Mart Soyqırımı Sara xanım Aşurbəylinin gözləri ilə...

31-03-2022, 18:23           
Mart Soyqırımı  Sara xanım Aşurbəylinin gözləri ilə...
Görkəmli alim Sara xanım Aşurbəyli Mart Soyqırımını gözləri görmüşdü. O, köhnə Basin küçəsində, 5 mərtəbəli binaların birində yaşayırdı. Neftxuda qızı olduğu dövrlərdə də həmin küçədə, lakin imarətdə doğulub böyümüşdü. Danışırdı ki:
- Qətliam başlayanda valideynlərim Almaniyada idilər, atam anamı hər yaz olduğu kimi o yaz da müalicəyə aparmışdı. Biz dörd bacı qohumlar, xidmətçilər və dayələrlə qalmışdıq. Qırğın başladı və quldurlar evlərə soxulub qətlə, oğurluğa başladılar. Heç bir mühafizə önlərini kəsə bilmirdi. Açılmayan qapıları, evləri topa tuturdular. Çox qorxurduq. Bu vaxt fransız dayəmiz Fransa bayrağını çıxarıb balkondan asdı, bu hərəkəti ilə İşarə verdi ki, bu evdə Fransa vətəndaşı yaşayır və toxunulmazdır.
Evimizin bütün pəncərələri taxta qapılar və qalın pərdələrlə bağlanmışdı. Bizi ən dərin mənzillərdə gizlətsələr də bayırdan dəhşətli səslər gəlirdi. Qırğın üç gün sürdü.
Üç gün sonra şəhər sakitləşdi. Biz qalın pərdələrin arasından gizlincə küçəyə boylanırdıq. Küçəmizdə qan su yerinə axırdı... yolboyu kəsilmiş əllər, ayaqlar görünürdü...
Mən həyatımın ən dəhşətli mənzərəsini gördüm və heyrətlə bağırdım. Bir daha pəncərədən baxmağıma izin vermədilər
Mehriban Vezir
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.