Hüquqşünasdan “vətənşünas”lara tarix dərsi: “Tarixə güllə atmayın!”

6-04-2022, 16:38           
Hüquqşünasdan “vətənşünas”lara tarix dərsi: “Tarixə güllə atmayın!”
Teref.az yazır ki, son dövrlər igid sərkərdə, görkəmli dövlət xadimi, böyük söz ustası Şah İsmayıl Səfəvi bəzi insanlar tərəfindən əsassız yerə təftiş olunur.
Gəlin birlikdə baxaq nədir bu səbəblər.
1. Şah İsmayıl məzhəb ayrıseçkiliyi, sünni-şiə qarşıdurması yaratdığı ittihamı ilə tənqidə daha çox məruz qalır. 13 yaşlı uşaq necə təriqət yarada bilərdi? Axı tarixi faktlar onun babası Şeyx Səfiəddinin zamanından Qızılbaşlar hərəkatının mövcud olduğunu göstərir.
Axı İslam toplumunu parçalayan və müxtəlif təriqətlər arasında qanlı hesablaşmalara yol açan hadisələr Şah İsmayıldan 900 il əvvəl olub. Sünni-şiə söhbətini Şah İsmayılın adına bağlamaq nə dərəcədə düzgündür?
Tarixə fərqli qiymətlər vermək olar, amma tarixi təhrif etmək yolverilməzdir.
2. Bu gün bəziləri Şah İsmayılı Sultan Səlimlə döyüşdüyünə görə də qınayırlar. Onların sözlərindən belə çıxır ki, guya Sultan Səlim Şah İsmayıla təklif edib ki, mən Avropanı fəth edirəm, sən də Şərqi tut, sonra birləşək, amma Şah İsmayıl buna razı olmayıb.
Türk mənbələrinə istinad edib deyə bilərəm ki, Sultan Səlimin Şah İsmayıla 4 məktubu olub. Məktubların hamısında aşağılayıcı fikirlər çoxdur. Sonuncu məktubda isə Şah İsmayıl sərt şəkildə təhqir edilir. Sultan Səlim yazır ki, "artıq sənin torpaqlarına daxil olmuşam, sən isə qabağımdan qaçırsan. Elədirsə, get, arvad paltarı geyin”.
Sultan Səlim Səfəvilərin ərazisini 300 kilometr keçəndən sonra Çaldıran döyüşü baş verib. Tarixdən məlumdur ki, o zaman ancaq meydan döyüşləri olurdu. Dağda, meşədə yox, ancaq geniş ərazidə vuruş aparılırdı.
Çaldıran yaxınlığındakı dağ keçidində tərəfdarları Şah İsmayıla Sultan Səlimin qarşısının alınmasını təklif etsələr də, o bununla razılaşmır. Deyir ki, mən yolkəsən quldur deyiləm, sərkərdəyəm.
Sultan Səlim Çaldıranda Avropadan gətirdiyi topların hesabına qalib gəlir, sonra Təbrizi tutur. Lakin orada da çox duruş gətirə bilmir.
3. Bir məsələni də vurğulayım ki, Səfəvilər hakimiyyətdə olduqları dövrdə heç vaxt Osmanlıların torpağını zəbt etməyib, indiyə qədər heç kim bununla bağlı bircə fakt da ortaya qoymayıb. Hücum edən tərəf həmişə Osmanlılar olub.
Hüquqşünas, Ələmdar Məmmədov
Ardı var..
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.