir bıçaq vasitəsilə xayalar və penis, mümkün olduğu qədər dibindən kəsilərdi.
- penisin kökündəki kanala gümüş bir iynə, yaxud metal bir çubuq soxular və sidik axışı keçici bir müddət üçün dayandırılardı.
- yara, iltihabı və qanı əmməsi üçün əvvəlcədən soyuq suya qoyulmuş kağızlarla bağlanılar və üzəri sarılardı.
- sarğı tamamlandıqdan sonra əməliyyat dərhal icra edilər və daha sonra yatırdılardı. Xəstənin həm tualet ehtiyacını aradan qaldıra bilməməsi, həm də yarasının böyük ağrılar verdiyindən onun üç gün boyunca su içməsinə icazə verilməzdi.
- əməliyyatın üçüncü günündə sarğılar açılar, gümüş iynə, yaxud metal çubuq çıxarılar və xəstə, sidiyinin birdən bir şəlalə kimi axmasından böyük rahatlıq duyardı. Xədim sidiyini edə bildisə, təhlükəni sovuşdurmuş olardı. Amma əgər edə bilməzdisə, deməli, sidik kanallarına infeksiya yığılıb və şişib. Bunun nəticəsində bir neçə gün sonra, böyük ağrılar içərisində ölümün gəlməsi artıq qaçılmaz idi